məndən qorxun» və buyurur: «Möminlər bir-birlərinin dostu,
rəhbəridirlər. Bir-birlərinə əmr be-məruf və nəhyəz-münkərdən
edərlər». (gördük ki, bu ayədə möminlərin sifətləri sayılır) Allah əmr be-
məruf və nəhyəz-münkərdən başlayır. İlk dəfə onu vacib sayır. Ona görə
ki, əgər əmr be-məruf və nəhyəz-münkər yerinə yetirilsə, bütün vacibatlar,
asandan çətinə kimi hamısı yerinə yetiriləcəkdir. O da buna görədir ki,
əmr be-məruf və nəhyəz-münkər İslama çağırışdan, məzlumları haqqına
yetirməkdən, zülmkarlar əleyhinə mübarizə aparmaqdan, ümumi sərvətlər
və müharibə gəlirinin ədalətlə bölünməsindən və sədəqələrin (zəkat və
digər könüllü ya icbari vergilər) düzgün yolla toplanması və düz yolunda
xərclənməsindən ibarətdir.
Bundan əlavə, siz ey elm və biliklə məşhur olan və adınız yaxşılıqla
tanınan, cəmiyyətdə xeyrxahlıq və bələdçiliklə məşhur olan və Allah üçün
VİLAYƏTİ-FƏQİH
85
camaatın qəlbində hörmətlə yer tapan, onun səbəbi ilə qüdrətlilər sizdən
qorxan, çarəsizlikdən sizə hörmət göstərən və onların xəyalında onlardan
üstün olan şəxslər, məgər bu hörmət və mənəvi qüdrətləri ona görə əldə
etməyibsiniz ki, sizdən Allahın əhkamını həyata keçirməyə himmət
bağlamağınız gözlənilir? Baxmayaraq ki, Allahın bir çox qanunlarını
həyata keçirməkdə səhlənkarlıq edibsiniz. Misal üçün, millətin haqqını
tapdaladınız, çarəsizlərin haqqını ödəmədiniz, bu halda öz haqqınız
güman etdiyinizin ardınca oldunuz. Nə bir pul xərclədiniz və nə də
canınızı təhlükəyə saldınız və nə də ki, Allah üçün bir qəbilə ilə
toqquşdunuz. Siz arzu edirsiniz ki, o, behişti, peyğəmbərlə müsahib
olmağı və əzabından amanda qalmağı sizə bəxş etsin. Ey o kəslər ki,
Allahdan bu kimi təvəqqe edənlər, qorxuram ki, sizə acığı tutsun, ona
görə ki, Allahın əzəmət və izzəti sayəsində uca yerlərə çatıbsınız, lakin
xudaşünaslığı təbliğ edən xudaşünaslara hörmət göstərmirsiniz, halbuki,
siz, Allah naminə onun bəndələri arasında hörmətlisiniz. Habelə, ona görə
sizin üçün qorxuram ki, Allahın ilqar və əhdinə
1
vəfasız çıxıbsınız,
nigaran deyilsiniz, halbuki, atalarınızın bir sıra əhd-qərarlarına görə
nigaran və pərişansınız, və indi peyğəmbərlə əhdləşdiyiniz qərarlara
2
etinasızlıq edirsiniz. Korlar, lallar və yerlərindən tərpənə bilməyən
çarəsizlər şəhərlərdə başsız qalıblar, onlara rəhm edilmir. Onlara layiq bir
iş görmürsünüz və sizin çəlalınızın artmasına səy göstərənlərə etinasızlıq
edirsiniz. Yaltaqları və zülmkarları pərəstiş etməklə onların qarşısında
amanda olduğunuzu təmin edirsiniz. Bunların hamısı Allahın
göstərişləridir ki, siz ondan qafil olubsunuz. Sizin müsibətiniz hamıdan
ağırdır, ona görə ki, ölkənin icra işləri və hökumət işləri halal-haram bilən
alimlərin əlində olmalıdır, halbuki, siz o vəzifədən kənar edilibsiniz...
Onun səbəbi sizin haqdan ayrılmağınız sünnə üzərində aydın sübutları
görməklə ixtilaf törətməyinizdir. Əgər sizlər çətinliklərə qatlaşsaydınız və
Allaha xatir dözsəydiniz, hökmləri siz verəcəkdiniz. Lakin siz
zülmkarlara imkan yaratdınız və ilahi hökuməti onlara təslim etdiniz ki,
onlar şübhə və güman əsası ilə əməl edib şəhbət üzrə hərəkət etsinlər.
Onların istila tapmasının səbəbi sizin ölümdən qorxmağınız və yaşayışa
bağlı olduğunuz idi. Zəifləri onlara təslim etdiniz ki, bir dəstəsi
tapdalanmış qul olsun bir dəstəsi də gündəlik maaşını qazanmağa məşğul
olan çarəsiz olsun. Və onlar öz başına əməl etsinlər, şəhvət hissiyatları ilə
1
İslam cəmiyyətində münasibətləri tənzimləyən əhdlər və qərarlar.
2
Peyğəmbərlə beyət etmək yolu ilə əhdləşdikləri münasibətlər. Məsələn Qədir-
Xumda Həzrət Əlinin vilayətinə aid bağladığı əhd.
|