85
Разрешения-Yaradılmış Word sənədinə daxil olma və ondan istifadəyə
məhdudiyyətlərin qoyulub-qoyulmamasını müəyyən edir;
Версии- Word sənədinin digər versiyalarının yaradılaraq saxlanılmasını təmin
edir;
Предварительный просмотр веб страницы- Web səhifə kimi yaradılmış
sənədə qabaqcadan (adətən çapdan və yaddaşa yazılmadan əvvəl) baxışın təşkili;
Параметры страницы- səhifənin parametrlərinin müəyyən edilməsi. Burada
yeni açılan pəncərədə üç əsas bəndin rejimləri müəyyən edilir, Bunlardan
I.
Размер бумаги- Burada kağızın standarta uyğun ölçüləri, eni, hündürlüyü,
kağızın çap qurğusuna verilməsi qaydası və müəyyən edilmiş bu parametrlərin bütün
sənədə və ya kursor durduğu mövqedən sona qədər aid olunduğu müəyyənləşdirilir
II.
Поля- Burada səhifənin yuxarı, sol. aşağı, sağ kənarlarından mətnə qədər
olan məsafə, səhifə kənarının tikilməsi və tikiş məsafəsi müəyyən edilir. Eləcə də
səhifənin kitab və ya albom səhifəsi yönümlü olması, bu səhifələrin adi. güzgü sahəli.
Bir vərəqdə iki səhifə və braşura şəklində verilməsi müəyyən edilir. Bütün müəyyən
edilmiş yeni parametrlərin sənədə tam və ya kursorun durduğu mövqedən sonə qədər
aid edilməsi də verilir;
III.
Источник бумаги- Burada mətn bölməsinin başlayacağı səhifəni (növbəti
səhifə, cüt səhifə, tək səhifə və s.), səhifə kolontitullarının ( mətnə aid olmayan səhifə
məlumatlarının, adətən səhifə başlığında və ya sonunda ) verilməsini, bu kolntitullara
qədər səhifə kənarından olan məsafə, sənəd səhifəsində yazının şaquli yerləşmə
qaydası, sətirlərin nömrələnməsi, sətirlər və ya abzasların cərcivələrə alınmasına
uyğun parametrlərin müəyyən edilməsi həyata keçirir.
Dostları ilə paylaş: