bir hisssəsidir
1
Peyğəmbər müxtəlif vəziyyətlərdə Həzrət Əlinin xilifəliyinə təkid etmişdir. O
cümlədən Yovmud-dar hədisində, Mənzilət və səqəleyn hədislərində, Vilayət ayəsində,
Qidir-Xumda... [«Tarixi Təbəri», «Sireyi-ibn Hişam», «Əlqədir» Əllamə Əmini Təbrizli,
«Maidə» surəsi, ayə 55, 67; «Təfsiri-kəbir»]
2
«Maidə» surəsi, ayə 67.
VİLAYƏTİ-FƏQİH
18
Həzrət Rəsulun zamanında təkcə qanunu söyləmirdilər, icra da
edirdilər. Rəsulullah özü qanunu icra edirdi. Məsələn cəza qanunlarını
icra edir, oğrunun əlini kəsir, hədd vurub rəcm edirdi.
1
Xəlifə də bu işləri
körməlidir. Xəlifə qanunverici qüvvə deyil, Allahın əhkamını icra
etməlidir. Belə halda höküməti təşkil etmək və icra orqanları yaratmaq
lazım gəlir. Hökumət təşkil etməyə icra orqanları və idarə dairələri
yaratmağa inanmaq vilayətin bir hissəsidir. Necə ki onun üçün mübarizə
aparmaq vilayətə inanmaqdır. Yaxşı diqqət edin. Onlar islamı pis
tanıtdırdıqlarına rəğmən siz də islamı olduğu kimi təqdim edin. Deyin ki,
biz vilayətə inanırıq və bilirik ki, Həzrət Rəsul xəlifə müəyyən edib və
Allah onu vadar etmişdir ki, xəlifə təyin etsin. Hökumətin təşkil
edilməsinin zəruriliyinə inanmalıyıq və səy etməliyik ki, icra orqanları
yaransın. İslam hökumətinin təşkil edilməsi yolunda mübarizə aparmaq
vilayətə inanmağı tələb edir. Siz islam qanunlarıını və onu ictimai
təsirlərini yazıb nəşr edin. Təbliğat işinizi təkmilləşdirin. Diqqət edin ki,
siz İslam höküməti qurmalısınız. Özünüzə inanın, bu işi şübhəsiz ki, görə
biləcəksiniz. İstismarcılar 300-400 il bundan əvvəl nə yaratdılar? Onlar
sıfırdan başlayıb buraya çatıblar. Biz də sıfırdan başlamalıyaq. Qərbə
uyan bir necə şəxsin hay-küyündən qorxmayın. İslamı xalqa yaxşı
tanıtdırın. Qoy gənc nəsl belə təsəvvür etməsin ki, axundlar Nəcəf və
Qumda heyz və nifas əhkamı oxuyur, siyasətə qarışmırlar. Siyasət dindən
ayrı deyil. «Siyasət dindən ayrıdır və islam alimləri siyasətə
qarışmamalıdırlar» - kimi sözləri istismarçılar yaymışlar, bunu dinsizlər
deyir. Məgər Peyğəmbər zamanında siyasət dindən ayrı idi? Məgər o
vaxtda bir dəstə ruhani və digər bir dəstə siyasətçi idini? Məgər haqq ya
nahaqq xəlifələr vaxtında, Həzrət Əmir vaxtında siyasət dindən ayrı idimi?
Bu sözləri istismarçılar və onların tabeliyində olanlar düzəldiblər ki, dini
dünya işlərinə qoşulmaqdan və müsəlmanların cəmiyyətlərini tənzimata
salmaqdan saxlasınlar və islam alimlərini də xalqdan və azadlıq yolunda
mübarizə aparanlardan ayırsınlar. Belə olduqda xalqa istila tapıb
sərvətlərini oğurlaya bilərlər. Onlar bunu istəyir.
Əgər müsəlmanlar namaz qılmaq, dua və zikr etməkdən başqa bir
işimiz olmasa istismarçılar və onlara birləşən zülümkar dövlətlərin
bizimlə heç bir işləri olmaz, sən get hər nə qədər azan deyirsən de, namaz
qılırsan qıl, qoy hər nəyimizi aparsınlar, biz oturaq dinməyək. «
�
1
«Vəsalüş-şiə» çild 18, səh. 376, 509.
|