VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi


Hökümət təşkil etmək Peyğəmbəri sünnəsidir (üslubudur)



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   13   14   15   16   17   18   19   20   ...   112
VİLAYƏTİ-FƏQİH

Hökümət təşkil etmək Peyğəmbəri sünnəsidir (üslubudur)
Peyğəmbərin sünnəsi və üslubu hökümət təşkil etməyin zəruriliyini
subut edir. Ona görə ki, əvvala özü hökumət qurdu və tarixdə vardır ki,
qanunları icra etmiş, islam sistemini bərpa etməklə cəmiyyəti idarə etmiş,
ətraf ölkələrə vali göndərmiş, qəzavət etmiş və qazi müəyyən etmişdir.
Qəbilə başçıları və padşahlarının yanına elçilər göndərmiş, müqavilə
bağlamış, müharibədə komandir olmuş və bir sözlə hökumətliyə aid ali
qanunları həyata keçirmişdir. İkincisi, özündən sonra üçün Allahın əmri
ilə hakim müəyyən etmişdir. Allah-Təala tərəfindən Peyğəmbərdən


VİLAYƏTİ-FƏQİH
21
sonrakı nəsil üçün hakim təyin edilməsinin mənası budur ki, Həzrət
Rəsulun (s) vəfatından sonra da hökümət lazımdır və Həzrət Rəsul öz
vəsiyyəti ilə ilahi göstərişi bəyan etdikdə hökümətin təşkilinin zəruriliyini
göstərir.
İslam qanunları həmişə həyata keçirilməlidir
Aydındır ki, hökümləri həyata keçirməyin zəruriliyi təkcə o Həzrətin
zamanına aid deyildir, o Həzrətin vəfatından sonra da davam edir. Ayeyi-
şərifəyə əsasən İslam hökümləri xas bir zaman və məkana həsr olmur və
əbədi olaraq qalmalı və icra edilməlidir. Bu hökmlər yalnız Həzrət
Rəsulun zamanına aid deyildir ki, ondan sonra tərk edilsin və məsələn
daha hüdud və qisas hökmləri (cəza qanunları) icra edilməsin, ya
müəyyən vergilər alınmasın, yaxud ölkəni və ümməti müdafiə etməkdən
çəkinilsin. «İslam qanunları müəyyən bir zaman məkana aidir» - sözü
İslam etiqadiyyatına ziddir. Buna əsasən Həzrət Rəsuldan sonra hökmləri
həyata keçirmək əbədi olaraq zəruri olduğuna görə hökümət təşkil etmək
və idarə sistemi yaratmaq da zəruridir. Hökümətsizlik və idarəsizlik
anarxizmə dönüşdür. İctimai, əxlaqi və etiqadi fəsad yaradar. Demək
anarxizmdən qaçmaq üçü hökümət və idarəçilik lazımdır.
Buna əsasən şəriətə, əqlə görə Həzrət Rəsul və Həzrət Əli ibn
Əbutalib zamanında zəruri olan hökümət və icra orqanı, o Həzrətlərdən
sonra da zəruri və lazımdır.
Mətləbi
aydınlaşdırmaq
üçün
soruşmalıyıq
ki,
Həzrət
Sahibəzzamanın kiçik müddətli qeybətindən
1
indiyə kimi 1000 ildən çox
keçir, bəlkə 100 min il bundan sonra da Həzrətin qeybəti davam
edəcəkdir və Həzrətin zuhur etməsi məsləhət olmayacaq. Belə olan halda
bu uzun müddət ərzində islam hökmləri tətil edilməlidir, yoxsa həyata
keçirilməlidir? İslam Peyğəmbərinin o hökmlərini təbliğ etmək, izah
etmək və həyata keçirmək üçün 23 il ağır əziyyətlərə qatlaşdı, görəsən
Peyğəmbər həzrətləri bu hökmləri məhdud bir müddət üçün gətirmişdir?
Görəsən Allah öz göndərdiyi hökmlərin həyata keçirilməsini ancaq ilk iki
yüz il üçün əmr etmişdir? İslam kiçik müddətli qeybətdən sonra hər şeyi
buraxmışdırmı?
1
Şiələrin on ikinçi imamı Həzrət hüccəti ibn Həsən 260 h.q ildə gözlərdən qaib oldu.
O vaxtdan 329 h.q ilə kimi dörd nümayəndəsi vasitəsilə ilə camaatla əlaqə olubdur. Bu
müddətə «kiçik müddətli qeybət» adı vermişdir. Bu qeybətən sonra Həzrətin uzun
müddətli qeybəti başladı.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin