Ayətullah Seyid Əli Xamenei


On ikinci fəsil: İmam Sadiq (ə)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
250-YAŞLI-İNSAN

On ikinci fəsil: İmam Sadiq (ə) 
İmam Sәccadın (ә) vә İmam Baqirin (ә) çoxlu fәaliyyәtlәri 
nәticәsindә vәziyyәt Peyğәmbәr (s) ailәsinin xeyrinә çox 
dәyişmişdi. Mәn qısaca İmam Baqirin (ә) vә İmam Sadiqin (ә) 
planını açıqlamaq istәyirәm. O zaman bu, sirr idi. Eşitmisiniz 
ki, deyirlәr mәsәlәn, Cabir ibn Yezid Cöfi sirr sahiblәrindәn 
idi; deyirdilәr ki, Allah bizim sirrimizi açan şәxsә lәnәt elәsin 
vә sair. İndi mәnim söylәmәk istәdiyim dә hәmin sirlәrdәndir, 
lakin bu gün bunu açmağın nәinki eybi yoxdur, hәtta imamın 
nә etmәk istәdiyini bilmәk üçün vacibdir dә. İmam Sadiqin (ә) 
planı bu idi ki, İmam Baqirin (ә) vәfatından sonra qiyam edib 
Bәni-Ümәyyә hakimiyyәtini devirsin. O zaman Bәni-Ümәyyә 
rejimi olduqca zәif idi. İmam Sadiqin (ә) qurduğu Şiә şәbәkәsi 
Xorasana, Reyә, İsfahana, İraqa, Hicaza, Misirә, Mәrakeşә vә 
digәr müsәlman bölgәlәrinә yayılmışdı. Onların hamısı 
Mәdinәyә toplaşmalı, İmam Şama yürüş etmәli, Şam 
hökumәtini devirib öz xilafәt bayrağını ucaltmalı vә Mәdinәyә 
gәlәrәk Peyğәmbәr (s) hökumәti qurmalı idi. İmam Sadiqin 
(ә) planı bu idi. 
Buna görә dә İmam Baqirin (ә) son günlәrindә Mәhәmmәd 
(s) ailәsinin qiyamçısı haqda söhbәt düşәndә İmam Sadiqә (ә) 
baxıb buyururdu ki, qiyamçı budur. Bildiyiniz kimi, 
Mәhәmmәd (s) ailәsinin qiyamçısı sözü ümumi addır, yalnız 
on ikinci imama mәxsus deyil. Dövrümüzün imamı 
Mәhәmmәd (s) ailәsinin son qiyamçısıdır, amma bu ailәnin 
istәr qәlәbә çalan, istәrsә dә qalib gәlmәyәn bütün imamları 
Mәhәmmәd (s) ailәsinin qiyamçılarıdır. Rәvayәtlәrdә deyilir 
ki, bizim qiyamçımız qiyam edәndә filan işlәri görәcәk, rifah 
yaradacaq, әdalәti bәrqәrar edәcәk vә sair. O zaman bu 
sözlәrdә mәqsәd on ikinci imam deyildi; mәqsәd bu idi ki, 
haqq vә әdalәt hakimiyyәtini qurmalı olan şәxs qiyam edәndә 
bu işlәri görәcәk. Hәqiqәtәn elә idi, o zaman İmam Sadiq (ә) 
Mәhәmmәd (s) ailәsinin qiyamçısı olmalı idi. O, belә bir 
vәziyyәtdә imamәtә çatdı. 


209
İmam Sadiq (ә) mübarizә, elm vә tәşkilat adamı idi. Onun 
elm adamı olmasını hamınız çox eşitmisiniz. İmam Sadiqin (ә) 
dәrslәri vә tәdris dairәsi ondan hәm öncә, hәm dә sonra 
imamların hәyatında misilsiz idi. İmam Sadiq (ә) bir әsrdәn 
artıq müddәtdә qәrәzli, azğın, yaxud cahil insanlar tәrәfindәn 
tәhrif olunmuş bütün düzgün İslam sözlәrini vә әsl Quran 
tәlimlәrini düzgün formada bәyan etdi vә bu, düşmәnin 
qorxuya düşmәsinә sәbәb oldu. Siz bunları eşitmisiniz, amma 
onun mübarizә adamı olmasını az eşitmisiniz. İmam Sadiq (ә) 
geniş vә müntәzәm bir mübarizә ilә mәşğul idi, hakimiyyәtә 
gәlmәk, İslam vә Əli (ә) hökumәti qurmaq üçün mübarizә 
aparırdı, Əmәvilәri devirib onun yerinә әsl İslam hökumәti - 
Əli (ә) hökumәti qurmağa çalışırdı. İmam Sadiqin (ә) hәyatını 
diqqәtlә mütaliә edәnlәrә bu aydındır. 
Çoxlarının ümumiyyәtlә eşitmәdiyi üçüncü mәsәlә isә 
onun tәşkilat adamı olmasıdır. İmam Sadiq (ә) uzaq 
Xorasandan vә Orta Asiyadan Şimali Afrikaya qәdәr İslam 
dünyasında Əli (ә) hökumәtinin tәrәfdarlarından ibarәt böyük 
bir tәşkilat yaratmışdı. Tәşkilat nә demәkdir? Yәni İmam 
Sadiq (ә) xalqın bilmәsi lazım olan hәr bir sözü bütün İslam 
dünyasında olan nümayәndәlәri vasitәsi ilә xalqa çatdırır vә 
onlar hәr yerdәn Əli (ә) ailәsinin böyük siyasi mübarizәsini 
idarә etmәk üçün şәriәt ödәnclәri vә büdcә toplayırlar. İmam 
Sadiqin (ә) ardıcılları onun bütün şәhәrlәrdә olan vәkil vә 
nümayәndәlәrinә müraciәt edir, dini vә siyasi vәzifәlәrini 
soruşurlar. Siyasi vәzifә dә dini vәzifә kimi vacibdir. İtaәti 
vacib olan şәxsin vә әmr sahibinin namaz, zәkat, oruc vә digәr 
dini fәtvaları ilә siyasi fәtvaları, cihad, siyasi münasibәtlәr, 
ölkәdaxili mәsәlәlәr vә digәr sahәlәrә dair fәrmanı eynidir, 
onların hamısına tabe olmaq vacibdir. İmam Sadiq (ә) belә 
böyük bir tәşkilat yaratmışdı, bu tәşkilatla vә xalqın kömәyi 
ilә Bәni-Ümәyyә rejiminә qarşı mübarizә aparırdı. İmam 
Sadiqin (ә) imamlığı çox әhәmiyyәtli vә öyrәdicidir. O, on il 
Bәni-Ümәyyәyә vә uzun müddәt dә Bәni-Abbasa qarşı 
mübarizә apardı. Onun Bәni-Ümәyyә üzәrindә qәlәbәsi 


210
qaçılmaz olanda Bәni-Abbas fürsәtçi bir cәrәyan kimi 
tәşәbbüsü әlә aldı vә imam ondan sonra hәm Bәni-Ümәyyә, 
hәm dә Bәni-Abbasa qarşı mübarizә apardı.
Mәşhur tarixçi Tәbәrinin yazdığına görә, İmam Sadiq (ә) 
imamәtinin ilk on ilindә Bәni-Ümәyyә ilә vuruşdu. Bu dövrdә 
onun mübarizәsi açıq idi, fәaliyyәtindә tәqiyyә vә mәxfilik 
yox idi. Sәbәb Əmәvi xәlifәlәrinin başlarının qarışıq olması 
idi. Onlar İmam Sadiqlә (ә), şiәlәrlә mәşğul olmaq, onlara 
qarşı sәrt tәdbirlәr görmәk iqtidarında deyildilәr. Bu baxımdan 
mәxfi fәaliyyәtә ehtiyacı qalmırdı. İmam Sadiq (ә) Ərәfә günü 
Ərәfata gedib bütün İslam dünyasından - Afrikadan, Orta 
Şәrqdәn, Hicazdan, İraqdan, ozamankı İrandan, Xorasandan, 
ozamankı Əfqanıstandan, Şәrqi Türküstandan vә digәr 
yerlәrdәn gәlmiş izdiham qarşısında çıxış edirdi. Burada bir 
bomba partlatsan, sanki bütün İslam dünyasında partlatmısan; 
bir söz desәn, sanki beynәlxalq bir informasiya kanalından 
demisәn. İmam Sadiq (ә) bu izdiham qarşısında açıq şәkildә 
vә rәsmәn elan edirdi ki, ey insanlar, bu gün imam vә haqlı 
hakim Cәfәr ibn Mәhәmmәddir (ә), Əbu Cәfәr Mәnsur deyil. 
Buna dәlil dә söylәyirdi. Kәlami vә әqli dәlil demirdi, o 
zaman insanlarda belә әsaslandırmaya hövsәlә yox idi, başqa 
cür әsaslandırırdı. Mәnsur Abbasi vә digәrlәri xalqı qane 
etmәk üçün Peyğәmbәrin (s) canişini olduqlarını söylәyirdilәr. 
Bir şәcәrә düzәldib deyirdilәr ki, biz Abbasın övladlarıyıq. 
Onların iki şәcәrәlәri vardı, hәr dәfә birini deyirdilәr. 
Biri bu idi ki, deyirdilәr biz Peyğәmbәrin (s) әmisi Abbasın 
övladlarıyıq. Peyğәmbәrin (s) vәfatından sonra xilafәt hüququ 
Bәni-Haşimә mәxsus idi vә bu qәbilәdә hamıdan yaşlı 
olduğuna görә Abbas xәlifә olmalı idi. Sonra isә xilafәt onun 
övladları olan bizә çatır. Bu bir әsas idi. Başqa bir şәcәrә dә 
düzәldib deyirdilәr ki, biz Əli ibn Abdullah ibn Abbasın 
övladlarıyıq. Doğru deyirdilәr; onlar Əli Abbbasinin oğulları, 
nәvәlәri idilәr. Onlar deyirdilәr ki, Əli Abbasi Əmirәlmöminin 
Əli ibn Əbutalibin (ә) oğlu Mәhәmmәd Hәnәfiyyәnin 
şagirdidir. Xilafәt Peyğәmbәrdәn (s) Əliyә (ә), Əlidәn (ә) 


211
Mәhәmmәd Hәnәfiyyәyә, ondan Abdullah ibn Abbasın oğlu 
vә bizim babamız olan Əliyә vә ondan da bizә çatmışdır. Buna 
görә dә biz xәlifә olmalıyıq. 
Belә bir şәcәrә düzәldirdilәr vә bu, tәfәkkür sәviyyәsi aşağı 
olan ozamankı insanları qane edirdi. İmam da yuxarıda 
danışdığımız böyük izdiham qarşısında dayanıb imamәtin 
hәqiqi sahiblәrini ardıcıllıqla tәqdim edirdi. Buyururdu ki, ey 
insanlar, Peyğәmbәrin (s) özü imam vә cәmiyyәtin rәhbәri idi. 
Ondan sonra Əli ibn Əbutalib (ә) imam oldu, sonra Hәsәn (ә), 
sonra Hüseyn (ә), sonra Əli ibn Hüseyn (ә), sonra Mәhәmmәd 
ibn Əli (ә) vә sonra mәn. O özünü imam kimi tәqdim edirdi. 
Bu böyük cәsarәt tәlәb edirdi, sadә söz deyildi, әn böyük 
müxaliflik idi. İmam Sadiq (ә) Bәni-Ümәyyә dövründә bu işi 
görürdü. Bәni-Abbas dövründә isә tәqiyyә vә mәxfilikdәn 
istifadә etmәyә başladı. Sәbәb bu idi ki, Bәni-Abbas Əli (ә) 
ailәsinin şüarlarını vә fikirlәrini söylәyirdilәr. Zahirlәri Əli (ә) 
ailәsi, әmәllәri isә Bәni-Ümәyyә kimi idi. 
Bәni-Ümәyyәnin hakimiyyәti dövründә mübarizә o 
formada idi, daha uzun sürәn Bәni-Abbas dövründә isә mәxfi 
şәkil aldı. Bәni-Abbas fürsәtdәn istifadә edib İmam Sadiqin 
(ә) hazırladığı inqilabı yolundan yayındıran azğın bir cәrәyan 
idi. Bu, inqilabların hәmişәki tәhlükәsidir. İnqilabın әsas 
meyarlarına uyğun olan düzgün xәtt bәzәn öz yerini haqq 
şüarları verәn azğın vә batil bir xәttә verir. Çox diqqәtli olmaq 
lazımdır. O zaman insanlar diqqәtlәrini toplamadılar. 
Abbasilәrin hakimiyyәtә gәlmәsindәn 20-30 il sonraya qәdәr 
ucqar bölgәlәrin әhalisi elә bilirdilәr ki, bu onların Əli (ә) 
ailәsi üçün apardıqları mübarizәnin mәhsuludur. Elә bilirdilәr 
ki, Əli (ә) ailәsinin hökumәti budur. Onların qәsbkar 
olduğundan xәbәrsiz idilәr.
İmam Sadiq (ә) bu dövrdә iki mәrhәlәni keçdi. 114-cü 
ildәn Mәnsurun xilafәtinә qәdәrki dövr dinclik vә sakitlik 
dövrüdür. Bu dövrdә Bәni-Ümәyyә vә Bәni-Abbas arasındakı 
ixtilaflara görә imamlar fәaliyyәt imkanı qazandılar. İmam 
Baqirin (ә) dövründә belә bir şey yox idi. O zaman Bәni-


212
Ümәyyә qüdrәtli idi vә Əbdülmәlikdәn sonra әn böyük 
şәxsiyyәtlәri olan Hişam ibn Əbdülmәlik hakimiyyәtdә idi. 
Odur ki, İmam Baqirin (ә) dövründә heç bir qarşıdurma yox 
idi vә onun üçün belә bir imkan yaranmadı. İmam Sadiqin (ә) 
dövründә, Abbasilәrin dәvәtinin yavaş-yavaş başlandığı, 
genişlәndiyi vә bütün İslam dünyasında Şiә dәvәtinin zirvәyә 
çatdığı dövrdә isә bu imkan yarandı. 
Mәnsur hakimiyyәtә gәlәndә vәziyyәt ağırlaşdı, İmam 
Sadiqin (ә) vәziyyәti İmam Baqirin (ә) dövründәki formaya 
qayıtdı, repressiyalar başladı. İmam Sadiqi (ә) dәfәlәrlә 
Hirәyә, Rümeylәyә vә digәr yerlәrә sürgün etmişlәr. İmamı 
dәfәlәrlә yanına çağırmış Mәnsur bir dәfә ona belә dedi: "Sәni 
öldürmәsәm, Allah mәni öldürsün!"
1
Bir dәfә dә Mәdinәnin 
hakiminә xәbәr yolladı ki, Cәfәr ibn Mәhәmmәdin (ә) evini 
yandır.
2
Mәnsur İmam Sadiqlә (ә) çox sәrt rәftar edirdi vә 
dәfәlәrlә onu tәhdid etmişdi. 
İmam Sadiqin (ә) Mәnsurun qarşısında tәzim göstәrdiyini 
vә özünü alçaltdığını bildirәn rәvayәtlәrin heç biri düzgün 
deyil. Mәn bu rәvayәtlәri araşdırdım, onların heç bir әsası 
yoxdur vә әksәri Rәbi Hacibә çatır. Rәbi Hacib Mәnsurun 
yaxınlarından olan fasiq bir insandır. Bәzi adamlar 
sadәlövhcәsinә onun şiә olduğunu söylәmişlәr. Rәbinin harası 
şiә olmuşdur?! Rәbi ibn Yunisin hәyatını araşdırarkәn gördüm 
ki, o, doğulduğu evdәn birbaş Bәni-Abbasın sarayına gәlmiş, 
onlara nökәrlik etmiş, Mәnsurun vaxtında keşikçibaşı 
vәzifәsindә çalışmış vә Abbasilәrә böyük xidmәtlәr 
göstәrmişdir. Rәbi olmasaydı, Mәnsurdan sonra xilafәt onun 
ailәsindәn çıxacaqdı. O, Mәnsurun adından saxta bir 
vәsiyyәtnamә hazırlayıb oğlu Mehdini taxta çıxardı. Fәzl ibn 
Rәbi dә onun oğludur. Bu ailә Abbasilәrә sadiq ailәlәrdәndir, 
Əhli-beytә heç bir hörmәti keçmәmişdir. Rәbinin qoşduğu 
rәvayәtlәr dә saxtadır. O, İmam Sadiqin (ә) xәlifәnin 
1
Tәbrisi. "Əl-İhticac", c. 1, sәh. 163 
2
"Əl-Kafi", c. 1, sәh. 473 


213
qarşısında özünü alçaltdığını deyir ki, digәrlәri dә öz 
vәzifәlәrini başa düşsünlәr. Hәr halda, İmam Sadiqlә (ә) 
Mәnsurun münasibәti çox pis olmuş vә nәhayәt, 148-ci ildә 
birincinin şәhidliyi ilә nәticәlәnmidir. (1986) 
İmam Sadiqin (ә) hәyatında bizim yanaşdığımız baxışla 
әlaqәdar olan mühüm cәhәtlәr aşağıdakılardan ibarәtdir: 
1- İmamәt mәsәlәsinin tәbliği; 
2- Şiә fiqhinә uyğun din hökmlәrinin bәyan edilmәsi, elәcә 
dә Şiә baxışına uyğun Quran tәfsiri; 
3- Mәxfi siyasi-ideoloji tәşkilatın yaradılması. (Sadiq 
rәhbәr, sәh. 67) 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin