İmam Sadiqin (ə) imamət dəvəti
İndi isә әsas mәtlәbә keçirik. Digәr Şiә imamları kimi
İmam Sadqin (ә) dәvәtinin әsas hissәsini dә imamәt mәsәlәsi
tәşkil etmişdir. Bu tarixi reallığın isbatı üçün әn tutarlı dәlil
İmam Sadiqin (ә) dilindәn çox açıq-aydın şәkildә imamәt
iddiasını nәql edәn çoxlu rәvayәtlәrdir.
Deyәcәyәm ki, imam bu mәsәlәni tәbliğ edәrkәn özünü bir
mübarizә mәrhәlәsindә görmüş, birbaşa vә açıq şәkildә
dövrün hakimlәrini inkar edib özünü xalqa vilayәt vә
imamәtin hәqiqi sahibi kimi tәqdim etmişdir. Prinsipcә
bundan ötrü mübarizәnin bütün qabaqkı mәrhәlәlәri uğurla
hәyata keçmәli, böyük bir kütlәdә ictimai vә siyasi ayıqlıq
yaranmalı, hәr yerdә potensial hazırlıq hiss olunmalı, böyük
bir qrupda ideoloji şәrtlәr yaranmalı, çoxları üçün haqq vә
әdalәt hakimiyyәtinin zәruriliyi sübuta yetmәli vә nәhayәt,
rәhbәr son mübarizә üçün özünün qәti qәrarını vermәlidir.
Bunlar hәyata keçmәdәn müәyyәn bir şәxsin adını cәmiyyәtin
haqlı rәhbәri vә imamı kimi çәkmәk tәlәsik vә faydasız olar.
Başqa bir mühüm mәsәlә budur ki, imam bәzәn imamәti
özü üçün isbat etmәklә dә kifayәtlәnmir, öz adı ilә yanaşı
qabaqkı imamların vә sәlәflәrinin adlarını da çәkir vә Əhli-
beyt imamәtinin ayırlmaz olduğunu ortaya qoyur. Şiә
tәfәkkürünün keçmişdәki bütün batil hakimlәri rәdd etdiyini,
214
tağut saydığını nәzәrә alsaq, bu әmәl hәmin dövrün şiәlәrinin
mübarizәsinin keçmiş mübarizәlәrin davamı olmasına işarә dә
sayıla bilәr. İmam Sadiq (ә) bu sözlә öz imamlığını qabaqkı
imamların imamәtinin zәruri nәticәsi sayır, onu köksüz vә
әsassız haldan çıxarır, özünü etimadlı vә şübhәedilmәz
halqalarla Böyük Peyğәmbәrә (s) birlәşdirir. İndi imamın
dәvәtinә dair bir neçә nümunәyә diqqәt yetirin:
Mәnim bu barәdә gördüyüm әn maraqlı rәvayәt Əmr ibn
Əbu Miqdamın rәvayәtidir. Bu rәvayәt heyrәtamiz mәnzәrә
tәsvir edir. Zilhiccә ayının doqquzu Ərәfә günüdür. Ərәfә
gününә xas mәrasimi yerinә yetirmәk üçün Ərәfat çölündә
Uzaq Xorasandan Aralıq dәnizinin sahillәrinә qәdәr bütün
bölgәlәrin nümayәndәlәrindәn ibarәt böyük bir izdiham
toplanmışdır. Burada yerindә deyilmiş bir söz o zaman әn
geniş rabitә şәbәkәsinin işini görә bilәr. İmamın bu izdihama
sözü vardır. Rәvayәtçi deyir ki, imamın xalq arasında dayanıb
bacardığı qәdәr uca sәslә, hәr yerdә, bütün qulaqlarda әks-
sәda doğuracaq vә eşidәnlәr tәrәfindәn bütün İslam dünyasına
yayılacaq fәryadla öz sözünü üç dәfә tәkrarladığını gördüm.
Sonra üzünü başqa bir tәrәfә çevirib hәmin sözü üç dәfә
söylәdi. Daha sonra isә üzünü başqa bir tәrәfә çevirdi vә yenә
dә hәmin fәryad, hәmin söz. Belәliklә imam sözünü on iki
dәfә tәkrar etdi. Hәmin söz bundan ibarәt idi: "Ey insanlar!
Hәqiqәtәn Allahın rәsulu imam idi. Ondan sonra Əli ibn
Əbutalib (ә), sonra Hәsәn (ә), sonra Hüseyn (ә), sonra Əli ibn
Hüseyn (ә), sonra Mәhәmmәd ibn Əli (ә) imam oldu. İndi isә
imam mәnәm"
1
.
Başqa bir hәdis Əbu Sabah Kәnanidәndir. Burada İmam
Sadiq (ә) özünü vә digәr Şiә imamlarını belә vәsf edir: "Allah
bizә itaәt etmәyi insanlara vacib buyurmuşdur. Döyüşsüz әldә
edilәn qәnimәtlәr vә zalım hakimlәrin haqsız topladığı
malların idarәsi bizә aiddir". Zalım tağutlar bәzi mal-dövlәti
özlәrinә aid edәrәk haqqı çatanları ondan mәhrum edirdilәr.
1
"Bihar әl-әnvar", c. 47, sәh. 58
215
Qәsb olunmuş bu mallar müsәlman döyüşçülәrin qәlәbәsi ilә
mәğlub zalımların әlindәn alındıqda digәr qәnimәtlәr kimi
bölünmür, İslam hakiminin sәlahiyyәtinә verilir vә o,
bunlardan müsәlmanların xeyrinә istifadә edir. İmam bu
rәvayәtdә özünü hәmin malların vә hәmçinin döyüşsüz әldә
edilәn qәnimәtlәrin ixtiyar sahibi kimi tәqdim etmәklә İslam
cәmiyyәtinin hakimi olduğunu aydın şәkildә göstәrir. Bütün
bunlar onun ixtiyarına buraxılmalı vә onun tәyin etdiyi
yerlәrdә xәrclәnmәlidir.
Başqa bir hәdisdә keçmiş imamların adlarını bir-bir
sadalayır, onların imamlığına vә fәrmanlarına itaәtin vacib
olmasına şәhadәt verir, öz adına çatanda isә dayanır. İmamın
dinlәyicilәri yaxşı başa düşürlәr ki, İmam Baqirdәn (ә) sonra
elm vә hakimiyyәt irsi İmam Sadiqә (ә) keçmişdir. O belәliklә
hәm özünün hakimiyyәt haqqını irәli sürür, hәm dә dәyәrli
babası olan Əli ibn Əbutalibә (ә) mәnsubluğunu bәyan edir.
1
Kafi kitabının Höccәt bölmәsindә, hәmçinin "Bihar әl-әnvar"
kitabının 47-ci cildindә imamәt iddiasını vә imamәtә dәvәti
birbaşa, yaxud dolayısı ilә bildirilәn belә hәdislәr çoxdur.
Başqa bir dәqiq sәnәd imamın bütün İslam mәmlәkәtindә
yaratdığı geniş tәbliğat şәbәkәsindәn xәbәr verәn, belә bir
şәbәkәni tam tәsdiqlәyәn faktlardır. Bu faktlar o qәdәr çox vә
әsaslıdır ki, açıq hәdis olmasaydı da, bu şәbәkәnin mövcud
olduğuna şübhә yaranmazdı. İmamların hәyatını araşdıran
şәxs özündәn soruşur: Bәni-Ümәyyә dövrünün sonlarında
müxtәlif bölgәlәrdә Şiә imamlarını tәbliğ vә xalqın onlara
itaәt vә dәstәyini tәmin edәn dәvәtçilәr olmadığı halda onlarla
şiәlәr arasındakı ideoloji, tәşkilati vә maliyyә әlaqәlәri necә
izah oluna bilәr? Necә olur ki, dünyanın hәr bir tәrәfindәn
Mәdinәyә şәriәt ödәnclәri gәlir, bu qәdәr dini mәsәlәlәr
soruşulur, hәr yerdә şiәliyә dәvәt olunur, İslam mәmlәkәtinin
mühüm yerlәrindә Əli (ә) ailәsinә misilsiz sevgi vә hörmәt
bәslәnir, imamın әtrafında Xorasandan, Sistandan, Kufәdәn,
1
"Əl-Kafi", c. 1, sәh. 186
216
Bәsrәdәn, Yәmәndәn vә Misirdәn çoxlu rәvayәtçilәr görünür?
Bütün bunları hansı qüdrәtli әl yaratmışdı? Bir-biri ilә
әlaqәdar olan bu amillәrin tәsadüfәn, yaxud öz-özünә
yarandığını düşünmәk olarmı?!
Əmәvi rejiminin tribunalarından istisnasız olaraq hәr yerdә
aparılan bütün müxalif tәbliğata, hәtta minbәr vә çıxışlarda
Əli ibn Əbutalibin (ә) adının әn pis İslam şәxsiyyәti kimi
xatırlanmasına rәğmәn, güclü bir tәbliğat şәbәkәsi olmadan
belә ucqar vә tanınmaz yerlәrdә Əli (ә) ailәsinin sevilmәsi
mümkün idimi?! İnsanlar yalnız görüşmәk, sözlәrindәn
bәhrәlәnmәk, hәmçinin sevgi vә sәdaqәtlәrini bildirmәk üçün
uzaq yollar qәt edib Hicaza vә Mәdinәyә gәlәr, Şiә inancına
görә siyasәt vә hakimiyyәt kimi mühüm olan din elmini
onlardan öyrәnәr, bәzәn dözümsüz şәkildә hәrbi hәrәkata,
rәvayәtlәrin
dili
ilә
desәk,
qiyama
başlamalarını
istәyәrdilәrmi?! Əgәr şiәlәrin hazırlığı yalnız imamların elm
vә zahidliyinin isbatı istiqamәtindә olmuşdursa, silahlı qiyam
xahişinin nә mәnası ola bilәr?!
Sual oluna bilәr ki, hәqiqәtәn belә geniş vә fәal tәbliğat
şәbәkәsi olmuşdursa, nә üçün tarixdә adı çәkilmir vә
barәsindә açıq danışılmır. Qısa cavab budur ki, bu sәssizliyin
sәbәbini ilk növbәdә imamın tәrәfdarlarının әsaslı vә
mütәrәqqi bir prinsip olan tәqiyyәyә ciddi әmәl etmәlәrindә
axtarmaq lazımdır. Bu, kәnar qüvvәlәrin imamın tәşkilatına
qatılmasına mane olurdu. Hәmçinin bu Şiә mübarizәsinin
uğursuzluğu vә hakimiyyәtlә nәticәlәnmәmәsi dә buna sәbәb
olmuşdur. Bu uğursuzluğun özü dә müәyyәn amillәrin
nәticәsidir. Əgәr Abbasilәr dә hakimiyyәtә gәlmәsәydilәr,
onların gizli fәaliyyәt vә tәbliğatlarına dair acı vә şirin
xatirәlәri dә sinәlәrindә qalacaq, heç kәs onlardan xәbәr
tutmayacaq vә tarixdә qeyd olunmayacaqdı. (Sadiq rәhbәr,
sәh. 74-80)
Tәqiyyәdәn danışarkәn deyә bilәrsiniz ki, bu, güclü bir
hökumәtin iş başında olduğu zamana aiddir. Şah dövründә biz
dә gizlәnirdik vә qorxudan bir söz demirdik. Xeyr! O zaman
217
da tәqiyyә qorxudan deyildi. "Tәqiyyә möminin qalxanıdır"
1
.
Qalxandan isә döyüşdә istifadә olunur. Demәli, tәqiyyә dә
döyüşә aiddir.
O zaman da belә idi; tәqiyyә edәrәk xәncәri düşmәnin
başından elә endirirdik ki, o nә xәncәri görürdü, nә xәncәri
tutan әli, nә xәncәrin qalxmasını, nә dә enmәsini. Yalnız
ağrısını hiss edirdi. Tәqiyyә budur. O zaman tәqiyyә edәnlәr
belә edirdilәr. Onlar düşmәnin gözündәn uzaq, mәxfi şәkildә,
gizli evlәrdә, çox diqqәt vә ehtiyatla bir elan hazırlayırdılar.
Bu elan yayılanda isә rejim tamamilә rәzil olurdu. Bu iş
düşmәnin başına endirilәn xәncәr zәrbәsinә bәnzәyirdi. Yәni
tәqiyyә etmәklә düşmәnin görülәn işlәrdәn xәbәr tutmasına
imkan vermirdik. Tәqiyyә qalxan idi, tәqiyyә edәn onun
arxasında gizlәnirdi. Tәqiyyәnin mәnası budur. İndi dә hәmin
mәnanı ifadә edir.
Dostları ilə paylaş: |