VİLAYƏTİ-FƏQİH
72
Rəvayətdə qeyd edilən «Tədarəyə fişşey» sözünün mənası mülki
ixtilaflardır. Yəni mülik münaqişələrdə bu fasiqlərə müraciət etməyin.
Onun ardınca «mən sizin üçün qazi müəyyən etmişəm» - deməsindən
məlum olur ki, fasiqlər batil hakimdirlər və əmirləri tərəfindən məhkəmə
vəzifəsinə malik olan şəxslərdir. Hədisin ardınca buyurur:
ϬoΠ.ﺘ o䁆 টﺘ oo7m 晦o7m oRa
moa
«Münaqişələrdə zülmkar sultana (padşaha) müraciət etməyin».
Baxmayaraq ki, «zülmkar sultan» sözü bütün qeyri-islam hökümətləri,
həm də icra, qanunvericilik və məhkəmə orqanlarını əhatə edir. Amma
bundan əvvəl zülmkar olan məhkəmə orqanlarına müraciət etməkdən
çəkindirməsindən məlum olur ki, icra orqanlarına müraciət etməkdən
çəkindirir. Sonrakı cümlə əvvəlki mətləbin, yəni fasiqlərdən
çəkindirməyin təkrarı deyilir. Ona görə ki, əvvəl araşdırma, sübut toplama
və bu kimi məhkəmə işlərindən ibarət olan işlərdə fasiq qazıya müraciət
etməkdən çəkidirir və özü də qazı müəyyən edib ardıcıllarının vəzifəsini
məlum edir, sonra isə sultana da müraciət etməkdən cəkindirir. Buradan
aydınılaşır ki, qəzavət sahəsi «sultana müraciət etmək» sahəsində
başqadır. Ömər ibn Hənzələnin rəvayətində hər ikisinə (sultan və qazı)
müraciət edilməkdən çəkindirilmişdir və bu rəvayətdə isə ancaq qazını
deyir və ancaq qazı müəyyən etmişdir. Hənzələnin rəvayətində isə həm
icra hakimini və həm də qazını təyin etmişdir.
Dostları ilə paylaş: