Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


KOMPÜTER SAVADI VƏ ONUN TƏRKİBİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə81/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   77   78   79   80   81   82   83   84   ...   94
Informatika-Muhazireler-2

KOMPÜTER SAVADI VƏ ONUN TƏRKİBİ
Kompüter savadı dedikdə, şagirdlərin tədrisdə, sonralar isə peşə fəaliyyətində
hesablama texnikasından istifadə etməsinə imkan verən biliklər, bacarıqlar və vərdiş-
lər başa düşülür.
İnformatikanın orta məktəb kursunun tərkib hissəsi alqoritmləşdirmə,
proqramlaşdırma və EHM tətbiqi ilə məsələlər həlli haqqında anlayışlardan ibarətdir.
Qeyd etmək lazımdır ki, alqoritmik dil və proqramlaşdırma ancaq EHM-də məsələlər
həllinə hazırlıq və kömək məqsədi güdür. Kompüter savadının tərkibini üç əsas
hissəyə bölürlər:
1) alqoritm, proqram, EHM ilə ünsiyyət vərdişləri;
2) EHM-in əsas qurğuları və onların iş prinsipləri;
3) müasir cəmiyyətdə EHM-in rolu.
Birinci qrupa alqoritm, onun əsas xassələri, alqoritmin təsvir vasitələri, o
cümlədən EHM üçün proqramlaşdırmanın elementləri və s. daxildir. Bunları
birlikdə alqoritmik mədəniyyət 
adlandırırlar. Deməli, alqoritmik mədəniyyət
alqoritmik anlayışı, alqoritmin yazılışının forma və metodları ilə əlaqədar olan
təsəvvürlər, bacarıq və vərdişlər küllisi başa düşülür.
Alqoritmik mədəniyyətə malik olmaq


 183
1) alqoritm və onun xassələrinin mahiyyətini intuitiv başa düşməkdən,
insan fəaliyyətinin alqoritmləşdirilə bilən bütün sahələrinin avtomatlaşdırılmasının
mümkünlüyünü dərk etməkdən;
2) alqoritmi mümkün vasitə və metodlarla təsvir etməyi bacarmaqdan;
3) alqoritmik proseslərin əsas tiplərini (xətti, dövrü, budaqlanan strukturlu
alqoritmləri) bilməkdən ibarətdir.
Proqramlaşdırma dillərindən birində proqram tərtib etmək bacarığı kompüter
savadı formalaşdırılmasının mühüm praktik nəticəsidir. Məktəbdə proqramlaşdırma-
nın tədrisi sahəsində 40 ilə yaxın təcrübə vardır. Hazırda İTM həmin təcrübəni
ümumiləşdirmək və təkmilləşdirməklə məşğul olur. Bu sahədə A.P.Yerşov, Yu.A.Per-
vin, Q.A.Zveniqorodski və başqalarının işi xüsusi əhəmiyyət kəsb edir. Xüsusi məktəb
və siniflərdə, fakultativ məşğələlərdə və sinifdənxaric işlərdə proqramlaşdırmanın
öyrənilməsi zamanı müxtəlif dillər – Alqol, Fortran, Kobol və s. tədris olunmuşdur və
onların tədrisi üzrə iş təcrübələri şagirdlər və müəllimlər üçün yazılmış ədəbiyyatda öz
geniş əksini tapmışdır.
Kompüter savadının formalaşması prosesi və məsələlərin həllinə elektron
hesablama maşınlarının tətbiqləri üzrə fəaliyyət proqramlaşdırma dilindən çox asılı
olduğu üçün tədris dilinin seçilməsi xüsusi əhəmiyyət kəsb edir və bu problemin həlli,
ümumiyyətlə, asan deyildir. Hazırda demək olar ki, bütün dünyada Beyzik dilinə
üstünlük verirlər. Bizdə və xarici ölkə məktəblərində bu dil geniş yayılmışdır və onun
tədrisi üzrə xeyli təcrübə qazanılmışdır. Həmin dilin tərəfdarları çox olsa da, əleyh-
darları da vardır.
Akademik A.P.Yerşov məktəb kursunda Beyzik dilinin öyrənilməsi əleyhinə
çıxır, məktəbdə proqramlaşdırmanın tədrisi üzrə mütəxəssislərin əksəriyyəti bu dili
hətta zərərli hesab edir.
Hazırda, xüsusilə xarici ölkə məktəblərində LOQO və PASKAL dilləri də
geniş yayılır. Məktəbdə tədris edilmək üçün nəzərdə tutulan proqramlaşdırma dili bir
sıra texniki, metodiki, psixoloci tələbləri ödəməlidir. Göstərilən tələblər kompleksinə
indi mövcud olan proqramlaşdırma dillərindən heç biri cavab verə bilmir və xüsusi
tədris proqramlaşdırma dilinin yaranması məsələsi qarşıya çıxır.


 184
Şagirdlərə EHM-in əsas qurğuları haqqında məlumat verilməsi müəyyən
dərəcədə peşəyönümü və gələcək iş fəaliyyəti ilə əlaqədardır. Belə görünür ki, fizika
kursunda elektron qurğuları və onların elementləri haqqında ətraflı məlumat
verilməlidir. İnformatika kursu isə həmin materialı sistemləşdirilir və ümumiləşdirilir.
Müasir cəmiyyətdə EHM-in rolu haqqında materialın məktəb informatika
kursuna daxil edilməsi şagirdlərdə müasir istehsalat haqqında təsəvvür formalaşdı-
rmaqdan, əmək məhsuldarlığının yüksəldilməsində hesablama texnikasının rolunun
mahiyyətini açmaqdan ibarətdir.
Bu materialın tədrisində şagirdlərə müəyyən mənada və müəyyən dərəcədə
yaxın olan istehsalat sahələrində kompüterlərin tətbiqlərinə aid misallar göstərmək,
onların tətbiqi nəticəsində əldə olunan nailiyyətləri konkret rəqəmlərlə vermək daha
məqsədəuyğun olar.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin