VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi


Yığıncaqlar təbliğat və təlimat yolunda olmalıdır



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə94/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   90   91   92   93   94   95   96   97   ...   112
VİLAYƏTİ-FƏQİH

Yığıncaqlar təbliğat və təlimat yolunda olmalıdır
İslam əhkamının çox hissəsi siyasi-içtimai işlərə aiddir. Məsələn,
camaat namazı, həcc və cümə namazı əxlaqi, etiqadi və ibadi xarakter
daşıdığından əlavə siyasi təsirə də malikdir. İslam bu kimi əhkamı və
yığıncaqları təşkil etmişdir ki, dini istifadələr olunsun, qardaşlıq əhval-
ruhiyyəsi artsın, fikir birliyi inkişaf etsin və müsəlmanlar öz siyasi-ictimai
problemlərin həlli yollarını tapsınlar. Onun ardınca birlikdə çalışmaq və
cihadla məşğul olsunlar. Amma İslam elə etmişdir ki, hər kəs həccə
getməyi arzu edir, könüllü olaraq camaat namazına gedir. Bu kimi
yığıncaqlardan din təlimatı, siyasi-etiqadi hərəkat üçün faydalamalıyıq.
Bəzilər bu fikirdə deyillər, ancaq «Vələzzallin» sözünü yaxşı və daha
düzgün tələffüz etməyə fikir veriblər. Həccə getdikdə müsəlman
qardaşlarla fikir birliyi etmək, İslam əhkamı və etiqadiyyatını yaymaq,
müsəlmanların ümumi problemlərinin həllinə maraq göstərmək əvəzinə,
Fələstini azad etmək üçün əməkdaşlıq etmək yerinə ixtilafları
şiddətləndirir, dərinləşdirirlər. Halbuki, İslam dövründə müsəlmanlar bu
kimi yığıncaqlarda mühüm işlər görürdülər. Cümə namazında ordu
yaranır, məscidlərdən döyüş meydanlarına dəstələr səfərlər olurdu.
Məsciddən döyüşə gedən şəxs ölum, yoxsulluq, əsir düşməkdən deyil,
ancaq Allahdan qorxar. Belə bir ordu qətiyyətlə qalib gələr. Həzrət
Əmirin (ə)
3
xütbələrinə baxsanız görəcəksiniz ki, məqsəd xalqı hərəkətə
gətirmək, İslam üçün mücahid təbliyə etmək, problemləri aradan
qaldırmaq idi. Əgər hər cümə günü müsəlmanların ümumi probləmləri
deyilib həll olsaydı, iş bu yerə çatmazdı. Bu gün bu yığıncağları ciddi
1
«Nəhçül-bəlağə» xütbə 215.
2
«Biharul-Ənvar» çild 4, səh. 337-338.
3
«Nəhçül-bəlağə» xütbə 11, 27, 29, 51, 54; «Vəsailüş-şiə» çild 11, səh. 395.


VİLAYƏTİ-FƏQİH
102
şəkildə təşkil etməli və onlardan təlim və təbliğat işləri üçün
faydalanmalıyıq. Bununla İslamın siyasi-etiqadi hərəkətı çiçəklənib
genişlənər.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin