İslam quruluşunun əsasının qoyulması
Ümmәt yetişdirmәk işi yalnız siyasi sahәyә aid deyildi.
Onun bir hissәsi siyasi sahәdә idi, digәr әsas hissәsi isә
insanları bir-bir tәrbiyә etmәk: "(Əksәriyyәti yazıb-oxumaq
bilmәyәn) ümmi әrәblәrә özlәrindәn peyğәmbәr göndәrәn
Odur. (Bu Peyğәmbәr) onlara (Allahın) ayәlәrini oxuyar,
onları mәnәn tәmizlәyәr, onlara kitabı vә hikmәti öyrәdәr"
2
.
Peyğәmbәr (s) bir-bir bütün qәlblәri tәrbiyә edirdi, bir-bir
beyinlәrә vә ağıllara elm vә bilik tәlqin edirdi. "Onlara kitabı
vә hikmәti öyrәdәr". Hikmәt bir pillә üstündür. Onlara yalnız
qanun-qaydaları, hökmlәri öyrәtmirdi, hәm dә hikmәt
öyrәdirdi, hәqiqәtlәrә gözlәrini açırdı. Peyğәmbәr (s) on il
belә vә bu üsulla hәrәkәt etdi; bir tәrәfdәn siyasәt, İslam
cәmiyyәtinin
idarәsi,
müdafiәsi,
İslamın
әhatәsini
genişlәndirmәk, Mәdinәdәn xaricdәki qrupların tәdricәn vә
bir-bir İslamın vә İslam tәlimlәrinin nurlu sahәsinә daxil
1
Nәhcül-bәlağә, xütbә 455
2
Cümә/2
18
olması üçün yol açmaq, digәr tәrәfdәn dә bir-bir insanların
tәrbiyәsi. Bu iki mәsәlәni bir-birindәn ayırmaq olmaz.
Bәzilәri İslamı yalnız fәrdi mәsәlә bilib siyasәti ondan
ayırdılar.
Halbuki
hicrәtin
әvvәlindә
әziz
İslam
Peyğәmbәrinin (s) özünü Mәkkә dövrünün problemlәrindәn
xilas etdikdәn sonra gördüyü birinci iş siyasәt idi. İslam
cәmiyyәti, İslam hökumәti, İslam quruluşu qurmaq, İslam
ordusu yaratmaq, dünyanın böyük siyasәtçilәrinә mәktub
yazmaq, dövrün nәhәng siyasi işlәrinә qoşulmaq siyasәtdir.
İslamı siyasәtdәn ayırmaq mümkündürmü?! Siyasәti İslam
hidayәtindәn
uzaq
izah
etmәk,
formalaşdırmaq
mümkündürmü?! "Quranı (müxtәlif) hissәlәrә bölәn kәslәr..."
1
Bәzilәri Quranı parça-parça edirlәr. "Bәzisinә inanır,
bәzilәrinә isә inanmırlar"
2
; Quranın ibadәtinә iman gәtirir,
siyasәtinә isә iman gәtirmirlәr. "Biz peyğәmbәrlәrimizi açıq-
aşkar dәlillәrlә (möcüzәlәrlә) göndәrdik. Biz onlarla birlikdә
kitab vәәdalәt tәrәzisi (şәriәt) nazil etdik ki, insanlar әdalәtlә
rәftar etsinlәr"
3
. Ədalәt nәdir? Ədalәt cәmiyyәtdә ictimai
әdalәti bәrqәrar etmәkdir. Bunu kim bәrqәrar edә bilәr?
Ədalәtli cәmiyyәt qurmaq siyasi işdir, hakimiyyәtin işidir. Bu,
peyğәmbәrlәrin mәqsәdidir. Yalnız bizim Peyğәmbәr (s) yox,
hәtta İsa (ә), Musa (ә), İbrahim (ә) vә bütün ilahi
peyğәmbәrlәr siyasәt vә İslam quruluşu qurmaq üçün
gәlmişlәr.
Əziz Peyğәmbәrin (s) Mәdinәdә on illik İslam hakimiyyәti
zamanı hәyatı bәşәriyyәt tarixindә cazibәli dövlәtçilik
dövrlәrindәn biri, hәtta deyә bilәrik ki, onların әn parlağıdır.
1
Hicr/91
2
Nisa surәsinin 150-151-ci ayәlәrinә işarә edilir: "Allahı vә
peyğәmbәrlәrini inkar edәnlәr, Allahı peyğәmbәrlәrindәn ayırmaq
istәyәnlәr, “Biz peyğәmbәrlәrdәn bәzisinә inanır, bәzilәrinә isә inanmırıq”,
- deyәnlәr vә bunun (imanla küfr) arasında bir yol (mәzhәb) tapmaq
istәyәnlәr - bütün bunlar, hәqiqәtәn, kafirdirlәr. Biz (axirәtdә) kafirlәrdәn
ötrü alçaldıcı әzab hazırlamışıq!"
3
Hәdid/25
19
Bәşәr tarixinin qısa, sәmәrәli vә qeyri-adi tәsirә malik olan bu
dövrünü öyrәnmәk lazımdır. Mәdinә dövrü Peyğәmbәrin (s)
iyirmi üç illik elçilik missiyası dövrünün ikinci dönәmidir.
Mәkkәdә keçәn on üç il birinci dönәmi tәşkil edirdi.
Tәxminәn on il dә Peyğәmbәrin (s) Mәdinә dövrü - İslam
quruluşunun әsasını qoymaq, bütün zamanlar, әsrlәr vә bütün
mәkanlar üçün İslam hakimiyyәti örnәyini qurmaq dövrüdür.
Sözsüz ki, bu, ideal örnәkdir vә heç bir dövrdә onun kimisi
olmayıb. Lakin bu ideal örnәyә baxmaqla meyarları öyrәnmәk
olaq. Bu meyarlar insanların, müsәlmanların quruluş vә
cәmiyyәtlәr haqda mühakimә yürütmәlәri üçün әlamәtlәrdir.
Mәdinәyә hicrәt etmәkdә Peyğәmbәrin (s) mәqsәdi o
zaman bütün dünyaya hakim olan zalım, despot vә fәsad dolu
siyasi, iqtisadi vә ictimai sistemlә mübarizә aparmaq idi.
Mәqsәd tәkcә Mәkkә kafirlәrinә qarşı mübarizә deyildi, qlobal
mәsәlә idi. Əziz Peyğәmbәr (s) cücәrmәsinә ümidlә münasib
zamanda düşüncә vә etiqad toxumu sәpmәyә çalışırdı.
Mәqsәd azadlıq, oyanış vә insan xoşbәxtliyi mesajının hamıya
çatması idi. Bu, yalnız nümunә vә örnәk quruluş yaratmaqla
mümkün olardı. Peyğәmbәr (s) bu örnәyi göstәrmәk
mәqsәdilә Mәdinәyә getdi. Digәrlәrinin onu nә qәdәr davam
etdirә, özlәrini ona nә qәdәr yaxınlaşdıra bilmәlәri onların
sәyindәn asılıdır. Peyğәmbәr (s) nümunәni qurub bütün
bәşәriyyәtә vә tarixә tәqdim edir. Peyğәmbәrin (s) qurduğu
quruluşun müxtәlif xüsusiyyәtlәri var. Onların arasında yeddi
xüsusiyyәt hamısından mühümdür.
Birinci xüsusiyyәt iman vә mәnәviyyatdır. Peyğәmbәr (s)
quruluşunu inkişaf etdirәn hәqiqi amil xalqın qәlbindәn vә
düşüncәsindәn qaynaqlanan, onların vücudunu düzgün
istiqamәtdә hәrәkәtә gәtirәn iman idi. Demәli, birinci
xüsusiyyәt insanlara iman vә mәnәviyyat ruhu üfürmәk, onu
güclәndirmәk, düzgün etiqad vә düşüncә vermәkdir.
Peyğәmbәr (s) bu işә Mәkkәdә başladı vә onu Mәdinәdә
qüdrәtlә davam etdirdi.
20
İkinci xüsusiyyәt әdalәtdir. Əsas iş әdalәt vә heç bir şeyi
nәzәrә almadan hәr bir haqqı sahibinә çatdırmaqdır.
Üçüncü xüsusiyyәt elm vә bilikdir. Peyğәmbәr (s)
quruluşunda hәr şeyin tәmәli bilmәk, tanımaq, ayıqlıq vә
oyanışdır. Heç kәsi kor-koranә şәkildә bir işә dәvәt etmirlәr.
Xalqı ayıq, mәlumatlı şәkildә vә seçim imkanları ilә aktiv
qüvvәyә çevirirlәr.
Dördüncü
xüsusiyyәt
sәmimilik
vә
qardaşlıqdır.
Peyğәmbәr
(s)
quruluşunda
xurafatçılıqdan,
şәxsi
maraqlardan,
mәnfәәtpәrәstlikdәn
yaranan
çәkişmәlәr
pislәnmişdir vә onlara qarşı mübarizә aparılır; cәmiyyәt
qardaşlıq vә hәmrәyliyin olduğu sәmimi cәmiyyәtdir.
Beşinci xüsusiyyәt әxlaq vә rәftarda düzgünlükdür.
İnsanları mәnәvi cәhәtdәn paklayır, әxlaq fәsadlarından vә
qәbahәtlәrdәn tәmizlәyir, әxlaqlı vә mәnәn saf insan yetişdirir:
"Onları mәnәn paklayar, onlara kitabı vә hikmәti öyrәdәr".
1
Mәnәvi paklıq әsas şәrtlәrdәn biridir. Yәni Peyğәmbәr (s)
insanların hәr biri üzәrindә tәrbiyә vә insanlıq baxımından
işlәyir.
Altıncı xüsusiyyәt iqtidar vә izzәtdir. Peyğәmbәr (s)
cәmiyyәti vә quruluşu başıqapazlı, asılı, başqasının ardınca
düşәn vә ona-buna әl açan deyil, izzәtli, iqtidarlı vә qәrarlıdır;
öz xeyrini bildikdә onu tәmin etmәk üçün çalışır vә işlәrini
idarә edir.
Yeddinci xüsusiyyәt iş, hәrәkәt vә daimi inkişafdır.
Peyğәmbәr (s) quruluşunda dayanmaq yoxdur, daim hәrәkәt,
iş vә inkişaf var. Nә zamansa demirlәr ki, daha bitdi, indi
oturub istirahәt edәk. Belә bir şey yoxdur. Tәbii ki, bu iş
lәzzәtli vә sevimli işdir, yorucu deyil, insana hәvәs, qüvvә vә
şövq verir.
Peyğәmbәr (s) belә bir quruluş yaratmaq, onu
tәkmillәşdirmәk, örnәk kimi bütün tarixә göstәrmәk üçün
Mәdinәyә daxil oldu. Ondan sonra qiyamәtә qәdәr kim nә
1
Ali-İmran/164
21
zaman bacarsa, onun kimisini qurub ürәklәrdә hәvәs yaratmalı
vә insanlar belә bir cәmiyyәti arzulamalı idilәr. Əlbәttә, belә
bir quruluşun yaranması üçün etiqadi vә insani tәmәllәrә
ehtiyac var.
Əvvәlcә düzgün etiqad, düşüncәlәr mövcud olmalı vә bu
nizam o düşüncәlәr әsasında qurulmalıdır. Peyğәmbәr (s) bu
düşüncә vә fikirlәri on üç illik Mәkkә dövründә tövhid sözü,
insan ucalığı vә digәr İslam tәlimlәri şәklindә izah etmişdi.
Sonra da ömrünün sonuna qәdәr hәmişә Mәdinәdә bu
quruluşun tәmәllәri olan bu uca düşüncәlәri vә tәlimlәri daim
insanlara anlatdı vә öyrәtdi.
Bu quruluşun yaranması üçün ikinci növbәdә insani
amillәrә ehtiyac var. Çünki İslam quruluşu bir fәrdlә
qurulmur. Peyğәmbәr (s) bu insanların bir çoxunu Mәkkәdә
yetişdirmiş,
hazırlamışdı.
Peyğәmbәrin
(s)
böyük
sәhabәlәrindәn ibarәt vә aralarında dәrәcә fәrqlәri olan bir
qrup insan vardı. Bunlar on üç illik ağır Mәkkә dövrünün
zәhmәtinin bәhrәsi idilәr. Bir qrup da Peyğәmbәrin
(s)hicrәtindәn öncә Yәsribdә onun sözü ilә yetişmişdi; misal
üçün, Sәd ibn Mәaz, Əbu Əyyub vә digәrlәri. Peyğәmbәr (s)
Mәdinәyә daxil olduğu andan kadr hazırlamağa başladı. Bu
uca quruluşun möhkәm tәmәllәri olan bacarıqlı idarәçilәr,
böyük, cәsur, fәdakar, imanlı, güclü vә mәrifәtli insanlar
tәdricәn Mәdinәyә daxil oldular.
Peyğәmbәrin (s) hicrәtindәn öncә bu şәhәrin adı Yәsrib idi,
o hәzrәtin gәlişindәn sonra isә "Mәdinәtün-Nәbi", yәni
Peyğәmbәr şәhәri adlandı. Peyğәmbәrin (s) Mәdinәyә daxil
olduğu andan bu mühacirәt gözәl bahar mehi kimi bütün
şәhәri bürüdü, hamı qurtuluş yarandığını duydu, qәlblәr
oyandı. Əhali Peyğәmbәrin (s) Mәdinәnin yaxınlığında
yerlәşәn Qubaya daxil olduğunu eşitdikdә - o hәzrәt on beş
gün orada qalmışdı –onu görmәk hәvәsi daha da artdı.
Əhalinin bir qismi oraya gedib Peyğәmbәri (s) ziyarәt edir vә
qayıdırdılar, bir qismi dә Mәdinәyә gәlişini gözlәyirdilәr.
Peyğәmbәr (s) Mәdinәyә daxil olanda bu şövq, bu xәfif vә
22
mülayim meh xalqın qәlbindә bir tufana çevrildi vә ürәklәri
dәyişdirdi. Qәfildәn öz qәbilә inamlarının, hisslәrinin, әlaqә
vә tәәssübkeşliklәrinin bu insanin simasında, onun rәftarının
vә sözünün tәsirindәn mәhv olduğunu, yaradılış alәminin
hәqiqәtlәrinә vә әxlaqi bilgilәrә açılan yeni darvaza ilә tanış
olduqlarını hiss etdilәr. Əvvәlcә qәlblәrdә inqilab yaradan,
sonra Mәdinә әtrafına qәdәr genişlәnәn, daha sonra Mәkkә
qalasını fәth edәn, nәhayәt uzaq yollara qәdәm qoyub o
zamanın iki böyük imperiyasının dәrinliklәrinә işlәyәn vә
getdiyi hәr bir yerdә ürәklәri oyadan, insanların daxilindә
dәyişiklik yaradan amil bu tufan idi. Müsәlmanlar erkәn İslam
çağında İran vә Romanı iman gücü ilә fәth etdilәr. Bu imanı
görәn kimi hücuma mәruz qalan xalqların qәlbindә dә iman
yaranırdı. Xәncәr, maneәlәri, sәrvәtli vә güclü sәrkәrdәlәri
yoldan götürmәk üçün idi. Xalq isә hәr yerdә bu tufanı dәrk
etmişdi. O zaman iki böyük imperiya olan Roma vә İran İslam
quruluşunun vә ölkәsinin bir hissәsinә çevrilmişdilәr. Bütün
bunlar qırx il sürdü; on ili Peyğәmbәrin (s) dövründә, otuz ili
dә ondan sonra.
Peyğәmbәr (s) Mәdinәyә daxil olan kimi işә başladı. O
hәzrәtin hәyatının möhtәşәm xüsusiyyәtlәrindәn biri budur ki,
bu on il әrzindә bir anı dә hәdәrә vermәdi. Peyğәmbәrin (s)
mәnәviyyat, hidayәt, tәlim-tәrbiyә işinin bir an da dayanması
görünmәdi. Onun oyaqlığı, yuxusu, mәscidi, evi, döyüşü, küçә
vә bazara getmәsi, ailәdә rәftarı, bütün varlığı dәrs idi. Belә
bir ömür möhtәşәm faydalarla doludur! O, bütün tarixi öz
düşüncәsi ilә fәth etdi, bütün tarixdә tәsir buraxdı. Mәn
dәfәlәrlә demişәm ki, әsrlәrcә sonra bәşәriyyәt üçün
müqәddәslәşәn bir çox mәsәlәlәr, o cümlәdәn bәrabәrlik,
qardaşlıq, әdalәt vә demokratiya anlayışları onun
tәlimlәrindәn tәsirlәnmişdir. Digәr dinlәrin tәlimlәrindә belә
şeylәr ya yox idi, ya da әn azı açıqlanmamışdı. O yalnız on il
hökumәt işi, siyasi vә ictimai iş gördü. Necә faydalı ömürdür!
Daxil olan kimi öz mövqeyini müәyyәn etdi.
23
Peyğәmbәrin (s) süvar olduğu dәvә Yәsrib şәhәrinә daxil
oldu. Xalq onu dövrәyә aldı. O zaman Mәdinә şәhәri
mәhәllәlәrә bölünürdü. Hәr mәhәllәnin özü üçün evlәri,
küçәlәri, hasarı vә böyüklәri vardı vә müәyyәn bir qәbilәyә
mәxsus idi; Övs vә Xәzrәcә bağlı olan qәbilәlәrә.
Peyğәmbәrin (s) dәvәsi Yәsrib şәhәrinә daxil olanda hansı
qәbilәnin qalasının qarşısına çatırdısa, böyüklәr bayıra çıxıb
dәvәnin önündә dayanır, deyirdilәr ki, ey Allahın rәsulu,
buraya gәl, bizim evimiz, sәrvәtimiz, imkanlarımız sәnin
olsun. Peyğәmbәr (s) buyururdu ki, dәvәnin yolunu açın, o,
aldığı әmrә görә hәrәkәt edir, qoyun getsin.
1
Belәliklә,
dәvәnin yolunu açırdılar vә o, sonrakı mәhәllәyә çatırdı. Yenә
böyüklәr, varlılar, qocalar, böyük şәxsiyyәtlәr vә gәnclәr
qarşıya çıxıb dәvәnin önünü kәsir, o hәzrәtә deyirdilәr ki, ey
Allahın rәsulu, burada en, bura sәnin evindir, nә istәsәn
verәcәyik, hamımız sәnә xidmәt göstәrәcәyik. Buyururdu ki,
dәvәnin yolunu açın, qoyun getsin, o, aldığı әmrә görә hәrәkәt
edir. Dәvә belәcә mәhәllә-mәhәllә gәzirdi. Nәhayәt,
Peyğәmbәrin (s) anasının mәnsub olduğu Bәni-Nәccar
mәhәllәsinә çatdı. Onlar Peyğәmbәrin (s) dayıları sayılırdılar.
Buna görә qarşıya çıxıb dedilәr ki, ey Allahın rәsulu, biz sәnin
qohumlarınıq, bizim canımız sәnә fәda olsun, bizim
yanımızda qal. Buyurdu ki, kәnara çәkilin, bu dәvә aldığı
әmrә görә hәrәkәt edir. Yolu açdılar. Dәvә Mәdinә şәhәrinin
әn yoxsul mәhәllәsinә çatıb yerә oturdu. Hamı bu yerin kimә
mәxsus olması ilә maraqlandı. Gördülәr ki, Mәdinәnin әn
yoxsul adamı, yaxud әn yoxsullarından biri olan Əbu Əyyub
Ənsarinin evidir. Özü vә kasıb ailәsi gәlib Peyğәmbәrin (s)
әşyalarını evә apardılar. Peyğәmbәr (s) dә qonaq kimi onların
evinә daxil oldu, әyan-әşrafa, nüfuzlu insanlara, qәbilә
başçılarına vә bu kimi şәxslәrә isә rәdd cavabı verdi. O
özünün ictimai mövqeyini müәyyәn etdi. Bәlli oldu ki, bu şәxs
pula, qәbilә nüfuzuna, filan qәbilә rәisinә, qohum-әqrәbaya,
1
"Bihar әl-әnvar", c. 19, sәh. 109
24
üzlü adamlara bağlı deyil vә olmayacaq. İlk andan ictimai
münasibәtlәrdә hansı qrupun, hansı tәbәqәnin tәrәfdarı
olduğunu vә daha çox kimlәrә xeyir verәcәyini müәyyәn etdi.
Peyğәmbәrdәn (s) vә onun tәlimlәrindәn hamı faydalanır,
amma daha mәhrum olan tәbii ki, daha artıq haqq götürür vә
mәhrumluğunun әvәzi verilir.
Əbu Əyyub Ənsarinin evinin qarşısında istifadәsiz torpaq
vardı. Buyurdu ki, bu torpaq kimindir? Dedilәr ki, iki yetim
uşağa mәxsusdur. Özü pul verib o yeri aldı, sonra buyurdu ki,
bu yerdә mәscid tikәcәyik; yәni siyasi, ibadi, ictimai vә idari
mәrkәz vә xalqın toplantı yeri. Toplaşmaq üçün yer lazım idi.
Odur ki, mәscid tikmәyә başladılar. Mәscidin torpağını
kimdәnsә istәmәdi, bağışlanmasını da gözlәmәdi, öz pulu ilә
aldı. O iki uşağın atası vә himayәdarı olmasa da, Peyğәmbәr
(s) onların atası vә himayәdarı kimi haqlarına tam şәkildә
riayәt etdi. Mәscidi tikmәyә başlayanda Peyğәmbәrin (s) özü
әlinә bel götürüb mәscidin bünövrәsini qazmağa başalayn ilk
şәxslәrdәn, yaxud ilk şәxs oldu. Formal olaraq yox, hәqiqәtәn
işә başladı vә tәr tökdü. Elә işlәdi ki, kәnarda oturan bәzi
şәxslәr dedilәr biz oturaq, Peyğәmbәr (s) isә bu şәkildә
işlәsin?! Qalxın biz dә işlәyәk. Odur ki, qısa müddәtdә
mәscidi inşa etdilәr. Uca vә qüdrәtli rәhbәr olan Peyğәmbәr
(s) göstәrdi ki, özü üçün heç bir xüsusi haqq, imtiyaz tanımır,
bir iş görülmәlidirsә, hәmin işdә onun da rolu olmalıdır. Sonra
o quruluşun idarәetmә siyasәtini tәnzim etdi. İnsan baxdıqda,
tәdbirli vә ağıllı şәkildә addım-addım irәlilәdiyini gördükdә o
әzmkarlığın, güclü qәrar vә qәtiyyәtin arxasında hansı
düşüncәnin, fikrin vә dәqiqliyin durduğunu vә güman ki,
bunun ilahi vәhydәn başqa bir yolla mümkün olmadığını
anlayır. Bu gün dә hәmin on ilin vәziyyәtini addım-addım
izlәmәk istәyәn şәxslәr bir şey anlamırlar. Əgәr insan hәr bir
hadisәni ayrı-ayrılıqda incәlәsә, bir şey anlamaz; gәrәk işlәrin
ümumi gedişinә, bütün bu işlәrin necә tәdbirlә, ağılla vә
dәqiqliklә hәyata keçirildiyinә baxsın.
25
Birinci iş birlik yaratmaqdır. Mәdinә әhalisinin hamısı
müsәlman deyildi; әksәriyyәti müsәlman oldu, çox az bir
qismi isә qeyri-müsәlman qaldı. Bundan әlavә, tәxminәn
Mәdinәyә bitişik xüsusi qalalarında üç mühüm yәhudi qәbilәsi
yaşayırdı: Bәni-Qeyn-Qa qәbilәsi, Bәni-Nәzir qәbilәsi vә
Bәni-Qüreyzә qәbilәsi. Bunların Mәdinәyә gәlişi 100-200 il
ondan öncәyә qayıdırdı. Gәlmәlәrinin sәbibi dә uzun
söhbәtdir.
Əziz Peyğәmbәrin (s) Mәdinәyә daxil olduğu dövrdә bu
yәhudilәrin iki-üç xüsusiyyәti vardı. Biri bu idi ki, Mәdinәnin
әsas sәrvәti, әn yaxşı әkinçilik sahәlәri, әn qazanclı ticarәtlәr,
әn gәlirli sahә olan zәrgәrlik vә digәr bu kimi sәnәtlәr onların
әlindә idi. Mәdinә әhalisinin çoxu ehtiyacları olanda onlara
müraciәt edib borc alır, sәlәm götürürdülәr. Yәni maliyyә
baxımından hamı onlardan asılı idi. İkincisi budur ki, Mәdinә
әhalisinә nisbәtәn mәdәni üstünlüklәri vardı. Onlar kitab әhli,
Mәdinәnin yarımvәhşilәrinin çox uzaq olduqları müxtәlif
bilgilәrlә vә dini tәlimlәrlә tanış olduqlarına görә elm vә
düşüncә baxımından üstün mövqedә idilәr. Bugünkü dillә
ifadә etmәk istәsәk, demәliyik ki, onlar Mәdinәdә ziyalı
tәbәqәni tәşkil edirdilәr. Buna görә oranın әhalisini axmaq
sayır, tәhqir vә mәsxәrә edirdilәr. Sözsüz ki, tәhlükәyә mәruz
qalanda vә lazım olanda tәvazökarlıq da edirdilәr, lakin
normalda üstünlüyә malik idilәr.
Üçüncü xüsusiyyәtlәri bu idi ki, uzaq yerlәrlә dә әlaqәlәri
vardı, yalnız Mәdinә şәhәrindә qapılıb qalmamışdılar. Bunlar
Mәdinәdә real qüvvә idilәr. Buna görә dә, Peyğәmbәr (s)
bunlar haqda düşünmәli idi. Əziz Peyğәmbәr (s) ümumi bir
müqavilә hazırladı. O hәzrәt Mәdinәyә daxil olanda heç bir
müqavilә imzalamadan, xalqdan heç bir şey istәmәdәn vә xalq
arasında heç bir müzakirә aparılmadan onun cәmiyyәtin
rәhbәri olması bәlli idi. Yәni Peyğәmbәrin (s) şәxsiyyәti vә
әzәmәti tәbii şәkildә hamını onun qarşısında kiçiltdi; bәlli
oldu ki, o, rәhbәrdir vә hamı onun sözü ilә hәrәkәt etmәli,
çalışmalıdır. Peyğәmbәr (s) hamı tәrәfindәn qәbul olunan bir
26
müqavilә hazırladı. Müqavilә ictimai vә ticarәt әlaqәlәri,
münaqişәlәr, qanbahası, Peyğәmbәrin (s) müxaliflәr,
yәhudilәr vә qeyri-müsәlmanlarla münasibәtlәri barәdә idi.
Bunların hamısı yazıldı vә qeyd olundu. Bu hәm dә genişdir;
qәdim tarixә aid böyük kitabların iki-üç sәhifәsini әhatә edir.
Çox әhәmiyyәtli olan sonrakı addım qardaşlıq yaratmaq
idi. Zadәganlıq, xurafatçı tәәssübkeşliklәr, qәbilә qüruru vә
xalqın müxtәlif tәbәqәlәrinin bir-birinә özgәliyi o zamankı
tәәssübkeş vә cahil әrәb cәmiyyәtlәrinin әn böyük bәlası idi.
Peyğәmbәr (s) qardaşlıq yaratmaqla bunları ayaqları altına
atdı. Bir qәbilә başçısı ilә çox aşağı vә orta sәviyyәli bir adam
arasında qardaşlıq yaradaraq dedi ki, siz iki nәfәr bir-birinizlә
qardaşsınız. Onlar da bu qardaşlığı könüldәn qәbul etdilәr.
Zadәganları vә böyük şәxslәri müsәlman olmuş vә azadlığa
çıxmış qullarla bir tutdu. Bu işlә ictimai birliyin bütün
maneәlәrini ortadan götürdü. Mәscidә azançı seçmәk
istәyәndә sәsi vә görkәmi gözәl olanlar çox idilәr, çoxlu
mәşhur adamlar vә görkәmli şәxsiyyәtlәr vardı. Amma bütün
bunların arasından Bilal Hәbәşini seçdi; nә gözәllik, nә sәs, nә
әsil-nәsәb vә nә ata-ana şәrafәti nәzәrә alındı, yalnız İslam,
iman, Allah yolunda mücahidlik vә fәdakarlıq göstәrmәk
meyar seçildi. Görün dәyәrlәri әmәldә necә müәyyәn etdi!
Onun sözündәn çox әmәli, rәftarı vә davranışı insanlara tәsir
edirdi.
Dostları ilə paylaş: |