60
Bu o deməkdir ki,
İxtisaslar adlı identfikator proqram daxilində mötərizədəki 5
ixtisasın adlarından birini ala bilər.
Simvol tipli verilənlər CHAR tipi kimi göstərilir. Bu tipə aid olan sabit və
dəyişənlərin qiymətləri dırnaq arasında verilir: məsələn X=’a’. Qeyd etmək lazımdır
ki, hər bir simvola 0..255 arasında bir ədəd kod kimi uyğundur. 0..31 arasındakı kodlar
xidməti kodlardır. Əsas simvollara (klaviaturaya uyğun simvollara) uyğun kodlar 32 ..
127 arasılığında yerləşir. Məsələn 4 rəqəminin simvol kodu 52,
A hərfinin simvol
kodu 65, a hərfinin (kiçik və baş hərflərin kodları fərqlidir) simvol kodu 97- dir.
-həqiqi tiplər. Bu qrupa beş birqat dəqiqlikli həqiqi (Single), həqiqi (real),
ikiqat dəqiqlikli həqiqi (Double), yüksək dəqiqlikli həqiqi (Extended), tam həqiqi
formatda (comp) tiplər daxildir.
Qeyd edək ki, COMP tipindən böyük tam ədədlərlə işləmək məqsədilə də istifadə
etmək mümkündür.
Turbo Paskal dilində riyazi funksiyalarla işlədikdə ən çox tam tipli verilənlər
üçün İNTEGER, həqiqi tipli verilənlər üçün isə REAL tipləri istifadə edilir.
Qeyd edək ki, istifadəçi özü də yeni tiplər müəyyənləşdirə bilər.
Yəni əvvəldə tipi
verilən sabit və ya dəyişəni sonra yeni dəyişənin tipi kimi göstərə bilər. Bu halda
mütləq
TYPE sözü yazılır, sonra isə dəyişənlərin siyahısı və tip kimi qəbul edilən artıq
elan olunmuş dəyişən ümumi qaydalara uyğun verilir.