Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Müəssisənin maliyyə resursları, yaranma



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə86/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   101
10.2 Müəssisənin maliyyə resursları, yaranma 
mənbələri və onlardan istifadə 
 
Müəssisələrə maliyyə resursları istehsal vasitələri əl-
də etmək, maliyyə ehtiyatları  yaratmaq, işçi qüvvəsini işə 
cəlb  etmək,  büdcə  və  mal  göndərənlərlə  hesablaşmaq, 
bank  borclarını  ödəmək  (aldıqları  kreditlər  üçün)  və  s. 
məqsədlər  üçün  lazımdır.  Maliyyə  resursları  yaratmaq  və 
onlardan istifadə etmək – müəssisələrin istehsal-təsərrüfat 
və digər fəaliyyət növlərinin ayrılmaz tərkib hissəsidir. Bu 
o deməkdir ki, hər bir müəssisənin maliyyə vəziyyəti bila-
vasitə onun fəaliyyətinin nəticəsindən asılıdır. 
Müəssisələrdə  istehsal  proqramının  müvəffəqiyyətlə 
yerinə  yetirilməsi,  əmək  məhsuldarlığının  artırılması  və 
məhsulun maya dəyərinin aşağı salınması onların maliyyə 
vəziyyətinin yaxşı olmasının həlledici şərtidir. Digər tərəf-
dən istehsal proqramının yerinə yetirilməsi və müəssisənin 
ahəngdar və bir qərarda fəaliyyət göstərməsi xeyli dərəcə-
də  onun  maliyyə  vəziyyətindən  asılıdır.  Belə  ki,  əgər 
müəssisənin  maliyyə  vəziyyəti  yaxşıdırsa,  ona  çatası  pul 
vəsaitləri vaxtında onun hesablaşma hesabına daxil olarsa 
və  ondan  öz  təyinatına  görə  istifadə  edilərsə,  onda  həmin 
müəssisə öz öhdəliklərini də vaxtında yerinə yetirmək im-
kanına malik olur və bu zaman müəssisə maliyyə çatışma-
mazlıqları kimi mənfi hallarla qarşılaşmır. 
Bazar  iqtisadiyyatı  şəraitində  müəssisənin  maliyyə 
resursları, əsasən, aşağıdakı mənbələr hesabına yaradır: 
a) təsisçilərin pulu və maddi payları; 
b) məhsulun (işin, xidmətin) satışından əldə etdikləri 
gəlirlər; 
v) bank kreditləri; 


 
 
271 
q)  qiymətli  kağızların  satışından  əldə  edilən  pul  və-
saiti; 
d) banklarda saxladıqları pullar üçün alınan dividentlər; 
e)  hüquqi və  fiziki şəxslərin verdikləri xeyriyyə  və-
saitləri və s.  
İstehsal  və  digər  fəaliyyət  növlərini  həyata  keçirər-
kən  müəssisələrdə  maliyyə  çətinlikləri  əmələ  gələrsə,  on-
ların  aradan  qaldırılması  üçün  kreditlərdən  istifadə  edilir. 
Kreditləşdirmənin iki növünü: uzun müddətli və qısa müd-
dətli növlərini fərqləndirirlər.  
Uzunmüddətli kreditlər, adətən, investisiya qoyuluşu, 
yeni  texnikanın  tətbiqi,  istehsalın  mexanikləşdirilməsi  və 
avtomatlaşdırılması,  texnoloji  maşın  və  avadanlıqların 
modernləşdirilməsi,  məhsulun  keyfiyyətinin  yaxşılaşdırıl-
ması,  mövcud istehsalın genişləndirilməsi,  yenidən qurul-
ması  və  yeni  texnika  ilə  silahlanma  səviyyəsinin  yüksəl-
dilməsi və s. üçün verilir. 
 Qısamüddətli  kreditləşdirmə  isə  əsas  etibarilə  tapşı-
rıqların, sifarişlərin yerinə yetirilməsi gedişatında dövriyyə 
vəsaitlərinə əlavə tələbat olduğu hallarda həyata keçirilir. 
Maliyyə  planı  –  müəssisənin  istehsal,  təchizat,  satış 
və  maliyyə  fəaliyyətinin  nəticələrini  dəyər  ifadəsində  əks 
etdirir.  Maliyyə  planı  iki  hissədən:  gəlir  və  xərc  hissədən 
ibarət olaraq rüblərə bölünməklə illik plan işlənib hazırla-
nır.  Gəlirin  və  daxil  olan  vəsaitlərin  cəmi  xərcin,  büdcə 
ayırmaları və ödəmələrinin cəminə bərabər olmalıdır (bu-
na  difesitsiz,  kəsirsiz  maliyyə  planı  deyilir).  Müəssisənin 
maliyyə resursları dedikdə, onun öz maliyyə öhdəliklərini 
yerinə  yetirməsi,  cari  xərcləri  və  öz  istehsalının  genişlən-
dirilməsi    ilə  əlaqədar  olan  özünün  pul  vəsaitləri  və  borc 


 
 
272 
alınmış  (kənardan  daxil  olmuş)  vəsaitlərin  məcmusu  nə-
zərdə tutulur. 
Müəssisənin  maliyyə  resursları  yaranma  mənbəyinə 
və mənşəyinə görə xüsusi və cəlb edilmiş (borc) vəsaitləri-
nə  bölünürlər.  Müəssisələr  müxtəlif  mülkiyyət,  təşkilati-
hüquqi  və  təşkilati-iqtisadi  formalarda  olduqlarından,  on-
ların xüsusi vəsaitlərinin yaranma mənbələri də xeyli dərə-
cədə fərqlənir. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin