Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


Установка и удаление программ»



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə26/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   22   23   24   25   26   27   28   29   ...   94
Informatika-Muhazireler-2

Установка и удаление программ» bəndini seçərək, ok düyməsini basmaq
lazımdır. Bundan sonra açılan yeni pəncərədə istifadəçi lazımi əməliyyatı seçir.
Adətən proqramın ləğvi məqsədilə əvvəl pəncərədə verilmiş adlar içərisindən ləğv
olunacaq proqramın adı seçilir və ləğv etmə əmri verilir. Ləğv etmə zamanı ekrana
avtomatik verilən sorğular istifadəçi tərəfindən cavablandırılaraq növbəti addıma
keçilir və proqram ləğv olunur.


 48
Yeni proqramın əlavəsi və nizamlanması üçün uyğun əlavə əmri, daha
doğrusu nizamlama əmri verildikdən sonra proqramın yerləşdiyi qurğu göstərilir.
Nizamlama prosesində ardıcıl olaraq ekrana gələn bütün sorğular düşünülərək
cavablandırılır və növbəti addıma keçməklə sona qədər yerinə yetirilir. Proqrama
uyğun olan piktoqram istifadəci istəyindən asılı olaraq işçi stola da verilə bilər. Qeyd
edək ki, bu qayda ilə təkcə yeni proqramı əlavə etmək deyil, onu yeniləmək də
mümkündür.
Idarəetmə panelində olan «Экран» bəndindən istifadə etməklə işçi stolun
mövzusunu, ekranda əks olunan təsviri, kompüterdə istifadəçi uzun zaman
işləmədikdə uyğun parametrləri və həmin müddətdə ekrana veriləcək təsviri dəyişmək
olar. Eyni zamanda işçi stolun və işçi pəncərələrin tərtibatını, daha döğrusu fonunun
rəngini, pəncərə başlıqlarının ölçülərini, yazılış üslubunu, rəngini və s dəyişmək
mümkündür . Bu bəndin açılmış pəncərəsində xüsusi bəndin köməyi ilə ekranın
əksetdirmə parametrlərini və rəngvermə qabliyyətini də istifadəçi öz istəyinə görə
müəyyənləşdirə bilər.
Qeyd edək ki, İdarəetmə panelinin
«Специальные возможности»
elementlərinin köməyi ilə istifadəçi çatışmamazlıqları olanlar üçün qurğuların
parametrlərini (klaviaturanın, ekranın, MOUS-un və s) və işləmə rejimlərini dəyişə və
yenidən müəyyənləşdirə bilər.
Burada olan digər elementlər uçot yazılarının dəyişdirilməsi və istifadəçilərin
müəyyənləşdirilməsi, skaner və kameralarla işin təşkili, e-mail-lə işin təşkili,
verilənlərlə işləmə qaydalarının müəyyənləşdirilməsini və s. həyata keçirə bilər.


 49

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin