Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


TƏLİM PROSESİNƏ NƏZARƏTİN MÜXTƏLİF NÖVLƏRİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə92/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   86   87   88   89   90   91   92   93   94
Informatika-Muhazireler-2

 TƏLİM PROSESİNƏ NƏZARƏTİN MÜXTƏLİF NÖVLƏRİ
Nəzarətin aşağıdakı növlərini qeyd etmək olar: cari nəzarət, formalaşdırıcı
nəzarət, zaçot (yoxlama) nəzarəti, tematik nəzarət, yekun nəzarəti.
Cari nəzarət nəticəsində müəllim şagirdlərin növbəti materialı mənimsəməyə
tam hazır olub-olmadığını müəyyən edir. Bu yoxlama müəyyən mövzunun və ya
bölmənin öyrənilməsinin bütün mərhələlərində tədris materialı ilə tanışlıq, bilik və
bacarıqların formalaşdırılması və dərinləşdirilməsi prosesində aparılır. Deməli,
nəzərdə tutulan səviyyədə biliklər tələb edilməlidir. Bunlar həmin biliklərin nümayiş


 198
etdirilməsindən, standart və ya yeni meydana çıxan vəziyyətlərə bu biliklərin tətbiq
olunmasından ibarətdir. Bilik və bacarıqların hələ formalaşdırılmadığı zaman
şagirdlərin tədris hazırlığına tələblərin artırılması və ya əksinə, mövzunun öyrənilmə-
sinin sonunda bu tələblərin azaldılması təlim nəticələrinin düzgün
qiymətləndirilməməsinin əsas səbəblərindən biridir.
Formalaşdırıcı nəzarətin səmərəli tətbiqləri üçün yoxlamanın rəngarəng
forma və vasitələrini rasional uyğunlaşdırmaqla tətbiq etmək zəruridir. Bu zaman
frontal və ya fərdi sorğudan, şifahi və ya yazılı yoxlamadan, bütün mövzu və ya onun
hissəsi üçün nəzərdə tutulan nəzarətdən istifadə etmək lazımdır.
Qabaqcıl müəllimlərin təcrübəsi göstərir ki, şagirdlərin tədris fəaliyyəti
nəticələrinin uçotu cari nəzarətin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldir.
Təlimə yekun vurmaq üçün müəllim cari qiymətin hansı material, hansı tədris
fəaliyyəti üçün verildiyini bilməlidir. Bu cür uçot sinif curnalında dərsin mövzusu və
ev tapşırıqlarının məzmunu konkret və kifayət qədər tam əks olunduqda təmin edilə
bilər. Sinif curnalında müxtəlif tədris fəaliyyətinin nəticələrinə, müxtəlif tipli yoxlama
tapşırıqlarına verilən qiymətlər üçün xüsusi sütunlar ayırmaq məqsədəuyğundur.
Qiymətlərin obyektivliyini artırmaq üçün kursun ayrı-ayrı mövzularının və
bölmələrinin sonunda, biliklər əsasən formalaşdırıldıqdan sonra yekun
yoxlama aparmaq lazımdır. Belə nəzarətin məqsədi mövzunun hər bir şagird, eləcə də
bütün sinif tərəfindən mənimsənilmə səviyyəsini müəyyən etməkdən ibarətdir.
Nəzarətin məzmununa mövzunun təliminin nəticələrinə verilən tələblərə uyğun olan
və proqramda göstərilən əsas məsələlər (suallar) daxil edilir.
Tədris materialının yekunlaşdırıcı yoxlanması elə planlaşdırılmalıdır ki,
şagirdlər tərəfindən proqram materialının əsas elementlərinin necə mənimsənildiyinə
nəzarət etmək mümkün olsun. Şagirdlər proqram materialının əsas elementlərini
mənimsəmişdirsə, mövzunun öyrənilməsi üzrə onların bilikləri müsbət qiymətləndirilə
bilər.
Tematik nəzarət keçilmiş mövzu üzrə həm yoxlama yazı işi formasında və
həm də zaçot məşğələsi şəklində aparıla bilər. Tematik nəzarətin aparılması zamanı
tapşırıqların bir hissəsi nümunə əsasında fəaliyyətə, digər hissəsi isə dəyişdirilmiş və


 199
yeni vəziyyətdə fəaliyyətə uyğun olmalıdır ki, bu nəzarət hər bir şagirdə mövzu
üzrə öz hazırlığının səviyyəsini nümayiş etdirmək imkanı versin.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin