On dördüncü fəsil: İmam Kazim (ə)
Hәzrәt Əbülhәsәn Musa ibn Cәfәrin (ә) 148-ci ildәn 183-cü
ilә qәdәr sürәn 35 illik imamәt çağı imamların hәyatının әn
mühüm dövrlәrindәn biridir. Ən qüdrәtli Bәni-Abbas
xәlifәlәrinin ikisi - Mәnsur vә Harun vә onların iki әn zalım
şahı olan Mehdi vә Hadi bu dövrdә hakimiyyәtdә olmuşlar.
Xorasanda, Afriqiyyәdә, Mosulda, Deylәmdә, Qorqanda,
Şamda, Nәsibeyndә, Misirdә, Azәrbaycanda vә digәr yerlәrdә
çoxlu qiyamlar yatırıldı, böyük İslam mәmlәkәtinin şәrq, qәrb
vә şimal sәrhәdlәrindә әldә edilәn yeni zәfәrlәr vә çoxlu
qәnimәtlәr Abbasilәrin taxtını daha da möhkәmlәtdi.
Bu dövrdә ideoloji vә etiqadi mәktәblәrin bәzisi çox inkişaf
etmiş, bәzisi yeni yaranmışdı; düşüncә mühiti ziddiyyәtә
köklәnmiş, hakimlәrin әlindә bir silaha, xalqın dini vә siyasi
sayıqlığına isә tәhlükәyә çevrilmişdi. Əsl İslam tәlimlәrinin
öndәrlәrinә vә Əli (ә) dәvәtinin aparıcılarına ağır şәrait
yaranmışdı.
Şeir, incәsәnәt, fiqh, hәdis, hәtta zahidlik vә tәqva da
hakim qüvvәlәrin xidmәtindә duraraq onların sәrvәt vә güc
vasitәlәrini tamamlayırdı. Bu zaman xilafәti nә Bәni-Ümәyyә
dövrünün sonlarındakı, nә Bәni-Abbas dövrünün ilk on
ilindәki, nә dә Harunun ölümündәn sonrakı dövrdә olduğu
kimi ciddi bir tәhlükә tәhdid etmir, xәlifәnin diqqәtini dәrin vә
davamlı Əhli-beyt dәvәtindәn yayındırmırdı.
Bu dövrdә Əhli-beytin vә onların sadiq tәrәfdarlarının
mübarizәsinә, ideoloji vә siyasi hәrәkәtinә inkişaf vә davam
imkanı verәcәk yeganә amil onların yorulmaz fәaliyyәti,
tәhlükәli mübarizәsi vә ilahi üsul olan tәqiyyәdәn istifadә idi.
Hәzrәt Musa ibn Cәfәrin (ә) mübarizәsinin heyrәtamiz vә
fövqәladә böyüklüyü dә bunda idi.
Qeyd etmәliyәm ki, İslam tarixçilәri İmam Musa ibn
Cәfәrin (ә) hәyatını araşdırarkәn bu böyük imamın
uzunmüddәtli hәbsindәn ibarәt olan böyük vә misilsiz
231
hadisәyә lazımi diqqәt ayırmamış vә nәticәdә onun mühüm
mübarizәsindәn xәbәrsiz qalmışlar.
35 illik imamlığının hamısını әhatә edәn davamlı mübarizә
amilinә diqqәt yetirmәdәn bu uca imamın hәyatını araşdırmaq,
bir-biri ilә әlaqәdar olmayan müxtәlif hadisәlәr haqda fikir
bildirmәk, onun elmi vә mәnәvi mәqamını incәlәmәk, ailәsi,
sәhabәlәri, şagirdlәri, elmi-etiqadi mübahisәlәri vә digәr
mәsәlәlәr haqda danışmaq yarımçıq vә natamam olar. Bu
amili aydınlaşdırandan sonra bu sәmәrәli hәyatın bütün
hissәlәri bir-birinә bağlanır, hәr bir mәsәlәnin, hadisәnin vә
hәrәkәtin mәnalandığı aydın, kamil vә istiqamәtli bir tәsvir
ortaya çıxır.
Nә üçün hәzrәt İmam Sadiq (ә) Müfәzzәlә buyurur ki, bu
gәncin imamlığını yalnız etimadlı şәxslәrә de? O, nә üçün
Əbdürrәhman ibn Hәccaca açıq söylәmәdәn işarә ilә deyir ki,
zireh onun әyninәdir; Sәfvan Cәmmal kimi yaxın sәhabәlәrә
dә onu әlamәtlә tanıtdırır? Nә üçün öz vәsiyyәtnamәsindә
canişin kimi övladının adını birinci Mәnsur Abbasi, sonra
Mәdinәnin hakimi, sonra isә iki qadının adının qeyd olunduğu
dörd nәfәrdәn sonra çәkir? Belә ki, o hәzrәtin vәfatından sonra
bәzi böyük şiәlәr bu 20 yaşlı gәncin onun canişini olmasını
bilmirlәr. Nә üçün "bir mәmlәkәtdә iki xәlifәyә xәrac
gәtirirlәr"
1
deyәn Harunla yumşaq danışır vә bunu inkar edir,
amma Hәsәn ibn Abdullah adlı nüfuzlu vә zahid bir kişiyә
müraciәtlә imamı tanımaqdan danışır, özünün itaәti vacib
buyurulan imam olduğunu bildirir?
Nә üçün Harunun sarayında yüksәk vәzifә tutan vә imamın
müridlәrindәn olan Əli ibn Yәqtinә tәqiyyә etmәyi әmr edir,
Sәfvan Cәmmalı isә rejimә xidmәt etdiyinә görә qınayır vә
xәlifә ilә әlaqәsini kәsmәyә çağırır? Böyük İslam dünyasında
öz dost vә tәrәfdarları arasında necә vә hansı vasitә ilә bu
qәdәr güclü әlaqә qurur vә Çinә qәdәr uzanan bir şәbәkә
yaradır?
1
Tәbrisi. "Əl-İhticac", c. 2, sәh. 389
232
Nә üçün Mәnsur, Mehdi, Harun vә Hadi öz dövrlәrindә onu
öldürmәyә, hәbs etmәyә vә sürgünә yollamağa tәşәbbüs
götәrirlәr? Nә üçün o hәzrәt 35 illik imamlığının bir hissәsini -
bәzi rәvayәtlәrdәn anlaşıldığı kimi - mәxfi şәkildә keçirәrәk
Şamın kәndlәrindә, yaxud Tәbәristanın bәzi bölgәlәrindә
gizlәnir, dövrün xәlifәsi tәrәfindәn tәqib olunur vә öz
tәrәfdarlarına deyir ki, xәlifә mәnim haqqımda soruşanda
mәni tanımadığınızı vә harada olduğumu bilmәdiyinizi
söylәyin?
Nә üçün Harun hәcc sәfәrindә o hәzrәtә çox hörmәt edir,
başqa bir sәfәrdә isә sürgünә yollanmasını әmr edir? Nә üçün
o hәzrәt әvvәldә mülayim davranıb Əlәvilәri hәbsdәn azad
edәn Harunun xilafәtinin әvvәllәrindә Fәdәyi bütün İslam
dünyasına şamil edir vә xәlifә etirazla deyir ki, onda qalx, gәl
mәnim yerimdә otur? Vә nә üçün hәmin mülayim xәlifәnin
rәftarı bir neçә ildәn sonra elә sәrtlәşir ki, o hәzrәti ağır rejimli
zindana salır vә illәrlә hәbsdә saxladıqdan sonra buna da
dözmәyәrәk cinayәtkarcasına zәhәrlәyib şәhid edir?
Bunlar vә İmam Musa ibn Cәfәrin (ә) hәyatında ilk
baxışdan bir-biri ilә әlaqәsiz vә bәzәn ziddiyyәtli görünәn
yüzlәrlә mühüm hadisә o zaman әsl mәnasını tapar ki, biz o
hәzrәtin imamlığından şәhidliyinә qәdәr davam etmiş әsas
xәtti görәk. Bu, imamların 250 illik çağın hamısında müxtәlif
formalarda davam edәn cihad vә mübarizә xәttidir. Bunda
mәqsәd әvvәla әsl İslamı açıqlamaq, Quranı düzgün tәfsir
etmәk vә İslam etiqadlarına dair aydın tәsәvvür yaratmaq,
ikincisi İslam cәmiyyәtindә imamәt vә siyasi hakimiyyәt
mәsәlәsini başa salmaq, üçüncüsü isә uyğun cәmiyyәti
qurmaq, böyük İslam peyğәmbәrinin vә bütün peyğәmbәrlәrin
әdalәti
bәrqәrar
etmәkdәn,
Allaha
şәrik
çıxanları
hakimiyyәtdәn uzaqlaşdırmaqdan vә cәmiyyәti Allahın
xәlifәlәrinә, saleh bәndәlәrinә tapşırmaqdan ibarәt olan
mәqsәdini hәyata keçirmәyә çalışmaqdır.
İmam Musa ibn Cәfәr (ә) bütün hәyatını bu müqәddәs
cihada hәsr etmişdi. Onun dәrsi, tәlimi, fiqhi, hәdisi, tәqiyyәsi
233
vә tәrbiyәsi bu istiqamәtdә idi. Tәbii ki, onun dövrünün öz
özәlliklәri vardı, cihadı da zamana uyğun idi. İmam Sәccadın
(ә) dövründәn İmam Əsgәriyә (ә) qәdәr sәkkiz imamın hәr
birinin, yaxud hәr bir neçәsinin dövr vә mübarizәlәrindә özәl
xüsusiyyәtlәri olmuşdur. Onların hәyatı ümumilikdә 250 illik
hәyatın müxtәlif mәrhәlәlәrә bölünәn dördüncü dövrünü tәşkil
edir.
Dostları ilə paylaş: |