Ayətullah Seyid Əli Xamenei


İmam Sadiqin (ə) həyatının tanınmaz qalması



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
250-YAŞLI-İNSAN

İmam Sadiqin (ə) həyatının tanınmaz qalması
Burada İmam Sadiqin (ә) hәyatını araşdıranlar üçün әn 
tәәssüflü mәqamlardan birinә toxunmaq istәyirәm. O da budur 
ki, imamın xüsusәn Bәni-Ümәyyә hakimiyyәtinin sonlarına 
tәsadüf edәn ilk imamәt illәri tanınmaz vә qarışıqdır. Yüzlәrlә 
tarixi rәvayәtdәn anlaşılan keşmәkeş vә tәlatüm dolu bu hәyat 
nә tarixdә, nә dә hәdisşünas vә tәzkirәçilәrin sözlәrindә 
nizamlı formada işıqlandırılmış, әksәr hadisәlәrin zamanı vә 
xüsusiyyәtlәri yazılmamışdır. Tәdqiqatçı müәyyәn tarixi 
qeydlәrә әsaslanaraq dövrün ümumi hadisәlәrini nәzәrә 
almalı, şәxs, yaxud hadisәlәr barәdә hәr bir rәvayәti digәr 
mәnbәlәrdәn әldә olunan mәlumatlarla müqayisә etmәli, 
hadisәnin zaman, mәkan vә xüsusiyyәtlәrini kәşf etmәlidir. 
Bәlkә dә xüsusәn imamın tәrәfdarları ilә birgә tәşkilati 
fәaliyyәtlәrindәki bu qaranlığın sәbәblәrindәn birini uyğun 
işlәrin mahiyyәtindә axtarmaq lazımdır. 
1
"Bihar әl-әnvar", c. 47, sәh. 131 


206
Tәbii ki, tәşkilati işlәrin gizli qalması üçün mәxfilik 
prinsiplәrinә әmәl olunmalıdır. Belә olduqda o zaman da
ondan sonra da mәxfi qalır vә sәhabәlәrin sirdaşlığı yad 
insanların xәbәr tutmasına imkan vermir. Belә bir tәşkilat 
qәlәbә çalıb hakimiyyәtә gәlәndә özü mәxfi işlәrinin üstünü 
açır. Mәhz buna görә Abbasilәr hәrәkatının çoxlu gizli işlәri, 
hәtta başçıların xüsusi fәrmanları vә dәvәt çağında tәşkilat 
üzvlәri ilә gizli tәmasları tarixdә qeyd olunmuşdur vә hamının 
xәbәri var. 
Əgәr Əli (ә) hәrәkatı da qәlәbә çalsaydı, Şiә imamları, 
yaxud onların seçdiyi qüvvәlәr hakimiyyәtә gәlsәydilәr, 
şübhәsiz, biz bu gün imamların siyasi fәaliyyәtlәrinin, çox 
geniş vә gizli tәşkilatlarının bütün sirlәrindәn xәbәrdar 
olardıq. 
Başqa bir sәbәbi tarixçilәrin vә tarixçiliyin mahiyyәtindә 
axtarmaq lazımdır. Mәzlum vә mәğlub bir qrupun rәsmi 
tarixdә yalnız adı varsa vә ondan bir xatirә qeyd olunmuşsa
demәli, qalib vә zalım cinah yalnız bu hәddә yazılmasını 
istәmişdir. Rәsmi tarixçilәr müxaliflәri pislәyәn sözlәri qoyub 
çox әziyyәtlә müxaliflәrin sözlәrini tapmır vә böyük riskә 
gedib qeyd etmirlәr. Onlar әziyyәtsiz-qorxusuz hakim 
qüvvәlәrin çoxlu sözlәrini asanlıqla әldә edәrәk yazır, bundan 
ötrü mükafat da alırdılar. 
İndi bu aydın hәqiqәtә başqa bir reallığın kәnarında nәzәr 
salmaq istәyirik. Sonrakı tәdqiqatların әksәrinin qaynağı 
sayılan vә İmam Sadiqin (ә) hәyatından 500 il sonraya qәdәr 
yazılan bütün mәşhur vә mötәbәr tarixlәr Abbasilәrin 
xeyrinәdir. Bilirik ki, Abbasi xilafәti hicrәtin yeddinci әsrinin 
ortalarına qәdәr davam etmiş, bütün mәşhur vә qәdim tarixlәr 
dә bu qüdrәtli sülalәnin hakimiyyәti dövründә yazılmışdır. 
Belә olduqda isә nәticәni tәxmin etmәk olar. Abbasi dövrünün 
tarixçisindәn gözlәmәk olmaz ki, İmam Sadiqin (ә), yaxud 
başqa bir Şiә imamının hәyatına dair düzgün vә dolğun 
informasiya tapıb kitabında qeyd etsin. İmam Sadiqin (ә) 
hәyatında bir çox tәhrif vә qaranlıq mәqamların sәbәbi budur. 


207
Bizi imamın hәyatının ümumi xәtti ilә tanış edәn yeganә 
yol budur: bu qaranlıq mәqamlar arasından o hәzrәtin 
hәyatının mühüm qrafiklәrini tapıb, tәfәkkür vә әxlaqının 
ümumi meyarları kimi tanıdığımız amillәrin kömәyi ilә 
hәyatının әsas xәtlәrini tәsvir edәk, bundan sonra isә ayrı-ayrı 
mәsәlәlәri vә zәrif mәqamları açmaq üçün müxtәlif tarixi vә 
qeyri-tarixi dәlil vә faktları araşdıraq. (Sadiq rәhbәr, sәh. 65-
68) 


208

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin