VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi


Alimlər hökumətə çata bilməzlərmi?



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə67/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   63   64   65   66   67   68   69   70   ...   112
VİLAYƏTİ-FƏQİH

Alimlər hökumətə çata bilməzlərmi?
İndi bunu araşdırmaq lazımdır ki, İmam (ə) öz sağlığında bu rəvayətə
əsasən məhkəmə işini fəqihlərə tapşırmış və Hənzələnin nəql etdiyi
rəvayətə görə həm məhkəmə işini və həm də icra (dəvlət) işlərini
fəqihlərə tapşırmışdır, görəsən İmam dünyadan rehlət etdikdən sonra
fəqihlər öz-özünə vəzifədən düşürlərmi? İmamların vəzifə sahibləri
etdikləri qazılar və icra hakimləri imamların rehləti ilə vəzifədən azad
edilirlərmi, yoxsa yox?
Baxmayaraq ki, imamın vilayət və rəhbərliyi başqalarla fərq edir və
şiə məzhəbinə görə imamların bütün göstəriş və hökmlərinə istər
sağlıqlarında istərsə dünyadan köçəndən sonra olsun, əməl edilməlidir;
amma bilmək lazımdır ki, onların vəzifə sahibi olmalarına aid hökmləri
özlərindən sonra davam etməlidirmi, yoxsa yox?


VİLAYƏTİ-FƏQİH
73
Dünya hökümət sistemlərində istər padşahlıq, istərsə də respublika
üsulunda ya hər hansı bir formada olsun, prezident ya kral dünyadan
köçdükdən sonra ya rejim dəyişildikdən sonras hərbi, ictimai vəzifələr
pozulmaz. Yəni bir Generalın dərəcəsi öz-özünə ondan alınmaz, səfir
səfirlikdən düşməz, nazir, icra hakimi, qəsəbə hakimi və rayon müdiri öz-
özünə öz vəzifələrindən azad edilməzlər. Əlbəttə, hakimiyyətə gələn yeni
rejim onları vəzifədən azad edə bilər, lakin bu vəzifələr öz-özünə aradan
getməz. Bir sıra işlər var ki, öz-özünə pozular, məsələn, Fəqihin müəyyən
şəxsə verdiyi nümayəndəlik vəzifəsi, yaxud fəqihin bir şəxsə hisbi işlərə
1
aid verdiyi icazə, o fəqihin dünyadan keçməsi ilə aradan gedər. Amma
əgər Fəqih bir səğir uşaq üçün bir şəxsi qəyyum ya vəqf mal üçün başçı
seçsə, Fəqih ölməklə o şəxs vəzifədən azad edilməz.
Alimlərin vəzifələrində qalmaları həmişəlikdir
İmamların İslam fəqihlərinə verdikləri məqam və vəzifə pozulmazdır.
İşində qəflət etməyən və mövzunu hər tərəfli bilən imam bunu bilir ki, bir
rəisin dünyadan köçməsi ilə vəzifələr və məqamlar aradan getmir. Əgər
fikrində olsaydı ki, onun rehləti ilə fəqihlərə verdiyi vəzifə və məqam da
fəqihlərdən səlb olunur, (alınır) onda «özünün dünyadan köçməsi ilə
fəqihlərin də vəzifədən azad edildiyini» qeyd edərdi.
Demək, İslam alimləri – bu rəvayətə əsasən – İmam (ə) tərəfindən
hökümət və qəzavət işlərini idarə etməyə seçilmişlər. Onlar həmişəlik bu
vəzifədə olmalıdırlar. Sonrakı imamın bu hökmü batil etməsi və fəqihləri
bu vəzifədən çıxarılması ehtimalı nadürüstdür. Ona görə ki, «öz haqqınızı
almaq üçün onların hakim və qazılarına müraciət etməyin və onlara
müraciət etmək tağuta müraciət etmək kimidir», deyən sonra da «Allah
əmr etmişdir ki, tağutun əleyhinə üsyan qaldırasınız» məzmunlu ayəyə
istinad edib, sonra özü də qazı və hakim seçən imamdan sonra gələn
imam bu hökmü pozub hakim və qazı müəyyən etməsə, onda
müsəlmanların vəzifəsi nə olar? Müsəlmanlar ixtilaf və münaqişələrdə
kimə müraciət etməlidirlər? Fasiqlər və zülmkarlara müraciət etməlidirlər,
bir halda ki, bu iş Allahın əmrinin ziddinədir? Yaxud oturub dinməsinlər
1
Hisbi işlər o işlərə deyilir ki, şəriət o işlərin görülməsini istəmişdir ki, bir şəxsin ya
dəstənin o işləri yerinə yetirilməsilə başqaların boynundan götürülür. Qəzavət, əmr be
məruf, müdafiə işləri kimi, Qeybət əsrində bu kimi işləri ədalətli fəqih və ya onun icazə
verdiyi nümayəndə görməlidir.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin