İmam Səccadın (ə) məqsədləri
İmam Sәccadın (ә) dövrünün şәraiti aydın oldu. İndi imam
belә bir şәraitdә işә başlamaq istәyir. Mәn imamların seçdiyi
mәqsәd vә üsula qısa işarә vurub o hәzrәtin hәyatının bu
üsulla bağlı xırdalıqlarına keçәcәyәm.
Şübhәsiz, hәzrәt Sәccadın (ә) son mәqsәdi İslam
hakimiyyәti qurmaqdır. İmam Sadiqin (ә) hәdisindә qeyd
olunduğu kimi, Allah-Taala 70-ci ili İslam hakimiyyәti üçün
nәzәrdә tutmuşdu. Hәzrәt Hüseyn ibn Əlinin (ә) şәhid
edildiyinә görә isә 147-148-ci illlәrә qәdәr tәxirә saldı. Bu
onu göstәrir ki, İmam Sәccadın (ә) vә digәr imamların son
mәqsәdi İslam hakimiyyәti qurmaq olmuşdur. Amma o
şәraitdә İslam hakimiyyәti necә qurula bilәrdi? Bunun üçün
bir neçә mәqama aydınlıq gәtirmәk lazımdır:
1- Hәqiqi daşıyıcıları imamlardan ibarәt olan vә İslam
hakimiyyәtinin әsası sayılan düzgün İslam düşüncәsi
yazılmalı, tәdris olunmalı vә yayılmalıdır.
İslam cәmiyyәti uzun illәr düzgün İslam düşüncәsindәn
uzaq qaldığı, xalq arasında düşüncә şәraiti yaradılmadığı vә
әsaslı hökmlәr yazılmadığı halda düzgün İslam tәfәkkürü
әsasında hakimiyyәt qurmaq olardımı?!
154
İmam Sәccadın (ә) әn böyük rolu әsl İslam tәfәkkürünü –
yәni tövhidi, nübüvvәti, insanın mәnәvi mәqamını, Allahla
әlaqәsini vә digәr mövzuları yazmasıdır. Sәhifeyi-
Sәccadiyyәnin әn başlıca rolu bu idi. Siz Sәhifeyi-
Sәccadiyyәyә nәzәr salıb, sonra o dövrün insanlarının İslam
düşüncәsinә baxsanız, bunların bir-biri ilә nә qәdәr fәrqli
olduğunu görәrsiniz. İslam dünyasının bütün insanlarının
maddiyyat istiqamәtindә, maddi amillәrә doğru hәrәkәt etdiyi,
xәlifә Əbdülmәlik Mәrvandan tutmuş onun әtrafındakı
alimlәrә, o cümlәdәn Mәhәmmәd ibn Şahab Zöhriyә qәdәr
hamının özünü vә dünyasını düşündüyü zaman İmam Sәccad
(ә) insanlara müraciәtlә deyir: "Bu it artığını öz adamlarına
buraxan azad bir insan yoxdurmu?!"
Bu cümlәdә İslam tәfәkkürü mәnәviyyatı mәqsәd
seçmәkdәn, mәnәvi vә dini amallar naminә çalışmaqdan,
insanı Allaha vә üzәrinә düşәn vәzifәlәrә bağlamaqdan
ibarәtdir. Bu, ozamankı insanların maddi tәmayüllәrinin
yaratdığının әksidir. Bunu bir misal kimi söylәdim. İmam
Sәccad (ә) o qәdәr belә işlәr görmәli idi ki, nәticәdә düzgün
İslam tәfәkkürü İslam cәmiyyәtindә qorunsun vә mәhv
olmasın. Bu, İmam Sәccadın (ә) ilk işi idi.
2- İnsanları hakimiyyәtә haqlı olanlarla tanış etmәk lazım
idi. İmam Sәccadın (ә) dövrünә qәdәr Peyğәmbәr (s) ailәsi
әleyhinә on illәrlә aparılan әks-tәbliğat öz işini görmüş, İslam
dünyasını bürümüş, Peyğәmbәrin (s) dilindәn Əhli-beytin
hәrәkәt istiqamәtinin әksinә, hәtta bәzәn lәnәtlәnmәsinә dair
çoxlu saxta hәdislәr quraşdırılmış vә xalq arasında yayılmışdı.
İnsanların Əhli-beytin hәqiqi vә mәnәvi mәqamından әsla
xәbәrlәri yox idi. Belә olan şәraitdә Əhli-beyt tәrәfindәn necә
hakimiyyәt qurula bilәrdi?!
Buna әsasәn, İmam Sәccadın (ә) digәr mühüm mәqsәd vә
hәrәkәtlәrindәn biri budur ki, xalqı Əhli-beytin haqlı, vilayәt,
imamәt vә hakimiyyәt mәqamına sahib vә onların
Peyğәmbәrin
(s)
hәqiqi
xәlifәlәri
olması
barәdә
maariflәndirsin, xalq bu mәsәlәlәrlә tanış olsun. Bu, İslam
155
ideologiyasından vә İslam tәfәkküründәn olsa da, eyni
zamanda siyasi mahiyyәt daşıyır vә hakim rejim әleyhinә
siyasi hәrәkәt sayılır.
3- İmam Sәccad (ә) gәlәcәk siyasi hәrәkәtlәrin әsas
mәrkәzi olan bir tәşkilat yaratmalı idi. Xalqın repressiya,
yoxsulluq, maddi vә mәnәvi sıxıntılar sәbәbindәn tәnhalığa,
yalqızlığa, bir-birindәn kәnar gәzmәyә vәrdiş etdiyi, güclü
tәzyiq vә qorxu altında şiәlәrin tәşkilati dayaqlarının mәhv
edildiyi bir cәmiyyәtdә İmam Sәccad (ә) tәk-tәnha, yaxud
pәrakәndә vә tәşkilatsız bir qrupla necә işlәyә bilәrdi?!
Bu baxımdan, İmam Sәccadın (ә) başqa bir işi şiәlәri
tәşkilatlandırmaqdır.
Bizim
fikrimizcә,
bu
tәşkilat
Əmirәlmömininin (ә) dövründәn olmuş, Aşura faciәsindәn,
Hәrrә hadisәsindәn vә Muxtarın mәğlubiyyәtindәn sonra isә
dağılmışdı. İmam Sәccad (ә) bunu yenidәn bәrpa etmәli idi.
Nәticә budur ki, İmam Sәccadın (ә) üç әsas işi var:
1. Uzun müddәt tәhrif edildikdәn vә undulduqdan sonra
İslam düşüncәsini düzgün formada vә Allahın nazil etdiyi
kimi yazmaq;
2. Əhli-beytin xilafәt vә imamәtә haqlılığını isbat etmәk;
3. Peyğәmbәr (s) ailәsinin tәrәfdarları olan şiәlәr üçün
nizam-intizamlı tәşkilat yaratmaq.
Biz bu üç әsas işi araşdırmalı vә görmәliyik ki, İmam
Sәccad (ә) hәyatı dövründә onların hansına tәşәbbüs
göstәrmişdir. Bu üç işin kәnarında ikinci dәrәcәli әhәmiyyәt
kәsb edәn digәr işlәr dә görülmüşdür; misal üçün, repressiv
mühiti müәyyәn hәddә açmaq üçün bәzәn imamın özü, yaxud
tәrәfdarları tәrәfindәn bәzi fikirlәr bildirilmiş vә addımlar
atılmışdır.
İmamın tәrәfdarları, yaxud özü bir qәdәr möhkәmlәndikdәn
sonra çoxlu mәsәlәlәrdә müәyyәn fikirlәr irәli sürmüşlәr. Bu
fikirlәr yalnız sözügedәn qorxu mühitini aradan qaldırmaq vә
tutqun sәmada bir qәdәr gözәl hava yaratmaq üçün olmuşdur.
Bu, ikinci dәrәcәli işlәrdәn biridir. Belә işlәrә dair nümunәlәri
qeyd edәcәyәm.
156
İkinci dәrәcәli işlәrdәn başqa birisi hakim rejimlә, yaxud
ona bağlı qüvvәlәrlә yüngül toqquşmadan ibarәtdir. Bu
toqquşma İmam Sәccadla (ә) Əbdülmәlik vә ona bağlı olan
azğın alimlәr, o cümlәdәn Mәhәmmәd ibn Şahab Zöhri
arasında, hәmçinin imamların tәrәfdarları ilә xәlifәlәrin
tәrәfdarları arasında dәfәlәrlә baş vermişdir. Bu işlәr
cәmiyyәti bir qәdәr açmaq mәqsәdi ilә görülmüşdür.
Kimsә mәnim bәyan etdiyim amillәri nәzәrә alaraq İmam
Sәccaddan (ә) nәql olunan әxlaqi rәvayәtlәri, moizәlәri,
mәktubları, digәr hәdislәri vә onun hәyatında baş verәn
hadisәlәri araşdırsa, hamısınә düzgün dәrk edәr, onların
hamısının işarә vurduğumuz bu üç istiqamәtdәn birindә
olduğunu vә bunların ümumilikdә İslam hakimiyyәti yaratmaq
üçün baş verdiyini görәr. Əlbәttә, imam İslam hökumәtinin
onun öz dövründә qurulması haqda düşünmür vә bunun
gәlәcәkdә, yәni İmam Sadiqin (ә) dövründә hәyata keçәcәyini
bilirdi. (İslam keşikçisi, say: 8)
Bu üç işlә İslam hakimiyyәti vә Əli (ә) quruluşu yaratmağa
şәrait yaranırdı. Bir daha vurğulamaq istәyirәm ki, İmam
Sadiqdәn (ә) fәrqli olaraq, İmam Sәccad (ә) bu hakimiyyәtin
öz imamlığı dövründә qurulmasını vә İslam hökumәtinin o
zaman bәrqәrar olunmasını düşünmürdü. Çünki, onun
dövründә buna şәrait yox idi, zülm, repressiya, şiddәt vә
tәzyiq o qәdәr çox idi ki, onları otuz il әrzindә aradan
qaldırmaq mümkün deyildi. İmam Sәccad (ә) gәlәcәk üçün
çalışırdı. Hәtta çoxlu dәlillәrә әsasәn başa düşürük ki, İmam
Baqir (ә) dә öz dövründә İslam hakimiyyәti qurmaq
niyyәtindә deyildi. Yәni 61-ci ildәn İmam Sәccadın (ә) şәhid
edildiyi 95-ci ilә vә 95-ci ildәn İmam Baqirin (ә) şәhid
edildiyi 114-cü ilә qәdәr bu hakimiyyәtin reallaşması haqda
düşünmür vә gәlәcәk üçün çalışırdılar. İşarә vurduğumuz
kimi, İmam Sәccadın (ә) uyğun fәaliyyәt proqramı
uzunmüddәtli idi.
İndi İmam Sәccadın (ә) sözlәrini araşdırmaq vә qeyd
etdiklәrimizә onun sözlәrindәn nümunәlәr göstәrmәk istәyirik.
157
Çünki İmam Sәccadın (ә) hәyatını tәhlil edәndә bizim bu
mәqsәd üçün әn әsas mәnbәyimiz o hәzrәtin sözlәridir.
Bütün imamların hәyatına dair araşdırma üsulumuz budur.
Biz imamların fikirlәrini vә onların dilindәn çıxan rәvayәtlәri
onların hәyatını öyrәnmәk üçün әn yaxşı mәnbә vә әsas
sayırıq. Lakin öncә dә qeyd etdiyim kimi, biz bu sözlәri o
zaman düzgün dәrk edә bilәrik ki, imamların hәrәkәt
istiqamәti, bu mübarizә vә fәaliyyәtdә onların mәqsәdi ilә
tanış olaq. Belә olmasa, onların sözlәrini dә pis izah edәrik.
Sözügedәn mәqsәdin özü dә onların sözlәri sayәsindә başa
düşülür. Hәr halda, bu mәqsәdlә tanış olduqdan sonra
görәcәyik ki, imamların sözlәrindәn bu sahәdә necә düzgün
bәhrәlәr götürә bilәrik.
Mövzuya başlamazdan öncә qısa bir mәqamı xatırlatmaq
istәyirәm. İmam repressiya çağında yaşadığından vә nәzәrdu
tutduğu fikirlәri açıq-aşkar söylәyә bilmәdiyindәn moizә vә
dua üsulundan istifadә edirdi. Dua vә Sәhifeyi-Sәccadiyyә
haqda sonra danışacağıq. Moizә isә o hәzrәtdәn nәql olunan
söz vә rәvayәtlәrә aiddir. İmam Sәccadın (ә) әksәr sözlәri,
bәlkә dә demәk olar ki, hamısı moizә üslubundadır. İmam
moizә vә nәsihәt әsnasında qabaqca işarә vurduğum mәsәlәni
bәyan etmişdir. Siz bu sözlәrә baxanda imamın çox dәqiq vә
ağıllı üsulunu görürsünüz. Hәmin üsulla moizә vә nәsihәt
әsnasında xalqın beyninә salmaq istәdiklәrini insanlara ötürür.
Bu, düzgün düşüncә vә ideologiyaları ötürmәyin әn yaxşı
tәrzidir.
Dostları ilə paylaş: |