VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə104/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   100   101   102   103   104   105   106   107   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
111
rəhmətlik Xansari
1
(rizvanüllah ələyhim) siyasi bir məsələ haqqında bizim
mənzildə məsləhətləşmək üçün cəm olmuşdular
2
. Onlara dedim ki, siz hər
şeydən əvvəl bu yalançı müqəddəslərə nə münasibət bəsləməyimizi
müəyyən edin. Onların olması ona oxşar ki, düşmən sizə hücum etdiyi
zaman sizin əlinizi bir nəfər bağlamış olsun. - «Həqiqi müqəddəs» -
olmayan bu «müqəddəslər» xeyirlə şərri başa düşmürlər və sizin əllərinizi
bağlayacaqlar. Siz bir iş görmək istədikdə, bir hökuməti almaq fikrində
olduqda və bu fəsadların qarşısını almaq üçün məclisə sahib çıxmaq
istədikdə onlar cəmiyyətə sizə əngəl olacaqlar. Siz hər şeydən əvvəl
onlara bir fikir çəkin.
Bu gün müsəlmanların cəmiyyəti elə olmuşdur ki, saxta müqəddəslər
İslam və müsəlmanların irəlliləməsinin qarşısını alırlar. İslam adı ilə
İslama zərbə endirirlər. Bu kimi şəxslərin kökü ruhaniyyət
hövzələrindəndir. Nəcəf, Qum, Məşhəd və digər hövzələrdə belə şəxslər
var ki, müqəddəsnüma əhval-ruhiyyəsinə malikdirlər və oradan öz
nadürüst fikirlərini İslamın adına təbliğ edirlər. Əgər bir nəfər tapılıb desə
ki, «gəlin ayıq olun, başqaların bayrağı altına getməyin, qoymayın
İngiltərə və Amerika bu qədər bizi təzyiqə məruz qoysunlar, qoymayın
İsrail bu cür müsəlmanları iflicə çəksin» onda, bunlar da ona müxalif
çıxarlar.
Bunları əvvəl ayıltmaq lazımdır. Bunlara təhlükəni başa salmaq
lazımdır ki, İsraillilər öldürürlər, İngiltərə və Amerika da onlara yardım
göstərir, siz də oturub burada tamaşa edirsiniz, siz, ayılıb xalqın
bədbəxtliyinə bir fikir etməlisiniz. Təklikdə mübahisə aparmağın faydası
yoxdur. Təklikdə demək bir dərdə dərman etməz. İslam təhlükədə olan bir
vaxtda sükut etmətin. Xristianlılar kimi olmayın ki, ruhulqudus və üç
uqnum haqqında söhbətə qızışdıqda gəlib onları öldürdülər. Ayılın! Bu
həqiqitlərə diqqət edin. Günün məsələləri ilə maraqlanın. Özünüzü bu
laqeyidlikdən çıxarın. Siz bu səhlənkarlığınızla belə üstəlik mələklər və
cinlərin ayağınızın altında sərilmələrini də gözləyirsinizmi? Məgər
4
Ayətullah Seyyid Sədruddin Sədr (1299-1373 h.q) Axund Xorasani və Naininin
şagirdi olub Hairinin xahişi ilə Quma getmişdir. «Əlməhdi» və «Xülasətül-füsul» onun
əsərlərindəndir.
1
Ayətullah Seyyid Məhəmmədtəği Xonsari (1305-1371 h.q) Axund Xorasani, Naini,
seyid Məhəmməd Kazım Yəzdinin şagirdi olubdur. İraq xalqının müstəmləkəçi İngiltərə
əleyhinə hərəkatında iştirak edibdir. 1363-də (h.q) quraqlıq olduğuna görə Qum şəhəri
əhalisinin dəvəti ilə yağış namazı qılıb və dərhal namazdan sonra yağış yağmağa
başlamışdır.
2
Cənab Dəvani, Xəlxalinin dediklərinə görə ayətullahlar «müəssisan məclisi» barədə
bəhs etmək üçün cəm olmuşdular.


VİLAYƏTİ-FƏQİH
112
mələklər tənbəl adamlar becərirlər? Mələklər Həzrət Əlinin (ə) ayağı
altında qanadlarını döşəyərlər, ona görə ki, İslamın qayğısına qalır, İslamı
böyüdür və onun vasitəsilə İslam yayılır. O Həzrətin rəhbərliyi ilə azad,
çalışqan və xoşbəxt cəmiyyət meydana gəlir. Belə olduqda əlbəttə ki,
mələklər onun qarşısında təvazökər olur və hamı ona hörmət göstərir və
hətta düşmən də əzəməti qarşısında onu alqışlayır. Məsələ deməkdən
başqa bir işiniz olmasa, sizə hörmət edib alqışlamağın mənası yoxdur.
Əgər irşad və nəsiyyhət etməklə ayılmasalar məlum olar ki, qüsur
etmələri qəflət üzündən deyil, başqa bir səbəbdəndir. Onun onlarla başqa
bir şəkildə hesab getmək lazımdır.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin