182
– qarşıya qoyulan məsələnin həlli üçün zəruri olan informasiyanın
axtarışını təşkil etmək bacarığı;
– öz fikrini düzgün, dəqiq, birmənalı, müqabil tərəfin başa düşdüyü şəkildə
şərh etmək bacarığı;
– istənilən sahədən olan məsələnin həlli üçün EHM-dən səmərəli istifadə
etmək vərdişləri;
– EHM-lə qarşılıqlı əlaqə üçün minimal texniki vərdişlərin olması.
Alqoritmik və proqrammist vərdişləri haqqında məlumat A.P.Yerşov
tərəfindən "proqramlaşdırma ikinci savad kimi" kəlamı (metaforası) daxil edilməklə
daha da inkişaf etdirilmişdir. Elmi anlayışdan daha çox ritorik fiqur olan bu metafora
"kompüter savadı" ideyasının ictimai şüura daxil olmasına kömək etmişdir.
Dostları ilə paylaş: