VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə100/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   96   97   98   99   100   101   102   103   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
107
Siz bu süstlüyü özündən uzaq edin, proqram, təbliğat metodunuzu
məkmilləşdirin; İslamı tanıtmaqda səy göstərin; İslam höküməti təşkil
etmək qərarına gəlin; bu yolda mübariz və azadlıq istəyən xalqla əl-ələ
verin; bu surətdə İslam höküməti qətiyyətlə qurulacaqdır, əmin olun.
Sizin ki, xalqın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmağa
qüdrət və cəsarətiniz vardır. Siz ki, xalqı ayıldıb mübarizə meydanına
çəkibsiniz, istismar və istibdad qüvvələrini qorxuya salıbsınız. Günü-
gündən təcrübə kəsb edirsiniz və ictimai işlərdə tədbir və ləyaqətiniz artır.
Zülmkar höküməti aradan apardıqdan sonra, qətiyyətlə xalq kütlələrinə
rəhbərlik edib höküməti idarə edəcəksiniz. Hökümət planı, idarə sistemi
və lazımi qanunlar hazırlanmışdır. Əgər ölkəni idarə etmək üçün vergi və
gəlir lazım olsa, bu İslamda ilk görülmüş işlərdən olmuşdur. Əgər qanuna
ehtiyac olacaqdırsa, İslam onları qərara almışdır. Hökümət qurandan
sonra oturub qanun qərara almaq lazım deyildir. Yaxud bir sıra əcnəbilərə
qulluq edən hakimlər kimi başqalarına əl açmazsınız. Hər şey hazırdır,
nazirliklərin proqramları ilə müxtəlif sahələrdə ixtisasçı olanların yardımı
ilə hazırlanıb müəyyən edirlər.
Xoşbəxtliklə xalq da sizinlə birlikdədir. Ancaq silahlı qüvvəmiz
yoxdur ki, onu da inşallah əldə edərsiniz. Həzrət Musanın çəlik və
himmətinə ehtiyacımız var. Musanın çəliyini və Əli ibn Əbitalibin
qılıncını götürən şəxslərə ehtiyacımız var.
Bəli hövzələrdə oturan bacarıqsız adamlar hökümət təşkil edə
bilmirlər, ona görə ki, o qədər bacarıqsızdırlar ki, hətta qələmlərini də
işlədə bilmirlər və heç bir işdə bir addım irəli atmırlar.
O qədər əcnəbilər və onların xadimləri bizim qulağımıza «ağa get
işinə, get dərs və mədrəsənin dalınca, bu işlərin sizə nə dəxli, siz bu işləri
görə bilməzsiniz» və s. kimi sözləri oxuyublar ki, biz də inanmışıq ki, bir
iş əlimizdən gəlmir! İndi mən bu zəhərli təbliğatı bəzilərin qulağından
çixara bilmirəm və onları başa sala bilmirəm ki, «bəşərin rəhbəri siz
olmalısınız, siz də başqaları kimi ölkəni idarə ede bilərsiniz». Məgər sizin
başqalarından nəyiniz əskikdir? Onların bəziləri ancaq bəzi yerlərə gedib
kef çəkiblər və ya bir təhsil alıblar.
Biz demirik ki, təhsil almasınlar, biz təhsillə elmlə muxalif deyilik.
Aya getmək və atom sənayesi düzəltməyin qarşısını almırıq. Lakin o
sahələrdə də təkliflərimiz vardır. Siz İslamı tanıtdırın, İslamın hökümətə,
idarə etməyə aid proqramlarını dünyaya çatdırın. Bəlkə də İslam ölkələri
padşahları və prezidentləri diqqət yetirib qəbul edecəklər. Biz ki, onların



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin