126
İstifadəçi bu rejimlərdən uyğun olanını seçir. Əgər istifadəçi birinci üsulu
seçibsə, yəni cədvəli layihəçi rejimində yaratmaq istəyirsə, açılan
yeni pəncərədə
bazanın hər bir sahəsinin adı və bu sahədəki verilənlərin tipi göstərilir. Pəncərənin
aşağısanda verilən xüsusi sahədə verilənlərin tipi ilə əlaqədar olan müxtəlif xassə və
atributlar müəyyənləşdirilir. Cədvəl sahələri və tiplər elan edilib qurtardıqdan sonra
pəncərə bağlanılır və tələbə uyğun olaraq cədvələ ad verilir. Yeni yaradılmış cədvəlin
adı ilkin pəncərəyə avtomatik olaraq əlavə olunur.
Əgər istifadəçi cədvəlin yaradılması üçün ikinci üsulu seçirsə, yəni
cədvəli
ustanın köməyi ilə yaratmaq istəyirsə, üsul seçiləndən sonra (onun üzərində düyməni
ardıcıl olaraq iki dəfə basmaqla) açılan pəncərədə cədvəlin tipi (işgüzar, şəxsi) seçilir,
daha sonra «Образцы таблиц» sahəsindən cədvəlin nümunəsi seçilir.
Növbəti
addımda «Образцы полей» sahəsindən lazımi sahələrin adı seçilərək ya ayrı-
ayrılıqda, ya da hamısı birdən düymələr vasitəsilə «Поля новой таблицы» sahəsinə
keçirilir. «Далее» düyməsini basmaqla növbəti mərhələyə keçirik. Burada cədvələ ad
verilir. Bundan sonrakı mərhələdə yaradılacaq cədvəlin digər cədvəllərlə əlaqəsi və
açar sahə müəyyənləşdirilir. Daha sonrakı mərhələdə cədvəlin strukturunda
dəyişiklik
olacağı, verilənlərin daxil edilməsi və ya verilənlərin forma ilə daxil edilməsi təyin
edilir. Burada da yeni yaradılan cədvəlin adı ilkin pəncərəyə əlavə edilir.
Üçüncü üsul seçildikdə, yəni cədvəlin yaradılması verilənlərin
daxil edilməsi ilə
həyata keçirilməsi üsulu seçildikdən sonra açılan yeni pəncərədə hər bir sahənin adı
hissəsində düyməni iki dəfə sıxmaqla sahə yeri aktivləşdirilir və oraya sahənin adı
daxil edilir. Növbəti sətirlərə isə sahələrə uyğun olan verilənlər daxil edilərək yeni
cədvəl yaradılır. Burada da sonda cədvələ ad verilir (tələbata uyğun olaraq) və həmin
cədvəl ilkin pəncərəyə əlavə olunur.
Sonrakı mərhələdə yaradılmış cədvəli seçərək açıb
həmin cədvələ verilənlər
daxil etmək mümkündür. Aydındır ki, yaradılma üsulundan asılı olaraq cədvələ ya
yaradılma mərhələsində, ya da sonradan verilənlərlər daxil edilir. Cədvəl açıldıqdan
sonra adətən pəncərənin aktiv hissəsində sahələrin adları və uyğun verilənlər, sonra isə
bazanın ayrı-ayrı yazılarına keçidi təmin edən xüsüsi sətir yerləşir.
Dostları ilə paylaş: