4
4. İzahat vərəqi
Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması, onun
müasir dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi, mədəni, sosial, elmi-texniki və s. sahələrdə
çoxşaxəli əməkdaşlığının genişlənərək yüksək sürətlə inkişafı təhsil sistemində də əsaslı və
məqsədəuyğun yeni islahatların həyata keçirilmə zərurətini
qarşıya qoyur.
Bütün bu
mütərəqqi inkişaf və dəyişikliklərin həyata keçirilməsi, yeni – yeni islahatların aparılması
məqsədi ilə təhsil sistemimizdə dünya təhsil standartlarına
inteqrasiya olunmaqla Avropa
Kredit Transfer Sisteminə (AKTS) qoşulmuşdur. Belə sistemə inteqrasiya
üçün
təbii ki,
ölkəmizdə təhsil sisteminin bütün səviyyələri üzrə tam, yeni model əsasında qurulması çox
vacibdir.
Bu məqsədlə Azərbaycan Respublikasının “Təhsil qanununda”, “Təhsil haqqında
islahatlar proqramında”, həmçinin “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas strateji
istiqamətlərdən biri kimi müəyyən olunan təhsilin məzmun və keyfiyyətcə yeniləşdirilməsi,
təhsil sisteminin yeni proqram, dərslik, dərs vəsaiti, elmi-metodiki, müasir informasiya
kommunikasiya texnologiyaları, müvafiq
əyani
vəsaitlərlə və s. təminatının
daha da
yaxşılaşdırmaqla müasirləşdirilməsi, təhsilin dövlət standartları səviyyəsinə qaldırılması,
onun rəqabət gücünün artırılması sahəsində ali təhsil müəssisələrinin mühüm rol oynadıqlarını
xüsusi ilə qeyd etmək lazımdır.
Dostları ilə paylaş: