Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


-Şinlər- kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır; -Əməli yaddaş-



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə13/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   9   10   11   12   13   14   15   16   ...   94
Informatika-Muhazireler-2

-Şinlər- kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin
edən naqillər yığımıdır;
-Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan
zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə
burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə QB olur;
-keş yaddaş- əməli yaddaş ilə mikroprosessor arasında informasiya
mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur.
Onun iki Level1 və Level2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun
daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun
köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların
tutumu bir neçə Mbayt-a qədər olur.
-Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və
qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı
olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir.
-Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər.
Portlar paralel (LPT1-LPT4), ardıcıl asinxron (COM1-COM3) və universal (USB) ola
bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər
ikisindən üstündür.
- videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub
videokontrollerin tərkibində yerləşir;


 24
-videoadapter (videokart) monitorun ekranında alınmış təsviri
formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;
-Kontrollerlər- xüsusi elektron sxemlər olub disk sürücüləri. klaviatura və s. ilə
əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və
elektron-şüa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-şüa borulu
monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan
istifadə edilir. LCD monitorlarında ekran iki nazik lovhə arasında yığılmış maye-
kristal sxemldən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsədə
lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox
istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə
edilməsi məqsədəuyğun deyil.
Klaviaturalar 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara
bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm
düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.
Mouse- müasir kompüterlərdə xüsusi əhəmiyyətə malik qurğulardan biridir. Bu
qurğu istifadəçi işini asanlaşdırır və bir çox proqramlarla ondan istifadə etmədən
işləmək həddən artıq çətindir. Mousun da müxtəlif növləri mövcuddur. Lakin
ümumilikdə onların iş prinsipləri eynidir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin