Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


UNİX əməliyyatlar sistemi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə22/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   18   19   20   21   22   23   24   25   ...   94
Informatika-Muhazireler-2

UNİX əməliyyatlar sistemi:
UNİX əməliyyatlar sisteminin (ƏS) üstünlüklərindən biri ondan ibarətdir ki, bu
sistem sayı çox olmayan intuitiv aydın anlayışlara əsaslanır. Əvvəldən UNIX ƏS
interaktiv sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, UNİX terminal iş üçün təyin
olunmuşdur. Sistemə daxil olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl
sistemi ağacvari quruluşa malikdir. Ağacın kökündə qurğu və ya əsas (kök) kataloq
durur. Sonrakı şaxələnmə alt kataloqlar və fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl
və kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.
İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi olaraq əmrlər dilindən istifadəyə
əsaslanır. Sistemə daxil olduqdan sonra hər hansı əmrlər interpretatoru işə düşür.
Adətən sistemdə oxşar olan, lakin əmrlər dilindəki fərqlərə malik bir neçə əmrlər
interpretatoru olur. UNİX ƏS-nin istənilən əmrlər interpretatorunun ümumi adı
SHELL (örtük) –dir. Çağrılmış əmrlər interpretatoru növbəti əmrlərin daxil edilməsini
tələb edir. Yeni əmrlər sətrində yerinə yetiriləcək sadə əmrlərdən biri daxil
edilməlidir. Əmrə uyğun nəticə ekrana verildikdən sonra yenə də əmrlər sətrində yeni


 37
əmrin verilməsi üçün şərait yaradılır. Bu prosesin başa çatdırılması üçün istifadəçi
əmrlər sətrində LOGOUT əmrini yazmalı və ya CTRL-D düymələrini basmalıdır.
UNİX ƏS-də hər bir istifadəçi öz sistem tərəfindən qeydiyyata alınmış unikal
(təkrarlanmayan) identifikatoruna görə (UİD- USER İDENTİFİER) tanınır. Bununla
bərabər hər bir istifadəçi istifadəçilər qrupuna (GİD- GROUP İDENTİFİER) aid olur.
Hər bir istifadəçi üçün mövcud olan UİD və GİD sistemin uçot fayllarında saxlanılır
və müraciətə uyğun olaraq yerinə yetirilir. Aydındır ki, UNİX sistemində də sistemin
adminstratoru (inzibatçısı) da mövcud olur. Bu istifadəçiyə, yəni adminstratora uyğun
olan UİD sıfırıncı UİD adlanır. Adminstartor digər istifadəçilərə nisbətən daha çox
imkanlara malik olur. O, digər istifadəçilərdən fərqli olaraq, sistemdə dəyişiklik
etməyə, istənilən istifadəçiyə aid olan fayl və kataloqları dəyişməyə və ya ləğv etmək
imkanlarına malik olur. Adətən adminstratoru superistifadəçi (superuser) və ya ROOT
adlandırırlar. UNİX ƏS-də müxtəlif proqramlaşdırma dillərindən FORTRAN,
PASCAL, MODULA, ADA və s. istifadə oluna bilər. Lakin bu sistemdə daha çox C
(C++) dilindən istifadə olunur. Bu onunla izah olunur ki, UNİX sisteminin özü C
dilində hazırlanmışdır. Bu səbəbdən də C dilində yazılan proqramlarda aparat hissəsi
ilə əlaqəli işləmək daha effektivdir.
UNİX ƏS-də giriş-çıxışa istiqamətləndirmə mexanizmi güclü və eyni zamanda
sadə mexanizmlərdən biridir. UNİX interaktiv sistem olduğundan proqramlar mətn
şəklində klaviatura vasitəsilə daxil edilir və daxil edilmiş proqram mətni ekrana çıxışa
verilir. Əslində bu prinsip vasitəsilə məlumatlar fayldan alınaraq digər fayla da verilə
bilir. UNİX ƏS-də klaviatura və ekranla iş də fayllarla işləmə kimi qəbul edilir.
İstənilən fayla daxil olma onun deskriptoruna müraciətlə həyata keçirilir. Deskriptor
tam müsbət ədəddir. Faylların deskriptoru 1, 2 və ya 3 ola bilər. Deskriptoru 1 olan
fayl standart giriş faylı adlanır (STDİN); deskriptoru 2 olan fayl standart çıxış faylı
adlanır (STDOUT); deskriptoru 3 olan fayl diaqnostik məlumatların standart çıxış
faylı adlanır (STDERR). Qeyd etmək lazımdır ki, ixtiyari prosesdə işə salınan
proqram özündən əvvəlki proseslərdə istifadə edilən faylların deskriptorlarını qəbul
edir. İstənilən çoxistifadəçi əməliyyatlar sistemi kimi UNİX ƏS-i də istifadəçilərin
bir-birindən mühafizəsi, sistem verilənlərinin kənar istifadəçilərinin müdaxiləsindən
qorunması üçün nüvəyə malikdir. Bu sistem nüvəsi kompüter resurslarını idarə edir və
istifadəçilərə baza xidmətlər yığımını təklif edir.
UNİX ƏS-nin nüvəsinin əsas hissəsi aşağıdakı komponentlərdən ibarətdir:
- aşağı səviyyədə sistemin inisalizasiyası və açılması;
- daxili və xarici kəsilmələrin ilkin emalı;
- yaddaşın idarə edilməsi;


 38
- nüvə və istifadəçi rejimləri arasında kontekst proseslərin birindən digərinə
keçidin təmini;
- qurğuların drayverlərinin sistemin əsas platforması ilə əlaqələndirilməsi.
UNİX ƏS-nin nüvəsinin əsas funksiyaları aşağıdakılardır:
a) Sistemin insalizasiyası- işə salma və açılma (bootstrap) funksiyası. Bu funksiya
tam nüvəni kompüterin yaddaşına yükləyir və nüvəni işə salır.
b)Proseslərin idarə edilməsi;
c) Yaddaşın idarə edilməsi.
d)Fayl sisteminin idarə olunması;
e) Kommunikasiya vasitələri. Bu vasitələr eyni bir kompüterdə proseslər arasında
verilənlərin mübadiləsini, lokal və qlobal şəbəkələrə verilənlərin ötürülməsini və
proseslərlə xarici qurğuların drayverləri arasındakı əlaqəni təmin edir.
f) Proqram interfeysi- istifadəçinin funksiyalar və çağırışlarla nüvənin imkan-
larına daxil olmasını təmin edir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin