VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə108/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   104   105   106   107   108   109   110   111   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
115
Əlbəttə «dünya mənim yanımda keçi asqırağı kimidir» deyən Həzrət Əli
(ə) ola bilməzsiniz, lakin öz nəfslərinizi paklayıb, Haqq-Təalaya diqqət
yetirin və təqvalı olun. Əgər Allah eləməsin bir məqama çatmaq üçün
dərs oxuyursunuz, nə fəqih və nə də Allahın əmini ola bilməzsiniz. İmam
Zaman qoşunundan olun, xidmət edin ədaləti yayın. Saleh şəxslərin
cəmiyyətdə olması yaxşıdır, biz bu şəxslərdən xoş (fayda) görmüşük,
insan onlarla oturub-durmaqla təmizlənər. Siz elə bir iş görün ki, camaat
sizin işinizin və əxlaqınızın təsirindən islah olsunlar. Sizə təqlid etsinlər
və siz camaat üçün rəhbər olun. İslamı təqdim etmək və İslam hökümətini
tanıtmaq üçün Allah əsgəri olun. Mən demirəm ki, tərk-təhsil edin, dərs
oxumağınız lazımdır, fəqih olun, qoymayın hövzələr fəqihsiz qalsın.
Fəqih olmasanız İslama xidmət edə bilməzsiniz, lakin təhsil alarkən
İslamı tanıtmaq fikrində olun. İndi ki, İslam qəribdir və heç kəs İslamı
tanımır, sizə lazımdır ki, İslam və İslam əhkamı camaata çatdırasınız.
Qoyun camaat İslamın nə olduğunu bilsinlər. Başa düşsünlər ki, İslam
höküməti nə deməkdir, imamlığın risaləti nədir və əslində İslam nə üçün
gəlmişdir və nə istəyir. Tədriclə İslam tanınsın və inşallah İslam höküməti
təşkil edilsin.
Zülmkar hökümətləri aradan qaldıraq
Onların dövlət təşkilatları ilə əlaqənizi kəsməli, onlarla əməkdaşlıq
etməməli və onlara yardım hesab olan hər hansı işdən çəkinməliyik. Yenə
iqtisadi, mədəni, siyasi, və hüquqi təşkilatlar yaratmalıyıq.
Tağutu yəni nahaq siyasi qüdrətləri aradan aparmaq hamımızın
vəzifəmizdir. Zülmkar dövlət təşkilatları öz yerini ümum xalqa xidmət
göstərən müəssisələrə verməli, İslam qanununa uyğun şəkildə idarə
edilməlidir. Allah-Təala Quranda tağutların və nahaq siyasi qüdrətlərin
itaətində olmağı nəhy etmişdir və xalqı hakimlərin əleyhinə qiyam etməyi
istəmişdir. Musanı hökmdarlar əleyhinə quyam etməyə vadar etmişdir. Bu
sahədə çoxlu rəvayətlər var. İmamlar (ə) və ardıcılları yəni şiyələr həmişə
zülmkar hökümətlər əleyhinə mübarizə aparmışlar. Çox vaxt zülmkar
hakimlərin sıxıntısında olub təqiyyə və vahimədə yaşamışlar. Əlbəttə
özləri üçün deyil, məzhəblərinə görə vahimədə olmuşlar. Bu rəvayətlər
həmişə diqqət mərkəzindədir. Zülmkar hakimlər də həmişə imamlardan
qorxmuşlar. Onlar bilirdilər ki, əgər İmamlar (ə)-a fürsət versələr, qiyam



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin