76
Təbii sərvətlərdən yüz illərdən bəri kortəbii istifadə etmək ətraf mühitin bütün dünya
miqyasında dəyişilməsinə gətirib çıxarmışdır. Məsələn, təbiətin bir milyard il ərzində yarada bildiyi
təbii sərvəti bəşəriyyət cəmi yüz il müddətində istifadə etmişdir. Təbii sərvətlərin qənaətsiz
istismarı, həmçinin ətraf mühit üçün “əlavə yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına
səbəb olmuşdur.
Dünya əhalisini ərzaqla təmin etmək dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu mühüm
problem Birləşmiş Millətlər Təşkilatında, Ümumdünya müşavirələrində
dəfələrlə müzakirə
edilmişdir. Yer kürəsində üzvi aləmin yaradılması və sərf edilməsi yolları qlobal bir problem kimi
dünya alimləri tərəfindən tədqiq edilmişdir. Son 15 il ərzində “dünya aclığı” problemi üzrə aparılan
tədqiqatlardan məlumdur ki, həqiqətən indi dünya əhalisinin hər üç nəfərindən biri tam ac, biri isə
yarımacdır. Bununla yanaşı, ümumiyyətlə, insanlar arasında zülal aclığı hökm sürür, müxtəlif
fikirlər söylənilsə də zülal çatışmazlığının labüdlüyü mübahisə yaratmır. Dünyada ərzaq
çatışmazlığının əsas səbəblərindən biri istehsal edilən məhsulun qeyri-mütanasib bölüşdürülməsidir.
BMT-nin məlumatına görə mövcud dünya əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək üçün
indi istehsal olunan məhsulun miqdarını 2 dəfə artırmaq lazımdır.
Ərzaq probleminin yaranmasına səbəb inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının zəif
inkişafı, onun birtərəfli istiqamətdə aparılması və məhsullarının əsas hissəsinin ixrac edilməsidir.
Ərzaq probleminin həlli üçün onun kəskin olduğu ölkələrdə kənd təsərrüfatının inkişafı ekstensiv və
intensiv yollarla aparılması lazımdır. Kənd təsərrüfatının ekstensiv
inkişaf yolu çoxlu maliyyə
vəsaiti tələb edir. Ona görə beynəlxalq maliyyə təşkilatlarının və inkişaf etmiş ölkələrin geri qalmış
ölkələrə köməyi lazımdır. Dünyada kənd təsrrüfatına yararlı olan 3,2-3,4 mlrd ha torpaqlardan
hələlik yalnız yarısı istifadə edilir. Lakin dünyanın əksər ölkələrində intensiv yol kənd təsərrüfatının
əsas inkişaf istiqaməti kimi qəbul edilir. Əkinçilik məhsullarının artımının 9/10 hissəsi bunun
hesabına olur.
Dünya Bankının proqnozlarına görə planetin əhalisi 2025-ci ildə 3 mlrd. nəfər artacaq. Bu, əsasən
Asiya regionları hesabına baş verəcək. 3 mlrd. insan qlobal su ehtiyatları böhranı ilə üzləşəcək və su
çatışmazlığından əziyyət çəkəcək, urbanizasiya böhranı olacaqdır ki, nəticədə də yaxın 30 ildə şəhər
əhalisi 3 dəfə artacaq. 2020-ci ildə Afrika əhalisinin üçdə ikisi bu gün heç də iqtisadi artım müşahidə
edilməyən şəhərlərdə yaşayacaqdır. Yaxın 15 ildə dünya əhalisini ərzaqla təmin etmək üçün ya
məhsuldarlığı 3 dəfə artırmaq, yaxud da əkin sahələrini 3 dəfə artırmaq lazım gələcək, lakin reallıq
budur ki, əksər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta hesabla 50%-i təşkil edəcəkdir. Yaxın 30
ildə ərzaq məhsullarının istehsalı yalnız 2 dəfə artacaq. Deməli, demoqrafik böhran, qlobal su ehtiyatları
böhranı, urbanizasiya probleminə ərzaq böhranı da əlavə olunacaq.
Texniki tərəqqinin müasir və getdikcə artan inkişafı ilə əlaqədar quru sahənin xeyli hissəsi
çirklənir və yarasızlaşır. Müasir hesablamalara görə, hər adamın orta təminatı üçün 0,4 hektar əkin
sahəsi lazımdır. Dünya əhalisini qida-ərzaqla təmin etmək üçün yararlı
torpaq sahələrinin
imkanlarını azaldan əyani səbəblərdən biri də torpağın çirklənməsidir. Beləliklə, torpaq fondundan
səmərəli istifadə olunarsa, qida qıtlığı azalar. Göstərilən faktlar bir daha sübut edir ki, Yer
kürəsinin quru sahəsinin bütün imkanlarından hələlik hərtərəfli və səmərəli istifadə edilmir.
Ötən əsrin 90-cı illərinin sonlarindan başlayaraq ərzaq təhlükəsizliyi qlobal əhəmiyyətli
problemə çevrilmişdir. Xeyli vaxtdır ki, dünya miqyasında ərzaq təhlükəsizliyi qlobal problem
kimi öz həllini gözləyir.
Bununla əlaqədar olaraq, bəşəriyyətin qarşısında duran “zülal aclığı”
aktual problemlərdən biridir. İnana bilmirsən ki, elm və texnikanın yüksək səviyyədə tərəqqi etdiyi
bir dövrdə dünya əhalisinin üçdə iki hissəsi zülal aclığı çəkir. Bugünki təlabata görə bəşəriyyətin
heyvan mənşəli zülala olan ehtiyacı daha kəskindir. Hesablamalara görə hər adamın normal inkişafı
üçün gündə 50-60 qram təbii zülal tələb olunur. Təcrübələr göstərir ki, zülal aclığı zamanı
orqanizmdə ağır keçən və çox vaxt ölümlə nəticələnən xəstəliklər əmələ gəlir [2]. Ərzaq
təhlükəsizliyinin qarşısının alınması öz növbəsində zülal aclığına son qoyar və on milyonlarla
insan həyatının qorunub saxlanılmasında lazımi yardım göstərər. Təbii sərvətlərin qənaətsiz
istismarı, həmçinin ətraf mühit üçün “əlavə yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına
səbəb olmuşdur .
Dostları ilə paylaş: