VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə96/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   92   93   94   95   96   97   98   99   ...   112
VİLAYƏTİ-FƏQİH

Uzun mübarizədə dözümlü olmaq
Heç bir aqil bizim təbliğat və təlimatımızın İslam hökümətinin təşkil
edilməsi ilə nəticələnməsini gözləmir.
İslam höküməti qurmaq üçün davamlı fəaliyətlər lazımdır. Bu isə
zaman tələb edir. Ağıllı adamlar müəyyən yerdə bir daş qoyarlar ki, bir
başqası 200 il ondan sonra onun üzərində bina saldırsın və ondan bir
nəticə əldə etsin. Padşah qoz ağacı əkmək istəyən bir qocaya dedi ki, əlli
il sonra sənin öldüyün vaxta məhsul verən bu qoz ağacını nə üçün əkirsən?
Qoca dedi: «Başqaları əkdilər biz yedik, biz də əkirik ki, başqaları yesin».
Bizim fəaliyyətimizin nəticəsi gələcək nəslə səmərə verəcəkdirsə də,
biz onu davam etdirməliyik. Ona görə ki, İslam və insanların səadəti
uğrunda xidmət etməkdir, şəxsi iş deyildir ki, nəticəsi uzaq gələcəkdə
səmərə verəcəyi üçün bizə dəxli yoxdur. Bütün varlığını təhlükəyə salan
və qurban verən Seyyidüş-şühəda (ə) da bu cür fikirləşsəydisə və öz şəxsi
mənfəətini nəzərə alsaydı, əvvəl bir gündən barısaqdı və məsələ həll
olardı. Əməvilər hakimləri Allahdan istəyirdilər ki, İmam Hüseyn (ə)
beyət edib onların hakimiyyətdə olmaqlarına razılığını bildirsin. Bundan
daha yaxşı nə ola bilərdi ki, Peyğəmbərin (s) oğlu, vaxtın imamı,
«Möminlərin əmiri» onlara xitab etsin və hökmlərini rəsmi tanısın. Amma
o Həzrət İslam və müsəlmanların gələcəyini düsünürdü. İslam gələcəkdə
o Həzrətin «müqəddəs cihad və fədakarlığı nəticəsində insanların arasında
1
Mühəqqiqi-Tusi və «Xacə Nasir» şöhrəti ilə məşhur olan Məhəmməd ibn Həsən
Tusi (597-672 h.q) İslamın məşhur alimlərindən olub fəlsəfə, kəlam, riyaziyyat
sahəsində ustad olubdur. Əllamə Hilli, Qutbiddin Şirazi, Əbudulkərim ibn Tavus onun
şagirdləri olublar. «Əmratın şərhi», «Təcritül-etiqad», «Təhriri-oqlidos» və «Əxlaqi-
nasiri» onun əsərləridir.
2
Cəmaləddin Həsən ibn Yusif ibn Əliyyb-Mutəhhər Hilli (726-h.q) fəqih, hədisci,
təfsirçi, kəlamçı, ədib olub «Əllamə» ləqəbini qazanmışdır. O, mühəqqiq Hilli, Xaçə
Nəsir, Əhməd ibn Tavus kimi alimlər onun ustadı olublar. «Təbsirətül-mütəllimin»,
«Əlmuxtəlif», «Qəvaid», «Təkzirətül-füqəha», «Kəşfül-murad fi şərhi-Təcridül»,
«Etiqad», «Əlfeyi», «Əlmuxtəsər» və «Əlkəşşaf» təfsirinin xülasəsi onun əsərlərindəndir.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin