VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi


Hövzələri arıtlamaq (yad ünsirlərdən təmizləmək)



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə105/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   101   102   103   104   105   106   107   108   ...   112
VİLAYƏTİ-FƏQİH

Hövzələri arıtlamaq (yad ünsirlərdən təmizləmək)
Ruhaniyyət hövzələri müsəlmanların dərs, təlim, təbliğ və rəhbərlik,
ədalətli fəqih, ustad və tələbələrin yeridir. Peyğəmbərin varislərinin
yeridir. Əmanət yeridir. Aydındır ki, İlahi əmanəti hər kəsin əlinə vermək
olmaz. Bu kimi vəzifəni əldə edib müsəlmanların vəliyi-əmri Əmirəl-
möminin nümayəndəsi olub camaatın əmlak, irz (-namus) və özlərinə
vilayəti olub qənimət və hüdudu öz əlinə almaq istəyən şəxs pak olmalı
və dünyaya həris olmamalıdır. Dünya üçün əl-qol atan şəxs – mübah iş
olduğuna baxmayaraq – Allahın etimad edəcəyi şəxs deyildir. Ona
arxalanmaq olmaz. Zalımın hökümət işlərində olan fəqih etibarlı şəxs
deyil və ilahi əmanətə malik ola bilməz. Allah bilir ki, İslam, ilk
zamandan indiyə kimi bu pis alimlərdən nə kimi müsibətlərə məruz
qalmışdır. Bu kimi fəqihlərdən biri Əbuhüreyrədir.
1
Allah bilir ki, o,
Müaviyə və onun kimilərin mənfəətinə nə qədər saxta hökmlər verdi. O,
İslamın başına çoxlu müsibətlər gətirdi. Alimlərin zalımlar hökümətində
məşğul olmaları adi adamlardan fərqləndirir. Adi bir şəxs zülmkar
1
Əbuhüreyrə (57 h.q) hicrətin 7-ci ilində müsəlman oldu, üç ildən çox Peyğəmbər
həzrətlərinin sahabəsi olmadığına baxmayaraq hər hansı bir sahabədən çox rəvayət nəql
etmişdir. Ömər zamanı Behreynə hakim idi sonra işdən çıxarılıb beytülmalı taladığına
görə 10 min dirhəm ödəməyə məhkum oldu. Osman dövründə «ona yaxınlaşsın» -deyə
onu fəziləti barədə rəvayətlər saxtalaşdırdı. Həzrət Əlinin (ə) xəlifəliyi zamanı
Müaviyənin mənfəətinə sükut etdi. Deyilib ki, Siffəyn müharibəsində kənara çəkilib bir
gün Əlinin xeyməsində və bir gün də Müaviyənin yanında qalırdı. Namazda Həzrət
Əliyə iqtida edib yemək vaxtı Müaviyənin süfrəsində oturardı. Özü deyərmiş ki,
Müaviyənin yeməyi yağlıdır və Əlinin namazı fəzilətli, üstündür. Onun hədislərinin
çoxunu şiə və sünni alimləri rədd etmişdir. «Əllamə Şərafətdinin və şeyxul Müzeyrənin
yazdığına əsasən, «Nəhçül-bəlağənin şərhi» İbn Əbil-Hədid cild 4, səh. 93-69, «İslam
Ensiklapediyası» cild 1, səh. 418-419.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin