Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 3 Müasir kompüterlərin proqram təminatı. Proqram təminatının



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə16/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   12   13   14   15   16   17   18   19   ...   94
Informatika-Muhazireler-2

MÖVZU 3
Müasir kompüterlərin proqram təminatı. Proqram təminatının
komponentləri
Plan:
1. Müasir kompüterlərin proqram təminatı
2. Sistem proqram təminatı
3. İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri)
4. Tətbiqi proqramlar
5. Proqram təminatinın komponentləri
Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış
proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən
əməliyyatları yerinə yetirən qurğudur. Proqram – maşının addım – addım yerinə
yetirəcəyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun
tətbiq sahəsini genişləndirmək üçün o, proqram təminatına malik olmalıdır. Proqram
təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək
olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter
arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin
həllində proqramçıya kömək etmək, səhvləri aşlayıb ona çatdırmaq və s. üçün
lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələ-
lərin həllini təşkil edən proqramlar yığımıdır.
Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
1. Sistem proqramları- bu proqramalar həmişə işə hazır vəziyyətdə olub yaddaşda
saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin qurğuları və aparat hissəsi ilə iş prose-
sində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır (məsələn BİOS
proqramı);
2. Qeyri-rezident (adi) proqramlar- ən geniş yayılmış kateqoriyalı proqramlardır.
Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll etmək mümkündür.
Bu proqramlar işlərini bitirdikdən sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər
proqramlara verilir;
3. Rezident proqramlar- Belə proqramlar adi proqramlardan fərqli olaraq
idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar
proqramların icrası qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər.
Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə də üç
qrupa bölünürlər:


 30
1. İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram
təminatı. Məsələn, informasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi
vəziyyətdə olmasının yoxlanması və s.
2. Kompüterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma
sistemləri və ya instrumental sistemlər;
3. İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar, Məsələn, mətn
redaktorları, şəkil və qrafiklərin çəkilməsi və s.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin