VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə102/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   98   99   100   101   102   103   104   105   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
109
Siz burada « R ﺘ 晦 Ⓝ»- deyəsiz
1
, onlar da öz işi görsünlər. Əlbəttə özləri
bunu bilməzlər. İxtisasçılar 300 il budan əvvəl şərqə gələn İngiltərə
müstəmləkəçiləri bu proqramları hazırlamışlar. Sonra Amerikalılarda
onlara qoşuldu. Mən Həmədanda olanda ruhani paltarından
soyundurulmuş tələbələrimizdən biri mənə böyük bir xəritə gətirdi ki,
onda qırmızı əlamətlərlə İranın yeraltı sərvətləri göstərilmişdir, o
sərvərtəri xarici mütəxəsislər kəşf etmişdilər. Xaricilər bizim ölkənin
üzərində çoxlu mütaliələr etmişlər. Bizim bütün yeraltı sərvətlərimizin
yerlərini, harada mis ya qızıl olduğunu müəyyən etmişlər. Bizim
adamlarımızın beyinlərini yoxladılar, gördülər ki, onların planlarının
qarşısını alan ancaq ruhanilər və İslamdır. Onlar İslamın qudrətini
Avropanı alanda gördülər. Bildilər ki, həqiqi İslam bu büsatla müxalifdir.
Habelə bildilər ki, həqiqi ruhaniləri almaq və fikirlərinə nüfuz etmək
olmaz. Buna görə əvvəl gündən bu maneəni yollarından götürmək
istədilər, İslamı təhqir edib ruhaniləri istehzaya qoydular. Zəhərli
təbliğatla bu işi gördülər. Elə olub ki, bizi nəzərimizdə İslam ancaq bir
neçə məsələdən ibarətdir. Digər tərəfdən İslam cəmiyyətlərin başında olan
İslam fəqihləri və alimləri iftira ilə ləkələndirmək istədilər. İstismar
xadimi olan şəxs kitabında yazmışdır ki, «600 nəfər İran və Nəcəf
alimləri İngiltərədən maaş alırlar! Şeyx Murtəza
2
iki il maaş aldıqdan
sonra məsələni bilmişdi».
3
Onun istinad etdiyi sənədlər Hindistanda
İngiltərənin Xarici işlər nazirliyinin arxivindədir! Bu istismarın əlidir ki,
deyir: Bizə yaman deyin ki, nəticə alaq. İstismar bütün alimləri cirəxarı
kimi təqdim etmək istəyir ki, İslam alimlərini camaatın içində bədnam
etsin və camaat onlardan üz çevirsin. Digər tərəfdən, təbliğatla səy
etmişlər ki, İslamı kiçik və məhdud göstərsinlər və İslam alimləri və
fəqihlərinin vəzifəsini kiçik işlərə həsr etsinlər. Bizim qulağımıza
oxuyublar ki, fəqihlərin şəri məsələ deməkdən başqa bir işləri yoxdur.
Bəziləri də fikirləşmədən onlara inandılar. Bilmədilər ki, bunlar
müstəqilliyimizi aradan aparmaq və İslam ölkələrinə xas olan hər şeyi
əlimizdən almaq üçün hazırlanmış planlardır. Bilmədən istismarın təbliğat
siqnallarına və siyasətlərinə yardım etdilər. İstismarın təbliğat
müəssisələri çaxnaşma saldılar ki, fəqihlər siyasətə qoşulmamalıdılar və
1
Allah onun hökümətini həmişəlik etsin.
2
Böyük fəqih şeyx Murtəza Ənsari.
3
İslam Rain, «İngiltərənin İranda maaş alanları» səh. 102. Rain «SAVAK» təsis olan
gündən 1498 sirri olan nömrə ilə «SAVAK»la əməkdaşlıq edib. O frankmason kitabının
«SAVAK»ın əməkdaşlığı ilə yazdı. O, şahın saray naziri Ələmlə əlaqədə olub və onun
göstərişi ilə ruhaniləri ləkələmək üçün bu kitabı yazdı.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin