Ayətullah Seyid Əli Xamenei


Doqquzuncu fəsil: İmam Səccad (ə)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
250-YAŞLI-İNSAN

Doqquzuncu fəsil: İmam Səccad (ə) 
İmam Sәccad (ә) haqda danışmaq vә yazmaq çәtindir. 
Çünki insanların bu böyük imamla tanışlığına şәrait çox 
әlverişsizdir. Əksәr tarixçi vә tәhlilçilәr elә bilirlәr ki, bu 
imam bir tәrәfdә oturub ibadәtlә mәşğul olmuş vә siyasәtә 
qarışmamışdır. Bәzilәri bunu açıqca söylәmişlәr, açıq 
söylәmәyәnlәrin dә qәnaәti bundan başqa bir şey olmamışdır. 
Bunu imama verilәn lәqәblәrdәn vә deyilәn sözlәrdәn dә 
anlamaq olar. 
Bәzi adamlar ona Xәstә lәqәbi verirlәr, halbuki onun 
xәstәliyi Aşura hadisәsinin baş verdiyi bir neçә günü әhatә 
edirdi, ondan sonra davam etmәdi. Hәr bir adam ömründә bir 
neçә gün xәstәlәnә bilәr. Baxmayaraq ki, bu imamın xәstәliyi 
ilahi mәsәlәhәt üçün olmuşdur. Mәqsәd bu idi ki, hәmin gün 
Allah yolunda müdafiә vә cihad vәzifәsi onun üzәrinә 
düşmәsin vә gәlәcәkdә ağır әmanәt olan imamәt yükünü 
götürsün, atasından 35, yaxud 34 il sonraya qәdәr yaşasın vә 
Şiә mәzhәbinin әn çәtin dövründә ona rәhbәrlik etsin. 
Siz İmam Sәccadın (ә) hәyat sәrgüzәştlәrinә baxsanız, 
çoxlu diqqәtәlayiq vә maraqlı hadisәlәr görәrsiniz. Bizim 
digәr imamlarımızın hәyatı da belәdir. Lakin siz bunların 
hamısını bir yerә toplasanız da, İmam Sәccadın (ә) hәyatını 
öyrәnә bilmәzsiniz. Hәr bir kәsin әsl hәyatı o zaman aydın 
olar ki, biz onun ümumi istiqamәtini bilәk vә sonra onun 
hәyatının ayrı-ayrı hadisәlәrini araşdıraq. Bu ümumi istiqamәt 
bilinsә, ayrı-ayrı hadisәlәr dә mәnasını tapar. Ümumi 
istiqamәt bilinmәdikdә, yaxud sәhv bilindikdә isә ayrı-ayrı 
hadisәlәr dә mәnasız olar, yaxud sәhv başa düşülәr. Bu prinsip 
yalnız İmam Sәccada (ә) vә digәr imamlara mәxsus deyil, 
hamının hәyatında keçәrlidir. 
İmam Sәccadın (ә) Mәhәmmәd ibn Şahab Zöhriyә mәktubu 
onun hәyatından bir nümunәdir. Bu, Peyğәmbәr (s) ailәsinә 
mәnsub bir şәxsin dövrün bir mәşhur aliminә mәktubudur. Bu 
barәdә müxtәlif fikirlәr irәli sürmәk olar: bu mәktub köklü vә 


147
geniş bir mübarizәnin bir hissәsi, yaxud sadәcә pis işlәrdәn 
çәkindirmә vә yaxud bir nәfәrin başqa birisinә etirazı sayıla 
bilәr. Öz-özlüyündә vә o dövrün digәr hadisәlәrini nәzәrә 
almadan bu mәktublaşmadan bir şey anlamaq olmaz. Demәk 
istәyirәm ki, hәr hansı hadisәni imamın hәyatındakı ümumi 
istiqamәtdәn ayırsaq, onun bioqrafiyası anlaşılmaz. Mühüm 
olan budur ki, biz ümumi istiqamәti diqqәtdә saxlayaq. 
Bizim ilk mövzumuz İmam Sәccadın (ә) hәyatdakı ümumi 
istiqamәti haqdadır. Bunu o hәzrәtin öz sözlәrindәn vә 
hәyatından faktlarla, elәcә dә imamların hәyatına dair ümumi 
qәnaәtlә xatırladacaq vә izah edәcәyәm. 
Bizim fikrimizcә, İmam Hәsәnin (ә) qırxıncı ildә hәyata 
keçәn sülhündәn sonra Peyğәmbәr (s) Əhli-beyti evdә oturub 
yalnız ilahi hökmlәri başa düşdüklәri kimi bәyan etmәklә qane 
olmadılar. Sülhün әvvәlindәn bütün imamların proqramı bu 
idi ki, nәzәrdu tutduqları şәkildә İslam hakimiyyәti qurmaq 
üçün fәaliyyәt göstәrsinlәr. Bunu İmam Müctәbanın (ә) 
hәyatında vә sözlәrindә aydın şәkildә görürük. 
İmam Hәsәnin (ә) işi köklü, çox dәrin vә fundamental iş 
idi. İmam Hәsәn (ә) on il belә yaşadı. O bu müddәtdә öz 
әtrafına bәzi qüvvәlәr topladı vә yetişdirdi. Bәzi adamlar 
müәyyәn yerlәrdә öz şәhadәtlәri, öz etirazları ilә Müaviyә 
rejiminә qarşı çıxdılar vә nәticәdә onu zәiflәtdilәr. 
Ondan sonra növbә İmam Hüseynә (ә) çatdı. O hәzrәt dә 
Mәdinәdә, Mәkkәdә vә digәr yerlәrdә eyni üsulu davam 
etdirdi. Nәhayәt, Müaviyә dünyadan köçdü vә Kәrbәla 
hadisәsi baş verdi. Kәrbәla hadisәsi İslamın gәlәcәyi üçün çox 
faydalı vә sәmәrәli qiyam olsa da, hәr halda, İmam Hәsәnin 
(ә) vә İmam Hüseynin (ә) izlәdiyi mәqsәdi gecikdirdi. Çünki 
xalqı qorxudub İmam Hәsәnin (ә) vә İmam Hüseynin (ә) 
yaxın әtrafını mәhv etdilәr, hakimiyyәtlәrini möhkәmlәtdilәr. 
Bu tәbii şәkildә baş verdi. Əgәr İmam Hüseynin (ә) qiyamı bu 
formada olmasaydı, güman ki, ondan sonra vә ona yaxın 
gәlәcәkdә Şiә hakimiyyәtinә şәrait yaranardı. Bu o demәk 
deyil ki, İmam Hüseyn (ә) qiyam etmәmәli idi. Əslindә şәraitә 


148
görә hәmin vaxt İmam Hüseynin (ә) qiyamı mütlәq baş 
vermәli idi. Bunda heç bir şübhә yoxdur. Lakin o şәrait 
olmasaydı vә İmam Hüseyn (ә) şәhid edilmәsәydi, böyük 
ehtimalla İmam Hәsәnin (ә) nәzәrdә tutduğu gәlәcәk tezliklә 
hәyata keçәrdi. 
İmamlar bu xәtti vә mәqsәdi izlәyir, hәmişә İslam 
hakimiyyәti qurmağa çalışırdılar. İmam Sәccadın (ә) fәaliyyәti 
әslindә İmam Hüseyn (ә) Kәrbәlada şәhid edilәndәn vә o, 
xәstә vәziyyәtdә әsir aparılandan başlandı. Əgәr o zamana 
qәdәr İmam Hәsәn (ә) vә İmam Hüseyn (ә) sözügedәn 
gәlәcәyi tәmin etmәli idilәrsә, o zamandan İmam Sәccad (ә) 
vәzifәsinә başlamalı oldu vә sonra da digәr imamlar. 
Buna әsasәn, biz İmam Sәccadın (ә) bütün hәyatında bu 
ümumi mәqsәdi vә әsas xәtti axtarmalı, mütlәq bilmәliyik ki, 
İmam Sәccad İmam Hәsәn (ә) vә İmam Hüseynin (ә) nәzәrdә 
tutduğu amalı hәyata keçirmәk istәyirdi. 
İmam Sәccad (ә) hicri tarixi ilә 61-ci ilin aşurasında 
imamәtә çatdı, 94-cü ildә dә zәhәrlәdilәrәk şәhid edildi. O 
hәzrәt bütün bu müddәtdә hәmin mәqsәdi izlәdi. İndi bu 
baxışla İmam Sәccadın (ә) gördüyü işlәri araşdırın. Görün 
hansı mәrhәlәlәri keçdi, hansı taktikalardan istifadә etdi vә 
hansı nailiyyәtlәri әldә etdi. O hәzrәtin bütün cümlәlәrini, 
hәrәkәtlәrini, Sәhifeyi-Sәccadiyyәdә toplanmış dualarını, 
münacatlarını vә raz-niyazlarını hәmin ümumi xәttә vә 
hәmçinin imamәt müddәtindә müxtәlif qüvvәlәrә qarşı 
tutduğu müxtәlif mövqelәrә әsasәn izah etmәk olar: 
1- Übeydullah ibn Ziyadın vә Yezidin qarşısında çox 
şücaәtli vә fәdakar mövqe seçmәsinә; 
2- Yezid hakimiyyәtinin üçüncü ilindә vә Yezidin әmri ilә 
Mәdinәni dağıdıb xalqın mallarını qarәt edәn Müsrif ibn 
Üqbәnin qarşısında çox yumşaq vә mülayim mövqe 
seçmәsinә; 
3- Ən güclü vә әn ağıllı Əmәvi xәlifәsi olan Əbdülmәlik 
ibn Mәrvan qarşısında bәzәn sәrt, bәzәn isә mülayim mövqe 
seçmәsinә; 


149
4- Ömәr ibn Əbdülәzizlә rәftarına; 
5- İmamın sәhabәlәri vә dostları ilә rәftarına vә dostlarına 
verdiyi tövsiyәlәrә; 
6- Saraya vә zalım hakimlәrә bağlı alimlәrlә rәftarına 
Bütün bu hәrәkәt vә rәftarları diqqәtlә araşdırmaq lazımdır. 
Mәnim qәnaәtim budur ki, bu ümumi xәtt diqqәtdә saxlansa, 
hәr bir hәrәkәt vә hadisә çox dәqiq vә sәlis mәna kәsb edәr. 
Əgәr İmam Sәccadın (ә) hәyatını belә araşdırsaq, o hәzrәtin 
yer üzündә Allah hakimiyyәtini hәyata keçirmәkdәn vә İslamı 
reallaşdırmaqdan ibarәt olan müqәddәs mәqsәd yolunda bütün 
sәyindәn istifadә edәn, әn peşәkar vә әn tәsirli fәaliyyәtlә 
mәşğul olan, Aşura hadisәsindәn sonra tükәnmәk üzrә olan 
İslam karvanını nәzәrәçarpacaq hәddә inkişaf etdirәn, iki 
böyük vә әsas mәsuliyyәti – bu haqda danışacaq vә deyәcәyik 
ki, bizim imamlarımız onların hәr ikisini üzәrlәrinә 
götürmüşdülәr - hәyata keçirmiş, işlәrdә siyasәt, şücaәt, diqqәt 
vә zәrifliyә әmәl etmiş bir insan olduğunu bilәrik. O, tarixin 
bütün peyğәmbәrlәri vә uğurlu insanları kimi 35 il yorulmaz 
mübarizәdәn vә missiyasını yerinә yetirәndәn sonra şәrәflә 
dünyadan köçdü vә mәsuliyyәti özündәn sonrakı imama - 
İmam Baqirә (ә) tapşırdı. İmamәtin vә yer üzündә Allah 
hakimiyyәtini qurmaqdan ibarәt olan böyük vәzifәnin İmam 
Baqirә (ә) tapşırılması hәdislәrdә aydın şәkildә göstәrilmişdir. 
Rәvayәtdә deyilir ki, İmam Sәccad (ә) övladlarını toplayandan 
sonra Mәhәmmәd ibn Əliyә, yәni İmam Baqirә (ә) buyurdu ki, 
bu sandığı vә silahı götür, bunlar sәnә әmanәtdir. Sandığı 
açdıqda isә içindә Quranın vә bir kitabın olduğunu gördülәr. 
Mәncә o silah siyasi rәhbәrliyin, kitab isә ideoloji vә 
düşüncә rәhbәrliyinin rәmzidir. İmam onu özündәn sonrakı 
imama tәhvil verib rahatlıqla, arxayınlıqla, Allah-Taalanın vә 
ayıq insanların qarşısında çox başıuca halda dünya ilә 
vidalaşdı. İmam Sәccadın (ә) hәyatının ümumi tәsviri bu idi. 
(İslamın keşikçisi, say 6) 
İmam Sәccadın (ә) dövrü çoxlu çәtinliklәrlә başlayır. 
Kәrbәla hadisәsi Şiә mәrkәzlәrindә vә hәtta İslam dünyasının 


150
hәr bir yerindә güclü bir tәkan yaratdı. Qәtl, tәqib, işgәncә vә 
zülm әvvәllәr dә vardı, amma Peyğәmbәr (s) oğlunu 
öldürmәk, Peyğәmbәr (s) ailәsini әsir tutmaq, şәhәr-şәhәr 
gәzdirmәk, Zәhra (ә) әzizinin - Peyğәmbәrin (s) onu necә 
öpdüyünü görәnlәr hәlә dә vardı - başını nizәyә taxmaq İslam 
dünyasını heyrәtә saldı. Heç kәs vәziyyәtin bu hәddә 
çatacağına inanmazdı. Əgәr hәzrәt Zeynәbә aid edilәn bir şeir 
düzgün olsa, sözügedәn mәzmunu çatdırır vә bu hal bütün 
xalqa aiddir. Qәfildәn siyasәtin dәyişdiyi, şiddәtin güman 
edildiyindәn artıq olduğu hiss olundu, tәsәvvüredilmәz 
mәsәlәlәr hәyata keçdi. Buna görә, Kufә istisna olmaqla bütün 
İslam dünyasını güclü qorxu bürüdü. Kufә yalnız Tәvvabin 
qrupunun vә sonra Muxtarın sayәsindә bundan uzaq qaldı. 
Kәrbәla hadisәsindәn irәli gәlәn qorxu Mәdinәdә, digәr 
yerlәrdә, hәtta bir qәdәr sonra Abdullah ibn Zübeyrin qiyam 
etdiyi Mәkkәdә dә vardı. İslam dünyasında misilsiz bir qorxu 
hökm sürürdü. 
Siyasi fәsad da başqa bir amildir. Böyük şәxsiyyәtlәrin 
әksәri hökumәt adamları tәrәfindәn tәmin olunan maddi 
arzularla yaşayırdılar. Bir zaman İmam Sәccadın (ә) şagirdi 
olmuş Mәhәmmәd ibn Şahab Zöhri kimi böyük bir şәxsiyyәt 
saraya bağlı idi. İmam Sәccadın (ә) Mәhәmmәd ibn Şahab 
Zöhriyә, әslindә isә bütün tarixә mәşhur mәktubu "Tühәf әl-
üqul" kitabında vә digәr әsәrlәrdә qeyd olunmuşdur. Bu 
mәktub 
böyük 
şәxsiyyәtlәrin 
asılılıqlarını 
göstәrir. 
Mәhәmmәd ibn Şahab kimilәr çox idi. Mәrhum Mәclisi Bihar 
kitabında güman ki, Cabir ibn Abdullah olan Cabir adlı 
birindәn İmam Sәccadın (ә) bir cümlәsini nәql edir: "Bilmirik 
ki, camaatla nә edәk; onlara Allah rәsulundan eşitdiyimiz 
sözlәri deyәndә gülürlәr, sakit duranda da özümüz әziyyәt 
çәkirik"
1
. Sonra bir әhvalat danışır: imam bir dәstә adama bir 
hәdis söylәyirdi, onların arasından bir nәfәr istehza ilә hәdisi 
qәbul etmәdi. Daha sonra Sәid ibn Museyib vә Zöhrinin yanlış 
1
"Bihar әl-әnvar", c. 6, sәh. 259 


151
yolda olduqlarını deyir. Əlbәttә, mәn Sәid ibn Museyibin belә 
olduğunu qәbul etmirәm, çünki onun imamın yaxın әtrafından 
olmasına dair dәlillәr var. Zöhri vә bir çoxları isә belә 
olmuşlar. İbn Əbilhәdid sonra o dövrdә Əhli-beytdәn 
uzaqlaşan çoxlu şәxsiyyәtlәrin adlarını çәkir. 
Xalqın dini, әxlaqı islah olunmalı, xalq fәsad batlağından 
çıxmalı, dinin mәğzi vә ruhu olan mәnәvi istiqamәt 
cәmiyyәtdә yenidәn dirçәlmәli idi. Buna görә siz İmam 
Sәccadın (ә) zahidliyә geniş yer verdiyini görürsünüz: 
"Dünyaya meylsiz vә axirәtә rәğbәtli olanların әlamәti..."
1
Bu, geniş bir söhbәtin bağlanğıcıdır. Bu söhbәtdә dә bәzi 
mәsәlәlәrә vә qeyd etdiyimiz mәqsәdlәrә işarә var. 
İmam Sәccadın (ә) sözlәrinin çoxu zahidlik haqdadır, dua 
formasında söylәnmiş İslam tәlimlәridir. Qeyd etdiyimiz kimi, 
o dövrdә olan repressiya vә әlverişsiz durum İmam Sәccadın 
(ә) insanlarla açıq danışmasına imkan vermirdi. Maneә isә 
yalnız hakim qüvvәlәr deyildi, xalq da istәmirdi. O cәmiyyәt 
ümumiyyәtlә fәsad dolu zay bir cәmiyyәt idi, yenidәn 
qurulmalı idi. 61-ci ildәn 95-ci ilә qәdәr sürәn 34-35 ildә 
İmam Sәccadın (ә) hәyatı belә keçdi. Əlbәttә, zaman ötdükcә 
vәziyyәt yaxşılaşdı. Çünki İmam Sadiq (ә) "Hüseyndәn (ә) 
sonra insanlar dindәn döndülәr" hәdisinin davamında deyir ki, 
sonradan gәldilәr vә çoxaldılar. Biz görürük ki, hәqiqәtәn 
belәdir. İmam Baqirin (ә) dövründә artıq vәziyyәt dәyişmişdi. 
Bu, İmam Sәccadın (ә) 35 illik zәhmәtlәrinin sәmәrәsi idi.
Bәzәn düşünürlәr ki, İmam Sәccad (ә) Bәni-Ümәyyә 
hakimiyyәtinә qarşı çıxmaq istәsәydi, o da qiyama qalxmalı, 
yaxud Muxtara vә ya Abdullah ibn Hәnzәlәyә qoşulmalı, 
onlara rәhbәrlik etmәli vә açıq silahlı mübarizә aparmalı idi. 
Hәzrәt Sәccadın (ә) dövrünün vәziyyәtini nәzәrә alanda isә bu 
tәfәkkürün imamların mәqsәdinә әsasәn yanlış olduğunu 
anlamaq olar. 
1
"Bihar әl-әnvar", c. 75, sәh. 128 


152
İmamlar, o cümlәdәn İmam Sәccad (ә) belә bir şәraitdә 
açıq radikal addımlar atsaydı, şübhәsiz, şiәliyin kökü kәsilәr
Əhli-beyt mәktәbinin, vilayәt vә imamәt quruluşunun bütün 
inkişaf perspektivlәri mәhv olardı. Mәhz buna görә İmam 
Sәccad (ә) Muxtarla açıq әmәkdaşlıq etmәdi. Düzdür, bәzi 
rәvayәtlәrdәn Muxtarla gizli әlaqәsinin olduğu görünür, amma 
heç şübhә yoxdur ki, aşkar şәkildә heç bir әlaqәsi olmayıb vә 
hәtta bәzi rәvayәtlәrә әsasәn onu pislәyib dә. Bu da çox tәbii 
mәsәlәdir. Bu onların arasındakı әlaqәnin hiss olunmaması 
üçün tәqiyyә metodundan istifadәdir. 
Muxtar qәlәbә çalsaydı, hakimiyyәti Əhli-beytә verәrdi, 
amma mәğlub olsaydı, İmam Sәccadın (ә) onunla әlaqәsinin 
bilindiyi tәqdirdә, bunun ziyanı İmam Sәccada (ә) vә Mәdinә 
şiәlәrinә dә toxunardı, şiәliyin sonu çatardı. Bu sәbәbdәn 
İmam Sәccad (ә) onunla heç bir açıq әlaqә qurmurdu. 
Rәvayәtdә deyilir ki, Müslim ibn Üqbә Hәrrә hadisәsindә 
Mәdinәyә gәlәndә hamı onun ilk növbәdә Əli ibn Hüseynlә 
(ә) haqq-hesab çәkәcәyinә әmin idi. Lakin İmam Sәccad (ә) 
elә dәqiq siyasәt işlәtdi ki, bu bәla dәf edildi, o hәzrәt qaldı vә 
Şiәnin әsas mәrkәzi kimi fәaliyyәtini davam etdirdi. 
Düzdür, bәzi әsәrlәrdә, o cümlәdәn "Bihar әl-әnvar" 
kitabında hәzrәt Sәccadın (ә) Müslim ibn Üqbәnin yanında 
özünü alçaldaraq ona tәzim etdiyini ifadә edәn rәvayәtlәr var. 
Mәn bu rәvayәtlәri qәti şәkildә rәdd edirәm. Çünki: 
Əvvәla, bunlar heç bir doğru hәdis sәnәdinә әsaslanmır; 
İkincisi, mәzmun baxımından onları tәkzib edәn digәr 
rәvayәtlәr vardır. 
İmam Sәccadın (ә) Müslim ibn Üqbә ilә görüşünә dair bir-
biri ilә uyğun olmayan çoxlu rәvayәtlәr var. Bu rәvayәtlәrin 
bәzisi imamların rәftar vә üsuluna daha uyğundur. Biz tәbii ki, 
onları qәbul edirik. Onları qәbul edәndә isә digәr rәvayәtlәr 
bütünlüklә rәdd edilir vә mәn onların qeyri-düzgün olmasına 
şübhә etmirәm. 
Hәr halda, İmam Sәccad (ә) o rәvayәtlәrin bәzisindә 
göstәrilәn şәkildә rәftar etmәmişdir, amma şübhә yoxdur ki


153
Müslim ibn Üqbәyә sәrt münasibәt dә göstәrmәmişdir. Çünki 
belә olsaydı, onu qәtlә yetirәrdi vә bu, İmam Sәccadın (ә) 
vasitәsi ilә apalıran İmam Hüseyn (ә) düşüncәsinә ölümcül 
zәrbә vurardı. İmam Sәccad (ә) qalır vә İmam Sadiqin (ә) 
hәdisindә gördüyümüz kimi, insanlar yavaş-yavaş ona qoşulur 
vә çoxalırlar. İmam Sәccadın (ә) işlәri belә ağır, әlverişsiz vә 
çәtin şәraitdә başlayır. 
İmam Sәccadın (ә) 34 illik imamәt dövrünün çoxu 
Əbdülmәlikin hakimiyyәtinә tәsadüf edir. Əbdülmәlik rejimi 
imamın hәyatına vә rәftarına tam nәzarәt edirdi. Onun hәtta 
özәl ailәdaxili mәsәlәlәri dә tәyin olunmuş casuslar tәrәfindәn 
xәbәr verilirdi. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin