VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə107/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   104   105   106   107   108   109   110   111   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
114
İslam fəqihləri nəinki onların itaətində olmadılar, hətta onlara müxalif də
çıxdılar, həbsə alındılar zülmlərə məruz qaldılar, amma itaət etmədilər.
Belə xəyal etməyin ki, İslam alimləri bu hökumətə qoşulmuşlar. Əlbəttə,
bəzən nəzarət etmək ya hökuməti çevirmək üçün daxil olurmuşlar, indi də
bu kimi iş görə bilmək üçün qoşulmağımız vacibdir. Bundan söz getmir.
Söz o şəxslərdən gedir ki, başlarına əmmamə qoyub savadları olmadığı
halda tamahkarlıq və vəzifə üçün hökumətə qoşulurlar. Bunlarla nə
etməliyik?
Saray axundlarını qovun getsinlər
Bunlar İslam fəqihləri deyildir və bunların çoxunu İran təhlükəsizlik
təşkilatı tərbiyə etmişdir ki, dua etsinlər, şənliklərdə imam-camaatı zorla
iştirak etməyə vadar etsinlər ki, onlar cəllə cəlaloh desinlər! Son vaxtlar
ona
1
cəllə-cəlaloh ləqəbi vermişlər. Bunlar fəqih deyillər. Camaat onları
tanıyır. Rəvayətdə var ki, bu kimi şəxslərdən dininizə görə qorxun, onlar
sizin dininizi aradan aparar, bunları rüsvay etmək lazımdır. Onlar rüsvay
olmasalar, sakit olmasalar, İmam Zamanı (ə.f) və İslamı aradan apararlar.
Bizim cavanlarımız bunların əmmamələrini götürməlidirlər. İslam
fəqihləri adı ilə müsəlmanların cəmiyyətində bu cür fəsad salan
axundların əmmamələri götürülməlidir. Mən bilmirəm, məgər bizim
cavanlarımız ölüblərmi? Haradadırlar? Biz olan zaman bu cür deyildi.
Bunların əmmamələrini niyə götürmürlər? Mən demirə ki, öldürsünlər,
bunlar ölməyə də layiq deyillər, lakin əmmamələrini başlarından
götürmək lazımdır. Xalqımız və qeyrətli cavanlarımız qoymamalıdırlar ki,
bu kimi axundlar (cəllə-cəlaloh deyənlər) cəmiyyətdə don-əbalı və
əmmaməli çıxış etsinlər. Lazım deyildir ki, çox kötək vurasınız, ancaq
əmmamələrini götürün, qoymayın əmmaməli çıxış etsinlər. Bu şərif bir
paltardır, hər şəxsin əynində olmamalıdır. Dediyim kimi müsəlman
alimlər bu kimi sözlərdən uzaqdırlar və təşkilatda olmayıb və yoxdurlar.
Bu təşkilata bağlı olanlar bir sıra müftəxorlardırlar ki, özlərini alimlərin
sırasına daxil etmiş və özlərini məzhəbə xadim kimi göstərirlər. Onların
hesabı ayrıdır və camaat onları tanıyır.
Bizim də ağır vəzifələrimiz var, özümüzü hər baxımdan kamil
etməliyik. Daha artıq təqvalı olub dünyadan üz çevirməliyik. Siz
2
ilahi
əmanəti qorumaq üçün hazırlıq görməlisiniz. Dünyaya rəğbətli olmayın.
1
Şah.
2
Ruhanilərə xitabən.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin