VİLAYƏTİ-FƏQİH 55
Fəqihlər – qanunları həyata keçirmək, qoşuna rəhbərlik edib cəmiyyəti idarə etmək, ölkəni müdafiə edib məhkəmə işlərini görmək üçün Peyğəmbərin etibar etdiyi şəxslərdirlər. Deməli « ﺘ 펠ﺘ o Ⓝ � » - cümləsi bunu demək istəyir ki,
Peyğəmbərin öhdəsinə qoyulan bütün işləri adil fəqihlər görməlidirlər.
«Əmanət» sözünün məfhum dairəsi «Ədalət» sözünün məfhumundan
geniş olduğuna baxmayaraq – [yəni mümkündür ki, bir şəxs mali işlərdə
əmanətdar olsun və eyni halda ədalətli olmasın] Ümənaür-rəsul o şəxslərə
deyilir ki, qanuna zidd iş görməyib pak-pakizə olsunlar.
Hədisin ardınca gələn hissə də bunu təsdiq edir «oⓃ ﺘ� Ⓝ a Ⓝ o﮵팀 ﺘ» -
«Yəni nə qədər ki, dünyapərəst olmamışlar». Demək dünya malı
toplamaq fikrində olan fəqih ədalətli deyildir və Həzrət Rəsuli-Əkrəm (s)
üçün əmin, etibarlı və etimad edilməli, İslam hökmlərini icra edən hər
şəxs ola bilməz. Ancaq ədalətli fəqihlər İslam hökmlərini həyata keçirib
sistemi möhkəmləndirir, hüdud və qisası (cəza qanunlarını) icra edir,
müsəlman ölkələrinin ərazi bütövlüyünü qoruyurlar. Nəhayət hakimiyyətə
aid olan bütün qanunları həyata keçirmək fəqihlərin vəzifəsidir: xums,
zəkat, sədəqə, vergi, cizyə alıb müsəlmanların xeyrinə xərcləmək, cəza
qanunlarını icra etmək, sərhədləri qorumaq, ölkəni əmin-amanlıqda
saxlamaq.
Həzrət Peyğəmbər (s) əhkamı icra edib İslam sistemlərini qurmağa
məmur olduğu və Allah onu müsəlmanlara hakim və sədri edib itaətini
vacib sandığı kimi ədalətli fəqihlər də hakim və sədr olmalı, əhkamı
həyata keçirməli və İslam sistemini qurmalıdır.
Qanun əsasında rəhbərlik etmək İslam höküməti qanun əsasında olduğuna görə hüquqşünaslar,
dinşünaslar – yəni fəqihlər hakimiyyətdə olmalıdırlar. Fəqihlər bütün icra,
idarə işlərini görməlidirlər. Fəqihlər ilahi hökmləri icra etməkdə
etibarlıdırlar. Fəqihlər qoymamalıdırlar ki, İslam qanunlarının icrası
dayandırılsın və onun icrasında ifrat və ya təfritə yol verilsin. Əgər fəqih
zina edən şəxsə hədd vurmaq istəsə, müəyyən tərtibatla camaat arasında
gətirib 100 şallaq vurmalıdır, haqqı yoxdur ki, bir şallaq artıq vursun ya
pis söz desin ya bir gün belə həbsə alsın və ya vursun. Habelə vergi almaq
istədikdə İslam qanunları əsasında almalıdır, bir abbası artıq ala bilməz.