VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   19   20   21   22   23   24   25   26   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
27
Allah-Təalanın və Həzrət Rəsulun (s) istədiyi hökümət bərqərar olmadı.
Hökumətin proqramları islam qayda-qanunları əsasında olmadı. «Bəni-
Ümeyyə» və «Bəni-Abbas»
1
xəlifələrinin idarəetmə tərzləri və siyasətləri
anti-islam idi. Hökumət üsulu dəyişildi və İran padşahları, Roma
imperiyası və Misir fironlarının hökumət üsulu kimi oldu. Həmin qeyri-
islami üsul eləcə davam etdi.
Şəriət qanunlarına və ağlımızın əmr etdiyinə görə biz hökumət
üsulunun bu qeyri-islami və anti-islam şəklində davam etməsinə mane
olmalıyıq. Bunun dəlili aydındır:
Ona görə ki, qeyri-islami bir hökumət üsulunun bərqərar olması
İslamın siyasi sistemi və hökumət üsulunun həyata keçirilməsi
mənasındadır.
Bundan əlavə hər hansı bir qeyri-islami hökumətin başçısı Tağut
2
olduğuna görə, o rejim müşrik bir rejim olur, biz isə müsəlmanların
cəmiyyətində müşrikləri aradan aparmalıyıq. Həmçinin biz mömin və
yüksək dərəcələrə malik olan şəxslər tərbiyə etmək üçün əlverişli şərait
hazırlamalıyıq. Belə bir şərait tağut hakimiyyətinin yartadığı şəraitlə tam
ziddiyyətlidir. Tağut hakimiyyəti yartdığı şəraitin nəticəsi gördüyünüz bu
fəsaddır. Bu isə «fəsadün fil-ərz»i yer üzündə fəsad törətməkdir ki,
hökmən aradan qaldırılmalıdır və ona səbəbkar olanlar isə
cəzalandırılmalıdırlar. Firon da Misirdə həmin fəsada səbəbkar oldu
« a ট펠⪷ﺘ Ⓝ om 팀ﺘ» «O fəsad törədənlərdən idi».
3
Elə bir siyasi-ictimai
şəraitdə mömin, təqvalı və ədalətli insan yaşaya bilməz. Öz imanını
qoruya bilməz. Belə olan halda onun üçün ancaq iki yol var: Ya məcbur
olaraq düzgün olmayan işlərə batmalıdır, ya da ki, bu kimi pis işlərə
batmamaq və tağuta təslim olamamaq üçün onların əleyhinə mübarizəyə
girişib fasid şəraiti aradan qaldırmalıdır.
Biz hökmən fasid hökumətləri, fəsad törədənləri, xəyanətkar,
zülmkar və qəddar hakimləri yox etməliyik. Bu, müsəlman ölkələrdə olan
bütün müsəlmanların vəzifəsidir. Bununla islam inqilabı qələbə çalacaq.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin