Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə12/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   8   9   10   11   12   13   14   15   ...   94
Informatika-Muhazireler-2

Sistem bloku:
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə
qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka
qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan
qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi
əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və
rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik
qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower,
biq tower) formada istehsal edilirlər.


 23
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki
qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı
elementlər yerləşir:
-Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə
yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur.
Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə
sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər.
Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan
SELERON tipli mikroprosessorlardan istifadə edilir.
Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki,
mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi
soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq
soprosessorlara ehtiyac duyulmur;
-Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə
yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin