VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə93/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   89   90   91   92   93   94   95   96   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
100
çoxunu kənara qoyun, çünki bu kimi cüzi məsələlərə diqqətlər bizi bir çox
vəzifələrimizi yerinə yetirməkdən saxlamışdır. İslamın dadına çatın,
müsəlmanları təhlükədən qurtarın. İslamı aradan aparmaq istəyirlər. İslam
hökmləri və Həzrət Rəsulun adı ilə İslamı məhv edirlər. Daxili və xarici
təbliğatlar, İranın bütün kəndlər və qəsəbələrinə gedib İslamı qorumağa
çalışan gənclərimizi azdırırlar. Onların harayına çatın.
Siz öyrəndiklərinizi, xalqın arasında yaya bildiklərinizi onlara
çatdırın. Rəvayətlərdə elm əhli və fəqihə
1
bir o qədər tərif və mədhləri
olması ona görədir ki, İslamın əhkam və etiqadiyyatını düzgün təqdim
edir və Həzrət Rəsul-Əkrəmin (s) sünnəsini xalqa öyrədir. Siz İslamın
tanıtmaq uğrunda təbliğat və təlimlərə ciddi əhəmiyyət verməlisiniz.
Biz İslama qarşı olan anlaşılmazlıqları bir tərəflik etməliyik. Nə
qədər ki, bu anlaşılmazlıqlar vardır bir iş görə bilmərik. Biz hamıya
tapşırmalıyıq ki, hökmən İslamın əleyhinə olan və bir çox təhsil almış
sinifdə təsir buraxan zəhərli təbliğatların əsər və izini aradan qaldırmalı
və İslam dünyagörüşünü olduğu kimi təqdim etməliyik. İslam hökümətini
tanıtmaq lazımdır ki, camaat İslam və onun qanunlarının nə olduğunu
bilsinlər. Bu gün Qum, Məşhəd və digər hövzələr İslamı yaymalıdırlar.
Camaat İslamı tanımır, siz özünüz İslam höküməti və rəhbərliyinin
nümayəndələrini tanıtdırmalısınız. Xüsusilə universitetlərdə tələbələrin
dünyagörüşləri genişdir. İnanın ki, İslam hökümətini universitetlərə
təqdim etsəniz, tələbələr onu yaxşı qarşılayacaqlar. Tələbələr zülmlə, asılı
hökümətlərlə, quldurluq, soyğunçuluq, müftəxorluq və fırıldaqçılıqlarla
müxalifdirlər. Belə hökümət tərzinə və təlimata malik olan İslama heç bir
universitet tələbəsi müxalif ola bilməz. Bunlar Nəcəf hövzəsinə baxırlar
ki, bir fikir irəli sürsünlər. Görəsən biz oturmalıyıq ki, onlar bizi mərufa
əmr edib, vəzifəmizlə tanış etsinlər? Cavanlar Avropadan bizi əmr-be-
məruf etsinlər: «bizim İslam təşkilatımıza yardım edin!» - deyə bizə
müraciət etsinlər?
Bizim vəzifəmizdir ki, bu mətləbləri xatırladaq, İslamın rəhbərləri və
hökümətləri barədə söz açaq və deyək ki, onların məhkəmə orqanı
məscidin bir guşəsində yerləşirdi. Hökumətləri İran, Misir, Hicaz və
Yəməni ehtiva edirdi. Təəssüflə, hökumət sonrakı təbəqəyə çatdıqda
hökumət tərzi səltənəti (diktatorluq) və ya ondan da pis bir hökumətə
çevrildi. Biz bir neçə hökumət istəyirik. Rəhbərlərimiz nə kimi
xüsusiyyətlərə malik olmalıdır. İslam cəmiyyətinin rəhbəri o şəxsdir ki,
1
«Usuli-Kafi» cild 1, səh. 37-48; «Fəzlül-elm» hissəsin.


VİLAYƏTİ-FƏQİH
101
qardaşı Əqil ilə elə davrandı
1
ki, o, heç vaxt ayrı seçkiliyə yol verməsin.
Qızı beytül-maldan ariyə götürdükdə çağırıb: «Əgər ariyə götürməsəydin
sən Bəni-Haşim tayfasından əli kəsilən birinci qız olacaqdın».
2
Biz belə
rəhbər istəyirik. Öz istəklərini deyil, qanunu həyata keçirən rəhbər olsun,
camaatın arasında ayrıseçkiliyə yol verməsin. Camaata müsavi nəzərlə
baxsın. Əgər oğlu oğurluq etsə əlini kəssin, qardaşı ya bacısı narkotik
maddələr satsa edam etsin. Elə olmasın ki, bəzilərini 10 qram narkotik
maddə üçün öldürsün və öz adamları isə min tonlarla narkotik maddələr
al-veri ilə məşğul olsunlar.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin