VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   7   8   9   10   11   12   13   14   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
14
bütün qaydalara riayət etmək lazımdır. Camaatın vaxtı, yaşayış tərzi və
hər iki tərəfin iş və peşələri nəzərə alınmalıdır. Vaxtı ilə hakimin iki-üç
gündə öhdəsindən gəldiyyi iddialara (şikayətlər) indi iyirmi ildə bitmir.
Bu müddət ərzində gənclər, qoca kişilər, hər gün məhkəməyə ayaq
döyməlidirlər və nəhayətdə heç bir nəticəyə də çatmırlar. Hər kim rüşvət
verməkdə cəld olsa, öz işini nahaq da olsa belə tez yola sala bilir; Yoxsa
bir ömr avara qalacaqdır.
Bəzən qəzetlərdə və kitablarda yazılır ki, islamın cəza qanunları sərt
qanunlardır! Hətta bir nəfər yazmışdı ki, ərəblərin əhval-ruhiyyələrinin
sərtliyi baxımından bu kimi qanunlar yaradılmışdır. Mən təəccüblənirəm
ki, bunlar nə üçün belə düşünürlər? Digər tərəfdən 10 qram narkotik
maddədən ötrü birinin öldürülməsinin adını qanun qoyurlar (on nəfəri
necə müddət bundan əvvəl və bir nəfəri də bu son günlərdə 10 qram
heroin üçün öldürüblər). Bu kimi insanlığa zidd olan qanun fəsadın
qarşısını alırıq deyə qərara almaq sərtlik deyildirmi? Mən demirəm ki,
narkotik maddələrin satışı sərbəst buraxılsın, lakin cazası ölüm deyil,
cazası ona uyğun şəkildə olmalıdır.
1
Araq içənə 80 zərbə şallaq vuranda
deyirsiniz ki, sərtlikdir, 10 qram narkotik maddə üçün bir insanı öldürmək
bəs nədir? Bir halda ki, cəmiyyətdə peyda olan bu fəsadların əsl mənşəyi
sərxoşedici maddələri istehlak etməkdir: Təsadüflər intiharlar, adam
öldürmələr və bir çox bu kimi cinayətlər spirtli içkilərdən irəli gəlir. Hətta
narkotik maddələr spirtli içgilərə alışqanlıqdır, lakin çaxır içənə bir söz
deyilmir, Qərbdə bu iş qadağan deyil, alıb-satması da qanuna zidd
sayılmır. Amma fəsad-fəhşanın (pis işlərin) qarşısını almaq üçün araq
içənə 80 zərbə şallaq vurulduqda zinakara 100 şallaq vurulduqda və evli
olub zina edənə rəcm
2
edildikdə, protest olaraq dad-haray qopardırlar ki,
bu nə qanundur, bunu ərəblər gətirib və i.a. Halbuki islamın cəza
qanunları fəsadı (pozgunluğu) aradan aparmaq üçün tənzim edilmişdir.
(Bu kafirlər) nəslləri pozan, cavanları fəsada çəkən, işləri tətilə uğradan
və əyyaşlıq (arvadbazlıq) ənənəsi törədən fəsad fəhşanın isə yolunu açmış
və onu yayırlar. İndi islam fəsadın qarşısını almaq üçün fasid bir adama
ümumxalqın qarşısında şallaq hökm etdikdə, onu sərtlik adlandırırlar, bu
sərtlikdirmi?
3
1
İmam ədalatə riayət edilməməyə etiraz edir.
2
Cəza qanunlarında baliğ və aqil olub nigah etmiş olan bir kişi ya qadın yoldaşına əli
çata bilməsi mümkün olmamaq şərti ilə zina etsə, onun cəzası rəcmdir (daşlanılır).
3
İslam qanunlarında cinayətkarı cəzalandırarkən bir sıra möminlərin orada olması
cəzalandırma ənənəsi hesab edilmişdir. Şiə fəqihləri bu ənənəni saxlayıb ona riayət
etməyi təkid etmişlər. Onlar «Nur» surəsinin 2-ci ayəsinə istinad edirlər: «Möminlərdən



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin