VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   2   3   4   5   6   7   8   9   10   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
10
ancaq İslam və islam hökümləridir. Müxtəlif yollarla islamın əleyhinə
təbliğatlar aparırdılar. Ruhani hövzələrdə düzəltdikləri təbliğatçılar
universitet, dövlət müəssisələrində olan əməllərin və istismarçı
dövlətlərin xidmətində olan şərqşünasların hamısı əl-ələ verib islam
mövzularını təhrif etməyə çalışdılar. Belə halda təhsil almışlardan çoxu
islamı yanlış başa düşürdülər.
İslam, haqq və ədalət uğrunda mübarizə aparan şəxslərin, azadlıq və
müstəqillik istəyənlərin dini olmaqla bərabər mübarizlərin və istismara
qarşı duran bir xalqın məktəbidir. Amma bunlar islamı başqa cürə təqdim
edib və edirlər. İslam xalqın beynində yaratdıqları nadürüst təsəvvürlərin
və din hövzələrində irəli sürülən fikirlərin səbəbi odur ki, islamın inqilabı
və həyatı xassəsini ondan alsınlar və qoymasınlar ki, müsəlmanlar
hərəkata başlasınlar, azadlıq istəsinlər, islam əhkamının həyata
keçirilməsini tələb etsinlər, səadətlərini təmin edən bir hökümət qursunlar
və (nəticədə) insanlığa yaraşan yaşayışları olsun.
Məsələn onlar: «İslam kamil din deyil, yaşayış dini deyil, cəmiyyyət
üçün qanun-qaydaları yoxdur, hökümət sistemi və hökümət qanunları
gətirməmişdir, islam heyz və nifas hökmlərindən ibarətdir, əxlaq
normaları olsa da, amma yaşayış və cəmiyyəti idarə etməyə bir qüvvələri
yoxdur» - deyə islamın əleyhinə təbliğat edirdilər. Onların zəhərli
təbliğatları öz işini gördü. İndi sadə xalqdan əlavə elm xadimləri; istər
ziyalılar, istərsə də ruhanilər islamı düzgün başa düşməyiblər. İslam
haqqında səhv təsəvvürləri var. Camaat qərib bir şəxsi tanımadıqları kimi
islamı da tanımırlar. Sanki İslam dünya xalqları arasında qərib (yalqız)
olub. Bu gün bir nəfər islamı olduğu kimi təqdim etmək istəsə belə,
camaat qəbul etməz, hətta istismarçıların nökərləri ilə dini hövzələrdə
iğtişaş salarlar.
Həqiqi islamla hal-hazırda tanıdılmış islamın nə dərəcədə fərqli
olduğunu bildirmək üçün diqqətinizi Quran və hədis kitablarının əhkam
risalələri ilə nə dərəcədə fərqli olduğuna cəlb edirəm. İslam əhkamı və
qanunlarının qaynağı olan Quran və hədis kitabları
ilə indiki
müctəhidlərin yazdıqları əhkam risalələri, ictimai həyatda təsir göstərmə
və digər baxımdan tam fərqlidir. Quranda ictimayyətə aid olan ayələr
ibadətə aid olan ayələrdən yüzdə 99-dəfə çoxdur, (ibadi ayələr isə yüzdə
bir də belə olmaz) 50 kitabdan ibarət
1
olan hədis kitablarından üç-dörd
1
Fiqh və hədis terminində «kitab» bir mövzuya aid cəm olan hədislərə ya bir
mövzuya aid olan hökmlərə deyilir. Misal üçün «kitabüt-tövhid», «kitabül-iman vəl-



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin