VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə99/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   95   96   97   98   99   100   101   102   ...   112
VİLAYƏTİ-FƏQİH

Ruhani hövzələrini islah etmək
İslamı təqdim edib tanıtmaq üçün ruhani hövzələrini islah etmək
lazımdır. Yəni təhsil proqramları, təbliğat metodları və təlimat işləri
təkmilləşsin, süstlük, tənbəllik, naümidlik və özünə inamsızlığın yerini
ciddilik, səy, ümid və özünə inam alsın. Bəzilərinin beynindən əcnəbilərin
təbliğatlarının təsiri silinsin. Camaatı ruhani hövzələrinin öz içindən İslam
1
«Tarixi- Təbəri» cild 2 səh. 319-322
2
«Təfsiri-Kəbir», cild 12, səh 53; «Əsədül-ğabə» cild. 4, səh. 28.


VİLAYƏTİ-FƏQİH
106
və ictimai islahatdan uzaq saxlayan müqəddəsnüma şəxslərin fikirləri
islah edilsin. Dini dunyaya satan saray axundları soyundurulsun və
hövzələrdən çıxarılsın.
İstismarın əxlaqi və fikri əsərlərini aradan aparmaq
İstismarın xadimləri və onlara bağlı hökümətlərin siyasi, tərbiyəvi
orqanları yüz illərdir ki, zəhərli təbliğatları ilə camaatın əxlaq və fikrini
fəsada çəkirlər. Camaatın içindən ruhaniyyət hövzələrinə gələn şəxslər,
fasid fikri və əxlaqi əsərləri özləri ilə gətirirlər. Ruhaniyyət hövzələri də
cəmiyyətin bir hissəsi kimidir, demək biz hövzədə olan şəxslərin fikri və
əxlaqi islahatında səy göstərməliyik. Əcnəbilərin təbliğatlarından və
xəyanətkar, fasid dövlətlərin təlqinlərindən mənşələnən fikri və əxlaqi
izləri aradan aparmalıyıq və onunla mübarizə etməiyik.
Bu tam aydındır. Məsələn, bəzilərini görürük ki, hövzədə oturub «bu
işlər bizim işimiz deyil, biz dua oxuyub məsələ deməliyik» - deyrlər. Bu
fikirlər əcnəbilərin zəhərli təbliğatlarının, istismarçıların necə yüz illik
zəhərli təbliğatlarının nəticəsidir ki, Qum, Məşhəd, Nəcəf və sair
hövzələrə daxil olmaqla, süstlük tənbəllik və uymağa səbəb olmuşdur.
Daima deyirlər ki, bu bizim işimiz deyildir. Bu kimi fikirlər səhvdir.
Məgər İslam ölkələrində hökümət rəhbərləri kimlərdir ki, onlar hər biri
bacarır, biz isə bacarmırıq? Onların hansısa məmul bir şəxsdən artıq
ləyaqətləri var. Onların bir çoxu təhsil almayıblar. Hicazın hakimi
1
harda
təhsil almışdır? Rzaxanın hec savadı yox idi, savadsız bir əsgər idi.
Tarixdə də belə olubdur. Bir cox öz başına olan hakimlər cəmiyyəti idarə
etməyi bacarmayıb, elmsiz və fəzilətsiz şəxslər olublar. Harun ər-Rəşid
2
yaxud böyük ölkəyə hökümət edən başqaları nə təhsil almışdılar? Elm,
təcrübə, proqram hazırlamaq üçün ixtisasçı olmaq lazımdır, biz də
onlardan istifadə edərdik. Ölkəni idarə etmək, ədaləti yaymaq və xalqın
arasında ədalətli əlaqələri bərpa etmək işləri, həmin işlərdir ki, fəqih
onların dərsini oxumuşdur. Azadlıq və müstəqilliyə lazım olan şey, həmin
fəqihin malik olduğudur. Fəqihdir ki, başqalarının zorakılığı altına getməz,
əcnəbilərə boyun əyməz və ömrünün axırına kimi xalqın hüququnu,
azadlığını, müstəqilliyini, ərazi bütövlüyünü müdafiə edər. Fəqihdir ki,
sağa və sola əyilməz.
1
Feysəl ibn Əbdüləziz Ali-Səud (1906-1975) uzun müddət Ərəbistanda xarici işlər
naziri və baş nazir olub və 1964-də qardaşını işdən çıxarıb özü onun yerinə keçmişdir.
2
Abbasilərdən beşinci xəlifə (193 h.q)



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin