VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə91/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   87   88   89   90   91   92   93   94   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
98
bir qüvvə kimi hökumətə nüfuz edib yaxud onunla mübarizəyə
başlayıblar. Məhəmməd Əli Mirzanı
1
aradan aparıb məşrutə hökuməti
təşkil edirdilər. Qoşun və qüdrət əvvəldən olmayıb, hamı təbliğat ilə
mübarizəyə başlayıblar. Zorakılıqları məhkum edib, xalqı başa salıblar ki,
bu zorakılıqlar qanuna ziddir. Tədriclə təbliğatın dalğaları genişləndikdən
cəmiyyət bütün siniflərin bürüyəndən sonra camaat ayılıb, sonra fəallaşıb
və bir nəticəyə çatıblar.
Sizin indi nə bir ölkəniz və nə qoşununuz var, amma təbliğat işi sizə
əlverişlidir. Düşmən təbliğat vasitələrini sizin əlinizdən ala bilməmişdir.
Əlbəttə, ibadətə aid məsələləri öyrənməlisiniz, lakin ən mühüm olan
məsələ İslamın siyasi, habelə, İslamın iqtisadi və hüquqi problemləridir.
Bunlar əsas olub və əsas da olmalıdır. Bizim vəzifəmiz budur ki, indidən
İslami bir dövləti qurmaq üçün səy göstərək, təbliğ edək, təlim işləri
aparaq, elə bir təbliğat dalqası yaratmalıyıq ki, bir ictimai proses yaransın
və tədriclə ayıq, vəzifəşünas və dindar kütlələr İslami hərəkatda təşəkkül
tapıb qiyam etsinlər və İslami hökumət qursunlar.
Təbliğat və təlimat işi iki mühüm fəaliyyətdir. Fəqihlərin vəzifəsi
İslam hökmlərini və etiqadiyyatını təbliğ etmək və xalqa öyrətməkdir ki,
cəmiyyətdə İslam sisteminin yaranması və İslam hökmlərinun icra
edilməsi üçün şərait yaransın. Rəvatətdə gördünüz ki, Peyğəmbəri-
Əkrəmin (s) canişinlərinin vəsfində gəlmişdir ki, «o 팀�⪷ 7a o ﺘ » yəni dini
xalqa təlim edirlər, xüsusilə indiki şəraitdə ki, istismarçılar, zülmkarlar,
xain, yəhudi, xristianlar və materialistlər İslamın həqiqətlərini təhrif
etməyə və müsəlmanları azdırmağa səy göstərirlər. Belə bir dövrdə bizim
təbliğat və təlim sahəsində məsuliyyətimiz daha əhəmiyyətlidir. Bu gün
görürük ki, yəhudilər,
팀Ⓝ
(Allah onları zəlil etsin) Qurana əl
aparmışlar və işğal edilmiş ərazilərdə çap olunan Quranlarda dəyişiklər
aparmışdlar. Biz bu kimi xəyanətlərin qarşısını almalıyıq. Fəryad
qoparmalı və xalqın diqqətini cəlb etməliyik. Bilsinlər ki, yəhudilər və
onların xarici himayəçiləri İslamı əsası ilə müxalif olan şəxslərdir. Onlar
istəyirlər ki, dünyada Yəhud hökumətini təşkil etsinlər və fəal, əziyyətçi
bir xalq olduqlarına görə qorxuram ki, nəuzu billah bir gün öz
məqsədlərinə çatsınlar. Bizim bəzilərimizin səhlənkarlığı səbəb olsun ki,
1
Məhəmməd Əli şah (1289-1343 h.q 1308 h.ş) Müzəffərəddin şah – Qacarın böyük
oğlu və Mirzə Təqixan Əmir Kəbirin qızı Tacül-Mülkün oğludur. Onun dövründə məclis
topa tutuldu. Bir dəstə deputatlardan həlak oldu və bir dəstə də sürgün edilib ya dustaq
edildi. Bir il bundan sonra o, səltənətdən kənar edilib və on altı il müxtəlif ölkələrdə
yaşayıb və nəhayət İtaliyada ölmüşdür.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin