Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 4.2 Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydaları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə27/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   23   24   25   26   27   28   29   30   ...   94
Informatika-Muhazireler-2

MÖVZU 4.2
Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydaları.
Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı
Plan:
1. Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydaları
2. Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı
Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydalarını
nəzərdən keçirək. İstənilən qurğuda yeni qovluğun yaradılması üçün «Мой
компьютер» -də qurğunu seçib, «Файл» menyusunu açırıq. Həmin menyunun
«Создать» əmrini verərək, ekranda yeni yaranan qovluq işarəsinin altındakı «Новая
папка» sözünü silərək həmin yerə qovluğun adını yazırıq Enter düyməsini basmaqla
yeni qovluğu yaratmış oluruq. Hər hansı faylı və ya qovluğu bir qurğudan digərinə
köçürmək üçün MOUSE-un sol düyməsindən istifadə etməklə həmin fayl və ya
qovluğu seçib, sağ düyməni basaraq kontekst menyusunu açırıq. Həmin menyuda
olan «Отправить» düyməsini əmrini verdikdə kompüterdə olan qurğuların siyahısı
əks olunur. Lazımi qurğunu seçərək MOUSE-un sol düyməni sıxırıq və beləliklə, fayl
və ya qovluğu həmin qurğuya göndərmiş oluruq. Əgər faylı eyni qurğu daxilində bir
yerdən digərinə köçürmək lazımdırsa, yaxşı olar ki, işçi stolun «Мой компьютер»
elementinin «Проводник» bəndindən istifadə edərək ikitərəfli pəncərənin açılmasını
təmin edərək, sağ tərəfdə köçürüləcək fayl və ya qovluğu seçib, MOUS-un sol
düyməsini basılı saxlamaqla onu köcürüləcək və solda yerləşən qurğunun və ya
qovluğun üzərinə gətirdikdən sonra düyməni buraxırıq. Əgər ekranda ardıcıl yerləşən
bir neçə ardıcıl fayl və ya qovluğu köcürmək lazımdırsa onda ilk faylı seçirik, daha
sonra sonuncu faylı SHİFT düyməsini sıxılı saxlamaqla seçərək yuxarıdakı prosesi
yerinə yetiririk. Əgər pəncərədə fayllar müxtəlif mövqelərdə yerləşibsə, onları CTRL
düyməsini sıxılı saxlamaqla seçib, lazımi əməliyyatı yerinə yetiririk.
Fayl və qovluqları ləğv etmək üçün onu seçdikdən sonra kontekst menyusunun
«Удалить» əmrini veririk. Kontekst menyusunun «Переименовать» əmrindən
istifadə edərək isə seçilmiş fayl və ya qovluğun adını dəyişmək mümkündür.
Ümumiyyətlə fayl və qovluqlar üzərində müxtəlif təyinatlı əməliyyatların yerinə
yetirilməsini pəncərənin menyularının əmrləri və ya kontekst menyusunun əmrləri ilə
həyata keçirmək mümkündür.
Windows əməliyyatlar sisteminin özünə məxsus olan əlavələri-proqramları
mövcuddur. Bu əlavələr sistemin yüklənməsi ilə artıq kompüterdə işləmə qabliyyətinə
malik olur. həmin əlavələrdən istifadə üçün «Пуск» düyməsini basdıqdan sonra açılan


 50
pəncərədən «Стандартные» bəndini seçirik. Yeni açılmış pəncərədə Windows
sisteminin əlavələrinin siyahısı bəndlərlə verilir. Bu əlavələrin hər birinin təyinatı ilə
tanış olaq.
1.«Развлечение»-əyləncə üçün qurğuların parametrlərinin müəyyənləşdirilməsi
və onlardan istifadə imkanlarının əldə olunması.
«Громкость» səs qurğularında səsin nizamlanması (artırılıb, azaldılması)
imkanınını verir.
«Звукозапись» kompüterə qoşulmuş qurğular vasitəsilə (mikrofonla) müxtəlif
mənbəələrdən səsin yazılması parametrlərini müəyyənləşdirməyə imkan verir.
«Проигрыватель Windows Media Player» Windows-un proiqrıvatelinin işçi
pəncərəsinin ekrana çağrılmasını və ondan istifadə imkanını verir.
2. «Связь»- kompüterlə əlaqədar müxtəlif təyinatlı əlaqələrin qurulması və
nizamlanması.
-Hyper Terminal- digər kompüterlərə, Telnet və İnternet qovşaqlarına, habelə
modemlər və kabellər vasitəsilə digər interaktiv xidmətlərə qoşulma üçün istifadə
edilir.
- Мастер беспроводной сети- Ev və ofis üçün simsiz şəbəkənin sazlanması;
- Мастер настройки сети- Ev və kiçik şəbəkənin qurulması;
- Мастер новых подключений- İnternetə, şəxsi şəbəkəyə ev və ya ofis
şəbəkəsinə yeni qoşulmanı təmin edir.
- Подключение к удаленному рабочему столу- digər kompüterdə olan
uzaqlaşdırılmış işçi stola qoşulmanı və həmin kompüterdəki proqramın işə salınmasını
təmin edir;
- Сетевые подключение- Digər kompüterə, şəbəkəyə, İnternetə qoşulmanı
təmin edir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin