VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi


Vilayəti-Fəqih mövzusunun zəruriliyi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   2   3   4   5   6   7   8   9   ...   112
VİLAYƏTİ-FƏQİH

Vilayəti-Fəqih mövzusunun zəruriliyi
«
Vilayəti-Fəqih» (Din aliminin hakimiyyəti) mövzusunun ətrafında
bəhs girişmək bir sıra məsələləri irəli sürməyə imkan yaradır. Vilayəti-
fəqih, o mövzulardandır ki, onun sübut edilməsinə ehtiyac yoxdur. Bu
mənada ki, islam ehtiqadıyyatını və əhkamını öyrənən şəxs «Vilayəti-
fəqihi» təsdiq edib onun zəruriliyini qəbul edəcəkdir. Bu gün ona xüsusi
diqqət yetirmək müsəlmanların ictimai vəziyyətlərindən irəli gəlmişdir.
Müsəlmanlar və din elmləri hövzələrinin indiki vəziyyətlərinin tarixi bir
keçmişi var ki, ona işarə edirəm.
İslamı əksinə təqdim etməkdə istismarçıların rolu
İslam hərakatı əvvəldə yəhudilərin yaratdığı problemlərə məruz qaldı.
Ziddi-islam təbliğatları və fikri hiylələri də əvvəl onlar başladılar. Bu
təbliğatlar o qədər güclü idi ki, onun indi də izləri görünməkdədir.
Onlardan sonra başqa bir baxımdan yəhudilərdən daha şeytan olan
qəbilələrdir. Bunlar istismarçı kimi 300 il bundan əvvəl və ya çoxdan bəri
islam ölkələrinə yol tapdılar,
1
və öz istismarçı məqsədlərini üçün islamı
məhv etməyə zəmin yartamaq istədilər. Camaatı islamdan uzaq salmaqla
istəmirdilər ki, xristianlıq inkişaf etsin, onlar nə xristianlığa, nə də islama,
inanırdılar, lakin bu müddət ərzində və Xaç müharibələri
2
əsnasında hiss
etmişdilər ki, onların maddi mənfəətlərini və siyasi qüdrətlərini hədələyən
1
16-cı əsrin ortalarında, yəni üç əsr bundan əvvəl Portuqaliyalılar və onların ardınca
Hollandiya, İngiltərə, Fransa və İtaliyalılar müsəlman ölkələri istismar etməyə başladılar.
Əvvəl yeni kəşf edilmiş Afrika və dəniz yolları açılandan sonra isə (əlaqələri
osmanlıların qüstəniyyəyə hökümət etdikləri dövrdə Avropadan kəsilmişdi) Asiya
ölkələrini istismar etdilər.
2
11-ci və 13-cü əsrlərdə müsəlmanlarla Avropa xristianları arasında gedən
müharibələr Səlib yürüşləri adlanmışdır. Orşəlimi (Beytul-müqəddəsi) müsəlmanlardan
almaq üçün bu müharibələr başlandı və 8 mərhələdə baş verdi. 1096-cı miladi ildə papa
II Urbanın fitvası ilə başlandı və Fransa padşahı «Lui»nin 1270-də ölümü ilə sona çatdı.
Xristianlılar Xaç şəkilində qırmızı rəngli bir parçanı sağ çiyinlərinə saldıqlarına görə
Səlib ordusu adlandılar.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin