İslami birlik lazımdır
1
Peyğəmbərin əmisi Əbdülmüttəlib oğlu Abbasın övladı. Bu silsilə 132 h.q ildə
Əbdüllah Səffahın xəlifəliyi ilə başladı və 656 h.q ildə Mötəsimin öldürülməsi ilə sona
çatdı.
2
Tağut təcavüzkara və Allahdan qeyri məbudlara deyilir.
3
«Qəsas» surəsi, ayə 4.
VİLAYƏTİ-FƏQİH
28
Digər tərəfdən istismarçılar, müstəbid hakimlər islam yurdunu
parçalayıblar. İslam ümmətini bir-birindən ayırıb par-parça etdilər. Rusiya,
İngiltətrə, Avstriya və başqa müstəmləkəçi dövlətlər birləşib Osmanlı
1
dövləti ilə döyüşüb hər birisi o böyük dövlətin torpağından bir hissəni
ayırdı. Baxmayaraq ki, Osmanlı dövlətinin başçıları əksərən ləyaqətsiz
idilər, hətta bəziləri fasid idi, lakin camaatın arasından saleh şəxslərin
dövlətə bir gün başçılıq edib istismar büsatını aradan qaldırmaq ehtimalı
üzündən müstəmləkəçilər üçün bir təhlükə sayılırdı. Buna görə də birinci
dünya müharibəsində onu bölüşdürdülər və 10-15 qarış torpağı olan
ölkələri meydana gətirib hər birini öz məmurlarına verdilər.
Biz
İslam
ümmətini
birləşdirmək,
müsəlman
vətənimizi
müstəmləkəçilərin əlindən qurtarmaq üçün hökumət təşkil etməkdən
başqa bir yolumuz yoxdur. Müsəlman xalqlarının azadlığı və birliyini
təmin etmək üçün zülmkar hökumətləri aradan qaldırmaq lazımdır və
ondan sonra xalqın xadimi olan ədalətli islami hökumət qurmalıyıq.
Hökumət qurmaq islam sistemini və müsəlmanların birliyini qorumaq
üçündür. Necə ki, Həzrət Fatimə (s.ə) öz xütbəsində buyurur ki, «imamət
islam sistemini qorumaq və müsəlmanları dağınıqlıqdan qurtarıb
birləşdirmək üçündür».
2
Məzlumları xilas etmək üçün hökumət qurmaq lazımdır
İstismarçılar özlərinin siyasi xadimləri ilə xalqa ağır iqtisadi sistemi
qəbul etdirərək, onları iki dəstəyə bölmüşlər: bir dəstə zülümkarlar və o
biri dəstəsi məzlumlar. Bir tərəfdə milyonlarla ac, səhiyyədən məhrum,
mədəniyyətdən geri saxlanmış müsəlman, o biri tərəfdə isə hərcayı, əyyaş,
fasid siyasi qüdrətə malik olan və say baxımından azlıq təşkil edən
sərvətlilər vardır. Ac, az təminatlı xalq özünü zülmkar hakimlərin
zülmündən qurtarma üçün səy göstərirlər və lakin hakimiyyətdə zülmükar
onlara mane olurlar. Biz, məzlum və xalq kütlələrini mütləq qurtarmalıyıq.
Bizim vəzifəmiz məzlumları himayə etmək və zalımlarla düşmən
olmaqdır. Bu həmin vəzifədir ki, Həzrət Əli (ə) öz iki oğluna xitabən
1
Osmanlı imperiyası 19-cu əsrin əvvəlindən parçalanmağa başladı. 1913 m. ildə
Balkan döyüşündə bu imperiyanın avropa hissələri, əlindən çıxdı. 1913 m. ilində birinci
dünya müharibəsində ərəb ölkələri, İraq, Suriya, Ərəbistan, İordaniya və Fələstin ölkələri
ondan ayrıldı və Avropa dövlətlərinin nəzarəti altına keçdi. Sonra isə indiki Türkiyə
dövləti ərazisinə məhdud oldu.
2
ট 펠 o⪷ o ⓃoⓃ
⪷. oⓃoﻈ팀 o o
«Kəşfül-qəmmə» cild 1, səh. 483.
|