«Bir şəxs soruşsa ki, Allah nə üçün hakim təyin edib ona itaət etməyi əmr etmişdir, cavabda demək lazımdır ki: Müxtəlif səbəblərə görədir, onlardan biri budur ki, insanlar müəyyən qayda-qanun üzrə hərəkət etməli və həddən aşmamalıdırlar, yoxsa fəsada qərq olaqcaqlar. Digər tərəfdən bir qüdrət ya şəxs bu işi öhdəsinə götürməli və hüquqlara təcavüz edilməyin qarşısını almalıdır; əks təqdirdə, camaat ilahi qanunlara riayət etməzlər. Yəni əgər belə bir şəxs olmasa heç kəs başqalarına zərər-ziyan verəcəkli mənfəətindən göz yummaz və nəticədə öz mənafeyini təmin etməkdə başqaların fəsadına səbəb olar. Digər bir tərəfdən elə bir firqə, məzhəb, millət yoxdur ki, rəhbəri, başçısı və idarə edəni olmadan öz həyatını davam etdirə bilsin. Buna əsasən Allah-Təala da öz yartdıqlarını rəhbərsiz və başçısız qoymayıbdır. Allah bilir ki, belə bir şəxs hökmən olmalıdır və onların davamı onun olmasından asılıdır. Camaat onun rəhbərliyi ilə düşmənlərlə döyüşür, onun vasitəsilə ümumi gəlir aralarında bölünür, cümə və camaat namazları qılınır və təcavüzkarların əli kəsilir. Habelə, əgər Allah insanlara imam, nəzarətçi, nizam-intizam yaradan və ədalətli başçı təyin etməsə, din köhnəlib çürüyəcək, ain aradan gedəcək, islam əhkamı dəyişikliyə məruz qalacaq, bidətçilər dinə bir şey əlavə edəcək. Müşriklər və dinsizlər isə ondan bir şey əskildəcəklər. Onu müsəlmanlara əksinə təqdim edəcəklər. Ona görə
VİLAYƏTİ-FƏQİH 31
ki, camaatın ağlı naqisdir və kamilləşməyə möhtacdır. Üstəlik insanlar bir-birləri ilə fərqli olub, və müxtəlif keyfiyyətlərə malikdirlər. Demək, əgər (Allah) nizam-intizam bərpa edən