VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   9   10   11   12   13   14   15   16   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
16
geyimini ədalət və mürrüvvətə xilafını bilirlər.
1
Halbu ki, bizim
imamlarımız əsgər, sərdar və hərbi rəhbər olub, müharibələrdə hərbi
geyimlə iştirak etmişlər, onlar müharibədə düşməndən bir çoxunu öldürüb,
özlərindən də şəhidlər vermişdir. Həzrət Əmir mübarək başına «dəmir
papaq» qoyub zireh geyərdi və qılınc həmayil edərdi. Həzrət İmam Həsən
və İmam Hüseyn də onu yolunu davam etdirdilər. Lakin sonrakı imamlara
imkan yaranmadı, yoxsa imamların hamısı bu xüsusiyyətlərə malik idilər.
İndi iş o yerə çatıbdır ki, əsgərlik (hərbi) geyim geymək ədalətə zidd bir
hərəkət sayılır. İslam höküməti təşkil etsək elə həmin don-əba ilə təşkil
verməliyik, yoxsa mürüvvət və ədalətə zidd bir hərəkət olar. (İmam
Xomeyni (r.ə) bu sözləri tənz kimi söyləyib) Bunlar həmən təbliğatın
dalğasıdır ki, biz sübut etməliyik ki, islam bütün hökümət qayda-
qanunlarına malikdir.
Budur bizim vəziyyətimiz! Xaricilər təbliğatla bu vəziyyəti
yaratmışlar. İslamın siyasi və məhkəmə (cəza) qanunlarını kənara
qoyublar, onun yerinə isə Avropa qanunlarını rəhbər tuturlar ki, islamı
kiçiltsinlər və cəmiyyətdən kənar etsinlər.
Qərbin maddi (texniki) inkişafı mərlhələsi qarşısında cəmiyyət
üzvlərinin vəziyyəti
İstismarın təxribatçı və fasidedici rolunu dedik və indi daxili amilləri
əlavə edirik. O da istismarçıların maddi tərəqqiləri qarşısında özünü
itirməkdir. İstismarçı ölkələr elmi, texniki inkişafla yaxud Asiya və
Afrika xalqlarını qarət etməklə onların sərvətli olmalarını gördükdə
bunlar özlətini itirdilər, belə düşündülər ki, texnika sahəsində inkişaf
etmək üçün öz qanun və etiqadiyyatları kənara qoyulmalıdır! Onlar Aya
getdikdə bunlar özlərinə yad qalıb xəyal edirlər ki, (inkişaf etmək üçün)
öz qanunlarından əl çəkməlidirlər. Aya getməyin islam qanunlarına nə
dəxli var?!
Məgər görmürsünüz ki, müxtəlif ölkələr ziddiyyətli qanunlarla
texnika və elmi inkişafa çatmışlar və irəliyirlər. Onlar Merkuri planetinə,
kəhkəşanlara getsələr belə yenə əxlaqiyyat, səadət və ruhi yüksəklik
1
Ədalət elə bir daxili qüvvədir ki, insanı haram işləri tərk etməyə və vacib işləri
görməyə vadar edir. Ədalət qazi, imam-camaat və müftinin şərtlərindəndir, mürüvvət isə
yaxşı işləri izləyib pis işlərdən uzaq olmaqdır. «Şərh-lümə» kitabının haşiyəsində camaat
namazı bəhsində əsgərlik paltarı geymək ədalət və mürüvvətə zidd bir hərəkət kimi qeyd
edilmişdir.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin