VİLAYƏTİ-FƏQİH 7
İmam Xomeyni həzrətləri sonra hakimin (rəhbərin) xüsusiyyətlərinə
işarə edir və deyir: «Hakim əql və müdriklik kimi ümumi şəraitdən əlavə
olaraq iki əsas şərtə də malik olmalıdır: qanun bilmək və ədalətli olmaq».
İmam Xomeyni daha sonra əlavə edir: «İmam Zamanın qaib olduğu
məsələsi bir tərəfdən, digər tərəfdən islam əhkamının həyata
keçirilməsinin zəruriliyi və əhkamı həyata keçirmək üçün Allah-Təala
tərəfindən bir şəxsin təyin olmadığı dövrdə vəzifə ola bilər?»
İmam Xomeyni həzrətləri bunu araşdırdıqdan sonra belə nəticəyə
gəlir: «Allah İslamın ilk dövründən Həzrət İmam Zamanın qeybətinə kimi
olan hökümət xarakterini qeybət dövründən sonrakı dövrlərə də aid
olduğunu bildirmişdir. Elm və ədalətdən ibarət olan bu xarakterlər bizim
əsrimizdə olan bir çox fəqihlərdə mövcuddur. Əgər fəqihlər birləşsələr,
dünyada ədalət hökümətini yarada bilərlər».
Sonra əlavə edir: «Vilayəti-Fəqih» əslində «etibari» bir mövzudur,
Peyğəmbər və İmamların cəmiyyəti idarə etməkdə malik olduqları ixtiyar
və məsuliyyətlərə (vəzifələrə) eləcə cümlə şəraitə malik olan fəqih də
malikdir. Bu vilayətin əslində «Cəldən» başqa bir həqiqəti yoxdur və öz-
özlüyündə bir məqam olmayıb, fəqət əhkamı icra etmək üçün bir
vizifədir».
İmam həzrətləri sonra hökümətin mütərəqqi məqsədlərinə və hakimin
lazımi xislətlərinə işarə edərək rəvayətlərə əsaslanaraq fəqihin hökümətə
rəhbərlik etməsinə dair sübutlarını göstərir.
Kitabın son hissəsi ilahi məqsədə çatmaq uğrunda uzun mübarizə
aparmaq üçün proqramlaşdırma işinin zəruriliyinə həsr edilmişdir. İmam
bu hissədə əvəl təbliğat, təlim işlərinə, onların əhəmiyyətinə işarə edir və
deyir: «İctimai təşkilatlar və qurumlar bu iki işin xidmətində olmalıdır.
Aşura kimi əməl etmək lazımdır. Elə iş görmək lazımdır ki, islam
höküməti qurmaq üçün dalğalar yaransın və yığıncaqlar bərpa edilsin,
tezlikdə nəticə verəcəyini gözləməyək, uzun bir mübarizə üçün
hazırlanmaq gərəkdir (lazımdır)».
Təlim-tərbiyə
işlərinə
başlamaq
hövzələri
islah
etmək,
müstəmləkəçilik əxlaqiyyat məfkurəsini aradan qaldırmaq, yalançı
müqəddəsləri islah etmək, dini hövzələri saray axundlarından təmizləmək,
zülmkar höküməti aradan qaldırmaq üçün təcrübi işlərə başlamaq və s.
kitabın son hissəsində araşdırılan mövzulardandır.
Oxucuların diqqətini bu məsələyə cəlb edirik ki, İmam Xomeyni öz
ilahi qiyamını Allahın inayəti (yardımı) və xalqın 22 bəhməndə birliyi
nəticəsində İranda şahlıq büsatını pozub, islam cümhuriyyəti təşkil