VİLAYƏTİ-FƏQİH 25
sədəqələr, nəzirlər və biri də xums üçün müəyyən edilmişdir. Seyidlərin
maaşı ancaq xums sandığından verilir. Rəvayətdə var ki, seyidlər də ilin
axırında illik xərcindən artıq gələni islam hakiminə qaytarmalıdır. Onların
payı az düşdükdə isə islam hakimi onun payını artırmalıdır.
1
Digər tərəfdən «Əhli-zimmə»
2
üçün qərara alınmış «cizyə»
3
və
əkinəcək yerlərindən alınan xərac böyük bir gəlirdi. Bu iki vergilərin
qərara alınması hakimiyyətin və hökümətin olmasını tələb edir. Yəni
hakimin vəzifəsidir ki, əhli-zimmədən malı və gəlirlərinə nisbətən başqa
vergilər alıb onların torpaq sahələri və əhşamlarından uyğun vergi alsın.
Habelə «Malullah» adlanan və İslam dövlətinin əlində olan geniş
torpaq sahələrinə xərac adlı vergini toplamalıdır. Bu iş, nizamlı, tədbirli
və sistematik təşkilatları tələb edir. Bu iş İslam hökumətləri başçılarının
öhdəsindədir ki, bu vergiləri uyğun və məsləhət üzündən müəyyən edib
sonra toplayıb müsəlmanların xeyrinə xərcləsin.
Görürsünüz ki, islamın maliyə hökmləri hökumətin təşkil edilməsini
tələb edir və onu icra etmək islami təşkilatlar olmadan mümkün deyildir.
2- İslamın müdafiə etmək hökumət tələb edir Digər tərəfdən islamın sistemini qorumağa və müsəlman ümmətinin
müstəqilliyi və ərazi bütövlüyünü müdafiə etməyə aid hökmlər hökumətin
təşkil edilməsini tələb edir. Misal üçün
﮵Rﺘ om Ⓝ �ট Ⓝ 7䁆 ﺘ oⓃ ﺘ ﺘ
1
ⓃoⓃ o ﮵ টⓃ . ﮵m Ⓝﺘ ﮵m টo ﺘ ⪷Rﺘ
팀
⪷m ⪷Rﺘ
팀 :( ) o ﺘ
� Ⓝ
Ⓝ
oⓃ oⓃ
Ⓝ � Θ টa oⓃ টﺘ
o 晦ﺘ
﮵m ট a . ﮵
o m
﮵moট⪷
﮵
o o⪷팀ﺘ . m � Θ টa oⓃ
m
Ⓝ 펠 a ﺘ ﺘ�ﺘ
om Ϭo Θ ﺘ
팀 ﺘ Π ﺘ
ﺘ�
oⓃ oⓃ
팀�⪷a ﺘ
İmam Musa ibn Cəfər (ə) buyurub: Xumsun yarısı İmama aidir. Digər yarısı isə onun
ailəsinin arasında bölünər. Ondan bir pay onların yetimlərinə, bir pay yoxsullarına və bir
pay da yolda qalmışlara verilir ki, Quran hökmü və Peyğəmbərin (s) buyurduğu əsasında
bir illik xərclərini ödəsin. Əgər ilik xərclərdən artıq qalsa, artığı islam hakiminə yetirilir.
Əgər lazım miqdardan az olsa, hakim onların ehtiyaclarını bir təhər ödəməlidir. Onların
illik xərcinin təmin edilməsi ona görə hakimin öhdəsinə qoyulmuşdur ki, onların illik
xərclərindən artıq qalanı hakimə (imama) yetirilir.
2
Əhli-zimmə səmavi kitabların tabeçiləridirlər ki, müsəlmanlarla müqavilə bağlayıb
müsəlman cəmiyyətdə yaşayırlar.
3
Cizyə kitab əhlindən (yəhudi, xristianlılar və zərdüştlər) müsəlman ölkələrdə
yaşadıqları üçün alınan vergidir. Cizyə hər il onların şəxsən özlərinə ya yerlərinə
bağlanır. Onun miqdarı islam hakiminin öhdəsindədir. «Təhrirül-vəsilə» cild 2, səh. 448-
450.