Əsirlik zamanı İmam Səccadın (ə) rolu
Şiәlәrә vә imamәt xәttinә bağlı olanlara görә, Aşuradan
sonrakı vәziyyәt qәribә idi. Əmәvi muzdurlarının vәhşiliyi,
onların istәr Kәrbәlada, istәr Kufәdә, istәrsә dә Şamda
Peyğәmbәr (s) ailәsi ilә rәftarı imamәt xәttinin bütün
tәrәfdarlarını qorxutdu. Əlbәttә, bilirsiniz ki, İmam Hüseynin
(ә) seçilmiş sәhabәlәri Aşura hadisәsindә, ya da Tәvvabin
qiyamında şәhadәtә qovuşdular. Qalanlarda da zalım Yezid vә
sonra Mәrvan hakimiyyәti qarşısında öz haqq sözlәrini demәk
cәsarәti yox idi. Dağınıq, tәşkilatsız, qorxmuş vә әslindә
әmәldә imamәt yolundan dönmüş mömin bir qrup - Şiә
cinahından İmam Sәccada (ә) çatan irs bundan ibarәt idi.
Güclü repressiya vardı, imamın yardımçı qüvvәlәri dә olduqca
zәif idi. İmam Sәccad (ә) ideoloji, hәqiqi vә ortodoks İslamı
qorumaq üçün bir mübarizәyә başlamalı, bu dağınıqları
toplamalı, onları әsl İslam hakimiyyәt modeli olan Əli (ә)
hakimiyyәtinә yaxınlaşdırmalı idi. İmam Sәccad (ә) 34 il bu
şәraitdә çalışdı. Mәn burada sizin üçün İmam Sәccadın (ә)
hәyatının yalnız mühüm hissәlәrini söylәyәcәyәm. Dördüncü
imamın hәyatının ilk uğurlu hissәsi onun әsirlik çağıdır.
Dördüncü imam iki dәfә әsir alınmış vә zәncirlәnәrәk Şama
aparılmışdır. Birinci dәfә Kәrbәladan aparıldı, ikinci dәfә isә
135
Əbdülmәlik ibn Mәrvanın hakimiyyәti dövründә Mәdinәdәn.
Kәrbәladan әsir karvanında Şama aparılanda İmam Sәccad (ә)
Quran vә İslam tәcәssümü idi. Şәhidlәrin qәtlә yetirildiyi
andan Əli ibn Hüseynin (ә) qәhrәmanlığı başlandı. Azyaşlı
qızlar, kiçik uşaqlar vә kimsәsiz qadınlar İmam Sәccadın (ә)
әtrafını sardılar. O karvanda heç bir kişi yox idi. İmam Sәccad
(ә) onların hamısına rәhbәrlik etdi, onları topladı vә Şama
çatana qәdәr yol boyu iman bağı ilә bir-birinә bağlanmış bu
qrupun zәiflik göstәrmәsinә qoymadı. Kufәyә daxil oldular.
Übeydullah ibn Ziyad әmr etmişdi ki, bu ailәnin bütün
kişilәrini qәtlә yetirsinlәr. Gördü ki, әsir karvanında bir kişi
var. Soruşdu ki, kimsәn? Dedi ki, mәn Əli ibn Hüseynәm (ә).
Onu ölümlә hәdәlәdi. Burada imamәt, mәnәviyyat vә
rәhbәrliyin ilk işığı göründü: "Mәni öldürmәklәmi
hәdәlәyirsәn?!"
1
Halbuki şәhadәt bizim üçün şәrәfdir; biz
Allah yolunda öldürülmәklә fәxr edir, ölümdәn qorxmuruq.
Übeydullah ibn Ziyad rejimi bu müqavimәt qarşısında geri
çәkildi.
İmam Sәccad (ә) bütün әsirlәrlә birgә Şamda günlәrlә ağır
vәziyyәtdә saxlandı. Sonra fikirlәşdilәr ki, onu mәscidә aparıb
insanların qarşısında psixoloji baxımdan zәiflәtsinlәr. İmam
Sәccad (ә) hәmin mәclisdә üzünü Yezidә tutub dedi ki, icazә
versәn, mәn dә bu taxtaların üstünә çıxıb danışmaq istәyirәm.
Yezid düşünmürdü ki, prinsipcә bu müddәtdә kifayәt qәdәr
psixoloji sarsıntılar keçirmiş xәstә vә әsir bir gәnc onun üçün
tәhlükәli ola bilәr. Buna görә dә icazә verdi. İmam Sәccad (ә)
minbәrә çıxıb Əmәvi dövlәtinin paytaxtında imamәtin
fәlsәfәsini, şәhadәt mәsәlәsini vә bu hakimiyyәtin tağut
xislәtini izah etdi, Şam әhalisini ayağa qaldıracaq bir çıxış
etdi. İmam Sәccad (ә) elә böyük şәxsiyyәtdir ki, Übeydullah
ibn Ziyaddan, aldanmış izdihamlı Şam әhalisindәn, Əmәvi
rejimindәn vә Yezid mәmurlarından qorxmur, haqqı deyir,
1
Yenә orada, sәh. 118
136
maariflәndirmә aparır vә hәyat onun üçün әhәmiyyәt kәsb
etmir.
İmam Sәccad (ә) әsir vә xәstә halda böyük bir qәhrәman
kimi sözü vә әmәli ilә tarix yazır. Bu dövrdә imamın vәziyyәti
onun hәyatının әsas hissәsi ilә tam fәrqlәnir. Əsas hissәdә
imam mülayim, düşünülmüş, sakit vә fundamental işlәr görür.
Bәzәn hәtta Əbdülmәlik ibn Mәrvanla bir mәclisdә oturur,
onunla adi vә yumşaq rәftar edir. Bu dövrdә isә imamı әn
kiçik sözә dözmәyәn, güclü düşmәnlәrinә hamının gözü
önündә sәrt cavablar verәn fәal bir inqilabçı kimi görürsünüz.
Kufәdә xәncәrindәn qan daman, Peyğәmbәr (s) övladını
öldürdüyünә görә mәst olmuş qaniçәn bir vәhşi - Übeydullah
ibn Ziyadın qarşısında elә danışdı ki, Übeydullah onun qәtlinә
fәrman verdi. Hәzrәt Zeynәb özünü irәliyә atıb dedi ki, onu
öldürmәnizә imkan vermәrәm. Gördülәr ki, bundan ötrü bir
qadını da öldürmәlidirlәr vә digәr tәrәfdәn, bunları әsir kimi
Şama aparmaq lazımdır. Buna görә әl çәkdilәr. Əgәr belә
olmasaydı, böyük ehtimalla İmam Sәccadı (ә) da öldürәrdilәr.
Kufә bazarında bibisi Zeynәb vә bacısı Sәkinә ilә birgә
söhbәt edir, xalqı oyadır vә hәqiqәtlәri bәyan edir.
Şamda istәr Yezidin qurduğu mәclisdә, istәrsә dә mәsciddә
xalq qarşısında әn aydın sözlәrlә hәqiqәtlәri söylәyir. Bu
söhbәt vә çıxışlar Əhli-beytin xilafәtә haqlı olduğuna, hakim
rejimin cinayәtlәrinin ifşasına, hәmin avam vә qafil xalqa acı
vә tәsirli xәbәrdarlıqlara dair fikirlәri ehtiva edir.
Burada o xütbәni söylәmәyә vә onun dәrin mәzmununu
açıqlamağa lüzum yoxdur. Bu xüsusi bir mövzudur. Onu şәrh
etmәk istәyәn şәxs hәr bir sözünü araşdırmalı vә bu әsaslara
diqqәt yetirmәlidir. Qәhrәmanlıq göstәrdiyi әsirlik çağında
İmam Sәccadın (ә) vәziyyәti belә idi.
Belә bir sual var ki, İmam Sәccad (ә) әsirlikdә sәrt vә açıq
işlәr gördüyü halda әsirlikdәn sonra nә üçün mülayim
üsullardan vә tәqiyyәdәn istifadә etdi, inqilabi vә radikal
hәrәkәtlәri dua ilә vә mülayim işlәrlә әvәzlәdi? Cavab budur
ki, bu dövr müstәsna dövr idi. Burada İmam Sәccad (ә) imam
137
olmasından, gәlәcәkdә İslam hakimiyyәtinә zәmin yaratmalı
olmasından әlavә, hәm dә Aşurada tökülәn qanların
sözçüsüdür. İmam Sәccad (ә) burada әslindә özü deyil, İmam
Hüseynin (ә) Şamda vә Kufәdә danışan dilidir. İmam Sәccad
(ә) orada mәsәlәlәri belә sәrt, kәsәrli vә açıq-aşkar bәyan
etmәsәydi, onun gәlәcәk fәaliyyәtinә şәrait dә yaranmazdı.
Onun gәlәcәk fәaliyyәtinә zәmin yaradan amil Hüseyn ibn
Əlinin (ә) qanı idi. Necә ki, tarix boyu bütün Şiә qiyamlarına
zәmin yaradan amil Hüseyn ibn Əlinin (ә) qanı oldu. Əvvәlcә
xalqa xәbәrdarlıq etmәli vә bu xәbәrdarlığın fonunda özünün
prinsipial, dәrin, güclü vә uzunmüddәtli müxalifәtinә
başlamalıdır. Bu xәbәrdarlıq da belә sәrt vә kәsәrli sözlәrdәn
başqa yolla mümkün deyil.
Bu sәfәrdә İmam Sәccadın (ә) rolu hәzrәt Zeynәb rolu idi,
Hüseyn (ә) inqilabının mesajını çatdırırdı. İnsanlar Hüseynin
(ә) nә üçün vә necә öldürüldüyünü bildikdә İslamın vә Əhli-
beyt dәvәtinin gәlәcәyi bir cür olardı, bilmәdikdә isә başqa
cür. Buna әsasәn, xalqın mәlumatlanması vә bu mәlumatın
cәmiyyәt sәviyyәsindә genişlәnmәsi üçün hәr şeydәn istifadә
etmәk vә mümkün olan hәddә bu işi görmәk lazım idi. Bu
baxımdan, İmam Sәccad (ә) Sәkinә, Fatimeyi-Suğra,
Zeynәbin özü vә әsirlәrin hәr biri kimi bir tәbliğatçıdır. Bütün
bu qüvvәlәr toplanmalıdır ki, İmam Hüseynin (ә) qürbәtdә
tökülmüş qanını böyük İslam dünyasının bütün bölgәlәrinә
aparsınlar, Kәrbәladan Mәdinәyәdәk hәr yerә çatdırsınlar,
Mәdinәyә daxil olanda xalqın önündә hәqiqәtlәri bәyan
etsinlәr. Bu birinci addımdır. Odur ki, İmam Sәccadın (ә)
hәyatının bu qısa dönәmi müstәsna dönәmdir. Sonrakı dönәm
isә onun Mәdinәdә möhtәrәm bir vәtәndaş kimi yaşadığı,
Peyğәmbәrin (s) evindә vә ailәsi arasında fәaliyyәt göstәrdiyi
zaman
başlayır.
Dördüncü
imamın
proqramlarını
aydınlaşdırmaq üçün onun yaşadığı dövrün vәziyyәt vә
şәraitini araşdırmağa ehtiyac var. (İslamın keşikçisi, say 6)
|