Ayətullah Seyid Əli Xamenei


Son peyğəmbərlik - oyanışın başlanğıcı



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   2   3   4   5   6   7   8   9   ...   41
250-YAŞLI-İNSAN

Son peyğəmbərlik - oyanışın başlanğıcı 
Mütәvatir vә mәşhur hәdisә әsasәn, o hәzrәtin özü 
buyurub: "Mәn gözәl әxlaqı tamamlamaq üçün göndәrildim"1. 
Peyğәmbәr әxlaqi gözәlliklәrin vә mәnәvi dәyәrlәrin 
ümumilәşmәsi, kamala çatması üçün göndәrildi.Bir şәxs özü 
әn yüksәk әxlaqi sәciyyәlәrә malik olmasa, Allah-Taala ona 
bu böyük vә mühüm tapşırığı vermәz. Odur ki, 
peyğәmbәrliyin әvvәllәrindә Allah-Taala Peyğәmbәrә (s) 
müraciәtlә buyurur: "Hәqiqәtәn sәn böyük әxlaq sahibisәn".2 
Onun peyğәmbәr kimi yetişmәsi vә Allah-Taalanın öz vәhyinә 
münasib bildiyi çıxara malik olması peyğәmbәrlikdәn öncәyә 
aiddir. Buna görә deyilmişdir ki, gәnclikdә ticarәtlә mәşğul 
olan vә bu yolla çoxlu gәlir әldә edәn әziz Peyğәmbәr (s) 
onların hamısını Allah yolunda verdi vә yoxsullara payladı. 
Peyğәmbәrin (s) tәkamülünün sonlarında, vәhyin nazil 
olmasından öncә, yәni hәlә peyğәmbәr olmadığı dövrdә Hәra 
dağına çıxıb ilahi nişanәlәrә - sәmaya, ulduzlara, yerә, 
müxtәlif hisslәrlә vә müxtәlif yollarla yer üzәrindә yaşayan 
mәxluqlara baxırdı. O, bunların hamısında Allahın izini 
görürdü, Haqq qarşısında kiçilmәsi, ilahi әmr, qadağa vә ilahi 
iradә qarşısında tәzimi günbәgün çoxalırdı, onda gözәl әxlaq 
tumurcuqları günbәgün daha da inkişaf edirdi. Hәdisdә 
göstәrilir ki, o әn ağıllı vә әn sәxavәtli insan idi.3 Peyğәmbәr 
(s) bu dövrdә ilahi nişanәlәri müşahidә etmәklә günbәgün 
daha da yetkinlәşirdi. O nәhayәt qırx yaşına çatdı. Qırx 
yaşında onun qәlbi әn işıqlı, (Allah qarşısında) әn çox kiçilәn 
vә ilahi sözü qәbul etmәk üçün әn hazırlıqlı qәlb idi. 
Mәnәviyyatın, ruhaniliyin vә nuraniliyin bu hәddinә vә 
kamilliyin zirvәsinә çatanda Allah-Taala sәmanın vә qeyb 
alәmlәrinin qapılarını onun üzünә açdı, mәnәvi vә qeybi 
alәmlәrә gözünü açdı. O, mәlәklәri görürdü; onunla 
1
Tәbrisi, "Mәkarim әl-әxlaq", sәh. 8 
2
Qәlәm/4
3
"Bihar әl-әnvar", c. 17, sәh. 307


16
danışırdılar, onları eşidirdi vә nәhayәt Cәbrail Əmin onun 
yanına gәlib dedi: "Oxu!"1 Bu, peyğәmbәrliyin başlanğıcı idi. 
Allahın bu bәnzәrsiz mәxluqu, ilahi vәhyin nazil 
olmasından öncә belә kamillik mәrhәlәsinә çatmış bu insan 
peyğәmbәrliyinin ilk anından mürәkkәb, hәrәtәrfli vә çәtin bir 
cihada başladı vә bu cihadı iyirmi üç il çox çәtin şәraitdә 
davam etdirdi; öz daxilindә cihadı, hәqiqәt haqda heç bir dәrki 
olmayan xalqla cihadı vә mütlәq zülmәtә qәrq olmuş 
cәmiyyәtlә cihadı. İmam Əli (ә) Nәhcülbәlağәdә buyurur ki, 
fitnәlәr hәr tәrәfdәn xalqı sıxırdı,
2
dünyagirlik, 
şәhvәtpәrәstlik, zülm, tәcavüz, insanların daxilindә әxlaqi 
qәbahәtlәr, güclülәrin heç bir şeydәn çәkinmәdәn zәiflәrә 
tәcavüzü baş alıb gedirdi. Bu tәcavüz yalnız Mәkkәdә vә 
Ərәbistan yarımadasında deyildi, o dövrün әn üstün 
sivilizasiyaları olan Böyük Roma İmperiyasında vә İran 
şahәnşahlığında da mövcud idi. Tarixә baxın; tarixi zülmәt 
bәşәrin bütün hәyatını bürümüşdü. Bu әzәmәtli güclә birgә 
mübarizә aparmaq, dayanmadan vә tәsәvvürolunmaz 
fәaliyyәtlәr göstәrmәk peyğәmbәrliyin vә ilahi vәhyin ilk 
saatlarından başlandı. İlahi vәhy dә hәmişә yararlı torpağa 
verilәn tәmiz su kimi o hәzrәtin müqәddәs qәlbinә nazil olur, 
ona qüvvә bәxş edirdi. Vә o bu dünyanı möhtәşәm bir 
dәyişikliyin başlanğıcına çatdırmaq üçün әlindәn gәlәni etdi 
vә mәqsәdinә çatdı. 
Mәkkәnin çәtin günlәrindә Peyğәmbәrin (s) güclü әllәri ilә 
İslam ümmәtinin ilk bünövrәsi qoyuldu. İslam ümmәtinin 
binası bu bünövrә üzәrindә dayanmalı idi. İlk möminlәr, bu 
biliyә, bu şücaәtә vә bu nüraniliyә malik olub Peyğәmbәrin (s) 
sözünün mәnasını dәrk edәn vә ona könül verәn ilk şәxslәr bu 
bünövrәni tәşkil edirdilәr. "Allah kimi düz yola yönәltmәk 
istәsә, onun köksünü İslam (dini) üçün açıb genişlәndirәr".
3
1
Əlәq/1
2
Nәhcül-bәlağә, xütbә 2 
3
Ənam/1255 


17
Hazırlıqlı ürәklәr, onların bu ilahi tәlimlәrә, ilahi әmrlәrә sarı 
açıq qapıları Peyğәmbәrin (s) güclü әllәri ilә düzәldi, zehinlәr 
işıqlandı, iradәlәr günbәgün daha da möhkәmlәndi.Mәkkә 
dövründә azsaylı möminlәrin qarşısına çıxan çәtinliklәr bizim 
üçün tәsәvvüredilmәzdir. Bütün dәyәrlәrin cahiliyyәt dәyәrlәri 
olduğu, 
yanlış tәәssübkeşliklәrin, 
güclü 
әdavәtlәrin, 
qәddarlığın, rәhmsizliyin, zülmün vә ehtirasın bir-birinә 
qarışıb hәyatı ağırlaşdırdığı bir şәraitdә bәrk vә keçilmәz 
qayalar 
arasında 
bu 
yaşıl 
ağaclar 
baş 
qaldırdı. 
Əmirәlmömininin (ә) "Sәhra ağacları möhkәmdir, onların 
alovu güclüdür"
1
cümlәsinin mәnası budur. Qayalar arasından 
cücәrib boy atan bu bitkilәri, ağacları heç bir tufan tәrpәdә 
bilmirdi. On üç il ötәndәn sonra bu möhkәm tәmәllәr üzәrindә 
İslam cәmiyyәti, sivil Peyğәmbәr dövlәti quruldu.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin